"Azercell Telekom" MMC yay aylarında da müştərilərini sərfəli kampaniyalarla sevindirməyə davam edir. Belə ki, 11.07.2017-ci il tarixindən etibarən yeni kampaniya çərçivəsində abunəçilər "iPhone 7" 128GB və "iPhone 6S" Plus 32GB-ta kimi 4G dəstəkli smartfonlarını aylıq uyğun olaraq cəmi 99 AZN və 85 AZN-dən başlayan ödənişlə əldə edə bilər. Bu kampaniyaya qoşulmaqla abunəçilər, smartfonlarla yanaşı, 5GB-dan başlayan internet paketlərindən istifadə və ölkə daxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı qazanır.
Kampaniyaya qoşulmaq üçün abunəçilər "Azercell" müştəri xidmətləri ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilər.
"Azercell"in bu yay abunəçilərinə təqdim etdiyi kampaniyalara qoşulun, yeni smartfon, mobil internet və sərfəli danışıq imkanı qazanın.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.