Bu gün Bakıda Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında ana ölümü baş verib. Səhiyyə Naazirliyinin baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Trend-ə bildirib ki, 19 yaşlı Nemətova Aysel bu gün səhər saatlarında dünyasını dəyişib. Bu, onun ilk hamilələyi olub.
S.Məmmədova qeyd edib ki, A.Nemətovanın dünyaya gətirdiyi oğlan uşağı tam sağlamdır: “Uşaq 3 kq 700 qram çəki ilə dünyaya gəlib. Uşaq salamatdır. Ananın özündə isə ağır formalı preeklampsiya xəstəliyi ( hamilə qadınlarda rast gəlinən ağır ginekoloji xəstəlik) olub".
Baş mama-ginekoloq əlavə edib ki, qadın zahılıq dövrünün 5-ci sutkasında dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır: