Ahıllara, müharibə veteranlarına, şəhid ailələri və əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti bir sıra tədbirlər təşkil ediir.
Nəsimi RİH-in himanitar şöbəsindən baki-xeber.com-a verilən məlimata görə, növbəti belə tədbir iyulun 7-də keçirilib. Tədbir çərçivəsində bir qrup müharibə veteranı, şəhid ailələri, ahıllar və əlillər onlar üçün ayrılmış xüsusi avtobusla Pirşağı qəsəbəsindəki İstirahət Mərkəzinə aparılıb.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva qonaqları salamlayaraq, ölkəmizdə ahıl insanlara, veteranlara, şəhid ailələrinə, əlillərə, aztəminatlı ailələrə dövlət qayğısından danışıb. Gülarə Verdiyeva bildirib ki, bu gün dövlət ahıl, əlil və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, mənzil, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Bu da xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir.
Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranı Ağababa İsgəndərov, şəhid anası Lətifə Novruzova və digərləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət zamanı veteranlar bildiriblər ki, bu gün ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işləri, ən əsası isə sabitlik onları çox sevindirir.