şənbə günü, 11 iyul 2026
     

Ba­kı­dan As­ta­ra­ya­dək yol bo­yu po­lis­lə sa­kin­lər ara­sın­da gör­dük­lə­rim və eşit­di­yim fakt­lar... - FOTO

Image


Faə­liy­yə­ti­miz­lə bağ­lı DİN-ə, o cüm­lə­dən və re­dak­si­ya­mı­za çox­lu say­da mək­tub gə­lir. Tə­şək­kür və min­nət­dar­lıq do­lu mək­tub­lar ək­sə­riy­yət təş­kil et­sə də, dü­zü­nü de­sək, şi­ka­yət­lər, gi­ley-gü­zar­lar da az de­yil. Tə­əs­süf ki, DİN-in uğur­la­rı­nın köl­gə­sin­də dal­da­la­nıb öz nə­fis­lə­ri, ne­qa­tiv hə­rə­kət­lə­ri, po­li­sə ya­raş­ma­yan əməl­lə­ri ilə in­san­la­rı na­ra­hat edən, biz­dən in­cik sa­lan bə­zi la­yiq­siz əmək­daş­lar hə­lə də ara­mız­da do­la­nır­lar. Və für­sət düş­dük­cə öz ey­bə­cər xis­lət­lə­ri­ni bi­ru­zə ve­rir­lər...

Biz öz sa­hə­miz­də, öz növ­bə­miz­də bu mə­sə­lə­lə­rə də diq­qə­ti cəlb et­mə­yə, mü­ra­ci­ət edən­lə­rə im­kan­la­rı­mız da­xi­lin­də kö­mək gös­tər­mə­yə, DİN rəh­bər­li­yi­nin bu is­ti­qa­mət­də­ki qə­tiy­yət­li təd­bir­lə­ri­nə, tə­ləb­kar­lı­ğı­na, ne­cə de­yər­lər, qat­qı qat­ma­ğa ça­lı­şı­rıq.

Nə isə ke­çək, bu də­fə­ki sə­fə­ri­mi­zin məq­sə­di­nə.

Pay­tax­tı­mız­la ya­na­şı, böl­gə­lər­də də ki­çik bir yax­şı­lı­ğa, da­ha doğ­ru­su, po­li­sin və­zi­fə bor­cu ola­raq gör­dü­yü işə də­yər ve­rən­lər­lə gö­rüş­mək üçün bu də­fə yo­lu­mu­zu yur­du­mu­zun cə­nu­bun­dan sal­dıq... 

Sal­yan yo­lu is­ti­qa­mə­tin­də sü­rü­cü­nün av­to­mo­bil­də ya­ra­nan na­saz­lı­ğı vax­tın­da hiss et­mə­si və onu dər­hal yo­lun kə­na­rı­na çək­mə­si bi­zi bö­yük bir fa­ciə­dən qur­tar­dı. Am­ma nə ol­sun, ya­ran­mış xə­ta­nı dü­zəlt­mək­də hər iki­miz aciz idik. Yol bo­yu şü­tü­yən ma­şın­lar­dan bir ne­çə­si­nə kö­mək üçün əl et­sək də heç bi­ri sax­la­ma­dı. Bun­dan son­ra nə edə­cə­yi­mi­zi dü­şü­nə-dü­şü­nə gəl­di­yi­miz yol is­ti­qa­mə­ti­nə ba­xır­dıq ki, uzaq­dan DYP av­to­ma­şı­nı­nı gö­rüb se­vin­dik.

Ya­xın­la­şıb nə baş ver­di­yi­ni so­ruş­du­lar. Ani­dən na­saz­lıq ya­ran­dı­ğı­nı de­dik. Bi­zi ya­xın­lıq­da­kı DYP Pos­tu­na gə­tir­di­lər. Tez­lik­lə av­to­mo­bi­li­miz­də­ki na­saz­lıq ara­dan qal­dı­rıl­dı.

Po­lis əmək­da­şı­na tə­şək­kür edib: "İca­zə ve­rin, si­zin­lə xa­ti­rə şək­li çək­di­rək", - de­yən­də gö­lüm­sə­di: "Ol­maz", - de­di. Mən tə­kid edən­də isə "Ko­man­di­rim­lə da­nı­şın, son­ra", - de­di.    

Baş Döv­lət Yol Po­li­si İda­rə­si­nin bi­la­va­si­tə ta­be­çi­li­yin­də olan Yol Pat­rul Xid­mə­ti Ala­yı­nın 10-cu ta­ğı­mı­nın 728 say­lı sta­sio­nar pos­tu­nun ta­ğım ko­man­di­ri, po­lis ma­yo­ru Qu­lu Qu­li­yev yol­lar­da be­lə ha­di­sə­lər­lə tez-tez rast­laş­dıq­la­rın­dan söh­bət aç­dı. İn­san­la­rın qa­nı­na su­sa­yan "yük­sək sü­rət ac­la­rı", sər­xoş sü­rü­cü­lər, hət­ta on­lar tə­rə­fin­dən ya­xa­la­na­raq qa­nu­na təs­lim edi­lən ci­na­yət­kar­lar da söh­bə­ti­mi­zin möv­zu­su ol­du.

Bi­zi ça­ya qo­naq edən həm­kar­la­rı­mız­la- po­lis ma­yo­ru Qu­lu Qu­li­yev­lə və bi­zə kö­mək edən po­lis ser­jan­tı El­xan Qu­li­yev­lə xa­ti­rə şə­kil çək­di­rən­dən son­ra və yal­nız in­di özü­mün də po­lis ol­du­ğu­mu de­dim: "Mü­ba­riz ke­şik­də" qə­ze­ti­nin böl­mə rəi­si, po­lis ma­yo­ru Ha­fiz Tə­mi­rov. Bu­nu eşi­dən­də qə­ri­bə bir tə­əc­cüb­lə: "O, sən­sən", - de­yib üzü­mə bax­dı­lar. İm­za­ma tez-tez rast gəl­dik­lə­ri­ni və be­lə sür­priz­lə rast­la­şa­caq­la­rı­nı tə­səv­vür­lə­ri­nə be­lə gə­tir­mə­dik­lə­ri­ni de­di­lər.

On­lar bi­zi, biz də on­la­rı ta­nı­dıq. Am­ma nə fər­qi var ki, on­lar da, elə biz də bu­nu, ne­cə de­yər­lər, olay­dan, iş bi­tən­dən son­ra de­dik. Əda­lət, ob­yek­tiv­lik na­mi­nə...

Bu da Şir­van şə­hə­ri...

Re­dak­si­ya­mı­za min­nət­dar­lıq mək­tub­la­rı gön­də­rən şir­van­lı­la­rın hə­qi­qə­ti yaz­dıq­la­rı­nı göz­lə­rim­lə gör­mək üçün şə­hə­rin gi­rə­cə­yin­də av­to­mo­bi­li yo­lun bir kə­na­rı­na çə­kib mü­şa­hi­də et­mə­yə baş­la­dım. Ya­zı­lan­lar­la gör­dük­lə­rim üst-üs­tə dü­şür­dü. Ya­zır­dı­lar ki, po­li­sin sə­yi nə­ti­cə­sin­də av­to­xu­li­qan­la­ra qar­şı cid­di mü­ba­ri­zə apa­rı­lır, sər­xoş və­ziy­yət­də av­to­ma­şı­nı ida­rə edən­lər cə­za­sız qal­mır. Təh­lü­kə­siz şə­ra­it­də ya­şa­maq, ya­ra­dı­lan gö­zəl şə­ra­it­dən zövq al­maq üçün Şir­van­da da po­lis əsl və­tən­daş yan­ğı­sı ilə və­zi­fə­si­ni ic­ra elə­yir.

Apar­dı­ğım mü­şa­hi­də­lə­ri sə­fər dəf­tə­ri­mə qeyd edib Şir­van ŞRPŞ-yə yol­lan­dım. Po­li­sin hə­yə­ti qə­lə­bə­lik idi. Şəx­siy­yət və­si­qə­si alan kim, üz­ləş­di­yi prob­le­mi­nin həl­lin­də po­lis­dən kö­mək uman kim.

Bə­li, in­san­lar yax­şı bi­lir ki, hü­quq və azad­lıq­la­rı­nın qo­run­ma­sı, mü­ra­ci­ət­lə­ri­nə həs­sas­lıq­la ya­na­şıl­ma­sı, po­lis-və­tən­daş mü­na­si­bət­lə­ri­nin da­ha da möh­kəm­lən­di­ril­mə­si bi­la­va­si­tə ic­ti­mai asa­yi­şin, sa­bit­li­yin eti­bar­lı qo­run­ma­sı­na yö­nə­lib.

Gə­li­şi­mi­zin məq­sə­di ba­rə­də ŞRPŞ rəh­bər­li­yi mə­lu­mat ve­ril­di və po­lis pol­kov­ni­ki Hik­mət Qu­li­ye­vin qə­bu­lun­da olar­kən söh­bə­ti­mi­zə şə­hər­də gör­dük­lə­rim­lə, mü­şa­hi­də­lə­rim­lə baş­la­dım və DİN-ə ün­van­la­nan mək­tub­lar­da qeyd olu­nan­la­rın hə­qi­qə­ti əks et­dir­di­yi­ni bil­dir­dim. Rə­is­lə mək­təb­lər­də, əmək kol­lek­tiv­lə­rin­də nar­ko­ma­ni­ya, er­kən ni­kah və di­ni ra­di­ka­lizm­lə bağ­lı ke­çi­ri­lən maa­ri­fən­dir­mə təd­bir­lə­rin­dən də söh­bət aç­dıq. Qeyd olun­du ki, bu gün Şir­van şə­hə­rin­də də kri­mi­no­gen du­rum tam nə­za­rət al­tın­da­dır və po­li­sin ci­na­yət­kar­lıq­la, nar­ko­ma­ni­ya ilə apar­dı­ğı mü­ba­ri­zə­yə və­tən­daş­la­rın da dəs­tək ver­mə­si po­lis-və­tən­daş həm­rəy­li­yi­nin ba­riz nü­mu­nə­si­dir. 

"Dəy­miş zi­ya­nın ödə­nil­mə­si ilə bağ­lı və­tən­daş­la­rın min­nət­dar­lıq mək­tub­la­rı var. Hə­min və­tən­daş­lar­dan bir ne­çə­si ilə gö­rüş­mək olar­mı", - sua­lı­mı­za müs­bət ca­vab ve­ril­di.

Bə­ri baş­dan qeyd edim ki, ŞRPŞ-nin ya­şıl­lı­ğa bü­rün­müş hə­yə­tin­də zə­rər­çək­miş şəxs­lər­lə gö­rü­şü­mün tə­əs­sü­ra­tı hə­lə uzun il­lər mə­ni tərk et­mə­yə­cək. Bir şey da­ha çox diq­qə­ti­mi çək­di: bu in­san­lar po­li­sin hə­yə­tin­də, po­li­sin ün­va­nın­da çox sər­bəst idi­lər, öz­lə­ri­ni doğ­ma ocaq­la­rın­da­kı ki­mi hiss edir­di­lər. Bu­nun da iza­hı­nı tap­dım: o yer­də ki sə­mi­miy­yət var, de­mək or­da bi­ri-bi­ri­nə  qar­şı­lıq­lı, xoş, hə­lim mü­na­si­bət var...

Şə­hər sa­ki­ni, Gi­gi­ye­na və Epi­de­mio­lo­gi­ya Mər­kə­zi­nin mü­di­ri Meh­di­xan Sü­ley­ma­nov: "Mart ayın­da Mər­kəz­dən oğu­luq ol­muş­du. Bu­nun­la bağ­lı po­li­sə mü­ra­ci­ət et­dim və qı­sa müd­dət ər­zin­də oğ­ru­lar ta­pıl­dı, oğur­lan­mış əş­ya­lar da ge­ri qay­ta­rıl­dı".

İl­ham Əs­kə­rov: "Mən ki­çik sa­hib­kar­lıq fəa­liy­yə­ti ilə məş­ğul olu­ram. "Mu­rad mə­kan" ad­lı ob­yek­tim var. Bir müd­dət ön­cə oğ­ru­lar ora giz­li yol­la gi­rə­rək 800 ma­nat də­yə­rin­də bir ədəd "Sam­sung" mar­ka­lı plaz­ma te­le­vi­zo­ru oğur­la­mış­dı­lar. Ha­di­sə­dən xə­bər tu­tan ki­mi po­li­sə mü­ra­ci­ət et­dim və po­lis­lər sağ ol­sun, oğ­ru­la­rı mü­əy­yən edib mə­nə dəy­miş zi­ya­nı ödət­dir­di­lər".

Zə­rər­çək­miş­lər­dən Va­hid Azər­pur, Gül­ba­la İs­ra­fi­lov da ob­yekt­lə­rin­dən edil­miş oğur­lu­ğun üs­tü­nün açıl­ma­sı­nı və dəy­miş zi­ya­nın ödət­di­ril­mə­si­ni bil­dir­di­lər.

Şir­van şə­hə­rin­də mü­vəq­qə­ti məs­kun­la­şan Fü­zu­li ra­yo­nun­dan məc­bu­ri köç­kün olan Ba­xış Əli­yev "Bu gün qo­na­ğı­mız­sı­nız, si­zi heç ya­na bu­rax­ma­ya­ca­yıq", - de­yib gü­lüm­sə­di və sö­zü­nə da­vam et­di: "Bu­ra gəl­di­yi­miz ilk gün­lər­də şi­ra­van­lı­lar bi­zə qu­caq aç­dı. Döv­lə­ti­mi­zin dəs­tə­yi, kö­mə­yi öz ye­rin­də, an­caq bu in­san­lar bi­zi nis­gil çək­mə­yə, dər­də əyil­mə­yə qoy­ma­dı­lar. Be­lə­cə 84 ya­şı bur­da haq­la­dım, bu gö­zəl, qay­nar­qan­lı şir­van­lı­la­rın əha­tə­sin­də".

Şəx­si he­yət­lə iş üz­rə rə­is kö­mək­çi­si, po­lis pol­kov­nik-ley­te­nan­tı Fu­ad Sü­ley­ma­nov "Bu gün Mil­li Qur­tu­luş Gü­nü mü­na­si­bə­ti­lə 8 ko­man­da­nın iş­ti­ra­kı ilə fut­bol üz­rə Şir­van şə­hər bi­rin­ci­li­yi ke­çi­ri­lir. Bi­rin­ci­lik­də Şö­bə­nin ko­man­da­sı da gü­cü­nü sı­na­ya­caq", - de­yən­də həm­söh­bət­lə­ri­min ha­mı­sı bir ağız­dan: "Ge­dək ko­man­da­mı­za dəs­tək olaq ki, po­li­si­miz qa­lib gəl­sin", - de­yib bi­zi də fut­bo­la bax­ma­ğa də­vət et­di­lər. Xoş­bəxt­lik­dən ya­rı­şın ilk gü­nü Şir­van ŞRPŞ-nin ko­man­da­sı gü­nə qə­lə­bə ilə baş­la­dı və elə biz də bu se­vinc­lə "də­mir atı­mı­za" mi­nib yo­lu­mu­za da­vam et­dik...

Sal­yan­da də­fə­lər­lə eza­miy­yət­də ol­mu­şam. Şə­hə­rin özün­də və kənd­lər­də və­tən­daş­lar­la ke­çi­ri­lən gö­rüş­lər­də iş­ti­rak et­mi­şəm. Elə bu gün bi­zi də, sal­yan­lı­la­rı da na­ra­hat edən nar­ko­ma­ni­ya ad­lı bə­la­ya qar­şı apa­rı­lan maa­rif­lən­dir­mə təd­bir­lə­ri­ni, mək­təb­lər­də ke­çi­ri­lən gö­rüş­lə­ri ya­zı­ya alıb "Mü­ba­riz ke­şik­də"də dərc et­mi­şik. Qə­lə­mi­mi­zə söy­kə­nib az da ol­sa həm­kar­la­rı­mı­zın işi­nə, fəa­li­yə­ti­nə dəs­tək ol­ma­ğa ça­lış­mı­şıq. Əl­bət­tə KİV-in və ic­ti­ma­iy­yə­tin dəs­tə­yi olan yer­də ən çə­tin iş­lə­rin öh­də­sin­dən gəl­mək müm­kün­dür və biz bu­nun də­fə­lər­lə şa­hi­di ol­mu­şuq.

Bu gün hər kəs gü­cü ça­tan qə­dər po­li­sə kö­mək et­mək is­tə­yir. Bi­lir­si­niz­mi ni­yə? Ona gö­rə ki, po­lis dü­nən ol­du­ğu ki­mi bu gün də uğ­run­da ca­nı­nı, qa­nı­nı ver­di­yi və­tə­ni­ni, döv­lə­ti­ni və gə­lə­cə­yi­ni dü­şü­nür. Si­nə­si­ni oğ­ru­nun, qul­du­run, nar­ko­ta­cir­lə­rin gül­lə­si­nə si­pər edən­lə­ri isə ha­mı yax­şı gö­rür, yax­şı ta­nı­yır.

DİN Mət­bu­at Xid­mə­tin­dən gəl­di­yi­mi­zi bi­lən­də çox se­vin­di­lər. Şəx­si he­yət­lə iş üz­rə rə­is kö­mək­çi­si, po­lis pol­kov­nik-ley­te­nan­tı Mir­za­ğa Qa­fa­rov: "Elə yax­şı gəl­mi­si­niz, bu gün ra­yon ağ­saq­qal­la­rı və po­lis ve­te­ran­la­rı ilə gö­rü­şür­dük. Si­zin gə­li­şi­niz bu gö­rü­şü da­ha da ma­raq­lı edə­cək", - de­di. 

Bö­yük şai­ri­miz Xə­lil Rza Ulu­tür­kün yer­li­lə­ri ilə söh­bə­tə elə onun mərd­li­yin­dən, mü­ba­riz­li­yin­dən, şe­ir­lə­rin­də­ki saf­lıq­dan və sə­mi­miy­yət­dən da­nış­maq­la baş­la­dım. Hiss et­dim ki, ha­mı­nın ya­vaş-ya­vaş qı­rı­şı­ğı açı­lır. Söh­bə­ti ədə­biy­ya­tı­mız­dan, ta­ri­xi­miz­dən baş­la­maq­da məq­sə­dim Sal­yan­da po­li­sin fəa­liy­yə­ti­ni də söh­bə­tin möv­zu­su et­mək idi.

Be­lə də ol­du. Ağ­saq­qal­lar­dan Qis­mət Nə­zə­rov, İq­bal Əs­kə­rov və Azad Ba­ba­yev bu­ra­da nar­ko­tik­lər­lə bağ­lı ci­na­yət­lə­rin ək­sə­riy­yət təş­kil et­di­yi­ni və hə­min ci­na­yət­lə­rin üs­tü­nün açıl­ma­sın­da, ci­na­yət­kar­lıq­la qə­tiy­yət­li mü­ba­ri­zə­də RPŞ-nin şəx­si he­yə­ti­nin ge­cə­li-gün­düz­lü fə­da­kar xid­mə­tin­dən söh­bət aç­dı­lar. Po­lis ve­te­ra­nı Fər­man Hü­sey­nov de­di ki, tə­qa­üd­də ol­sa da bu gün də öm­rü­nün ən əziz il­lə­ri­ni həsr et­di­yi pe­şə­si­nin da­vam­çı­sı olan gənc­lər­lə gö­rü­şür, təc­rü­bə­si­ni, sa­va­dı­nı on­lar­la bö­lü­şür. 

Ra­yon sa­ki­ni Meh­man Sə­fə­rov oğur­luq fak­tı ilə bağ­lı po­li­sə et­di­yi mü­ra­ciə­tə çe­vik re­ak­si­ya ver­di­yi­nə və oğ­ru­nu 8 sa­at ər­zin­də tap­dı­ğı­na gö­rə po­li­sə tə­şək­kü­rü­nü bil­dir­di.

O da mə­lum ol­du ki, nar­ko­tik va­si­tə­lə­rin qa­nun­suz döv­riy­yə­dən çı­xa­rıl­ma­sı fakt­la­rı ötən ilə nis­bə­tən ar­tıb. Bu da po­li­sin pe­şə­kar­lı­ğı­nın, ayıq-sa­yıq­lı­ğı­nın nə­ti­cə­si­dir.

Eşit­dik­lə­ri­miz ürə­ka­çan idi. Elə bu ov­qat­la da yo­la da­vam et­mək olar­dı...

Biz Sal­yan­dan çı­xan­da gün ya­vaş-ya­vaş əyi­lir­di. Bi­la­su­va­ra isə nə az, nə çox düz 30 ki­lo­metr mə­sə­fə qa­lır­dı.

Bəl­kə də bun­la­rı bil­mir­si­niz...

Ra­yo­nun əha­li­si­nin sa­yı 78.900 nə­fər­dir. Ra­yo­nun mər­kə­zi Bi­lə­su­var şə­hə­ri­dir. Bi­la­su­var qərb­dən İran­la həm­sər­həd­dir. Bu­ra­nın iq­li­mi ya­rım­səh­ra və qu­ru səh­ra iq­li­mi olub ya­yı qu­raq­lıq ke­çir. İq­lim şə­rai­ti pam­bıq­çı­lı­ğın, ta­xıl­çı­lı­ğın və hey­van­dar­lı­ğın in­ki­şa­fı­na im­kan ve­rir. Adı­nın ya­ran­ma­sı haq­qın­da müx­tə­lif fər­zi­yə­lər var. Bir fər­ziy­yə­yə gö­rə bu ra­yo­nun adı su ax­ta­rı­şı ilə bağ­lı­dır - "Bi­lə­su­var" sö­zü­nün mə­na­sı "bu­ra­da su var" de­mək­dir. Baş­qa bir ver­si­ya isə on­dan iba­rət­dir ki, bu ad səh­ra­da su tap­ma­ğı ba­ca­ran in­san­la­rın ol­ma­sı ilə bağ­lı­dır. Bu ver­si­ya­ya gö­rə "Bi­lə­su­var" - su­yun ha­ra­da ol­ma­sı­nı bi­lən in­san de­mək­dir.

Bi­la­su­var tor­pa­ğı həm də ona gö­rə mü­qəd­dəs­dir ki, bu­ra­da Azər­bay­ca­nın Mil­li Qəh­rə­ma­nı Mü­ba­riz İb­ra­hi­mov dün­ya­ya gə­lib. Tor­paq­la­rı­mız uğ­run­da dö­yüş­lər­də çox bö­yük fə­da­kar­lıq­lar gös­tə­rib bi­la­su­var­lı­lar. Ha­va is­ti ol­sa da gün-gü­za­ran­la­rı­nı yax­şı­laş­dır­maq üçün in­san­lar sa­hə­də, bağ­da, baş­ça­da iş­lə­yir­di­lər. Uza­nan pam­bıq sa­hə­lə­rin­də hə­yat qay­na­yır­dı. Za­ra­fat de­yil, "ağ qı­zıl"ı əl­də et­mək zəh­mət, səbr tə­ləb edir. 

Bir ha­şi­yə çıx­maq is­tə­yi­rəm: RPŞ-nin ya­xın­lı­ğın­da iri tut ağac­la­rı­nın al­tı­na ça­dır tu­tub tut yı­ğan in­san­lar diq­qə­tim­dən ya­yın­ma­dı. Ya­xın­la­şıb: "Yo­rul­ma­ya­sı­nız", - de­dim. Mə­ni qa­ra və ağ tu­ta qo­naq et­di­lər. So­ru­şan­da de­di­lər ki, bu tu­tu həm öz­lə­ri is­ti­fa­də edə­cək, həm də ba­za­ra sat­ma­ğa apa­ra­caq­lar. Bu boy­da məh­sul ye­rə tö­kü­lüb ni­yə zay ol­sun ki...

Gör­dü­yüm mə­nə­zə­rə­ni Ra­yon Po­lis Şö­bə­si­nin rəi­si, po­lis pol­kov­ni­ki Əl­yəd­din Sə­fə­ro­va da­nış­dım. Son­ra gə­li­şi­min məq­sə­di­ni de­dim. Po­lis­dən kö­mək umub, kö­mək gö­rən in­san­lar­la gö­rüş­mək is­tə­yim elə rəi­sin də ürə­yin­dən ol­du. Açıq ha­va­da, ağa­cın al­tın­da zə­rər­çək­miş və po­li­sin kö­mə­yi ilə dəy­miş zi­ya­nı ödət­di­ril­miş in­san­lar­la gö­rüş­düm.

Vü­qar Əzi­mov Xır­man­da­lı kənd sa­ki­ni­dir. Bu il ma­tın 4-dən 5-nə ke­çən ge­cə "Ni­va" mar­ka­lı ma­şı­nı oğur­la­nıb. Ha­di­sə ilə bağ­lı "102" zəng xid­mə­ti­nə mə­lu­mat ve­rib. RPŞ əmək­daş­la­rı­nın ke­çir­di­yi əmə­liy­yat-ax­ta­rış təd­bir­lə­ri nə­ti­cə­sin­də mar­tın 9-da av­to­mo­bi­li Cə­li­la­bad şə­hə­rin­də ta­pı­lıb, oğ­ru­lar da qa­nu­na təs­lim edi­lib.

El­man Mir­zə­ye­vin də ötən ilin ma­yın­da ma­şı­nı­nı oğur­la­yıb­lar. Bir müd­dət­dən son­ra ma­şı­nı Sum­qa­yıt­da ta­pı­lıb və qay­ta­rı­lıb.

El­man Mi­ka­yı­lov sa­hib­kar­lıq fəa­liy­yə­ti ilə məş­ğul olur. May ayın­da də­lə­duz­luq yo­lu ilə kül­li miq­dar­da pu­lu­nu mə­nim­sə­yib­lər. Əli yer­dən-göy­dən üzü­lən­də po­li­sə üz tu­tub və prob­le­mi qı­sa müd­dət ər­zin­də həll olu­nub. Ha­lal pu­lu po­lis­lə­rin sə­yi nə­ti­cə­sin­də özü­nə qay­ta­rı­lıb. 

El­dar Şi­ri­nov may­da ma­ğa­za­sın­dan 1000 ma­na­tı­nın oğur­lan­ma­sı ilə bağ­lı RPŞ-yə mü­ra­ci­ət edib. Ha­di­sə­nin üs­tün­dən 1 sa­at keç­mə­miş "is­ti" iz­lər­lə oğ­ru­lar ta­pı­lıb və təq­sir­kar­lar cə­za­sı­na ça­tıb.

Bü­tün bun­la­rı sa­da­la­maq­da məq­sə­di­miz bu­dur ki, po­li­sin qa­pı­sı hər za­man zə­rər­çək­miş, haq­qı tap­dan­mış, hü­quq­la­rı po­zul­muş in­san­la­rın üzü­nə açıq­dır. Ye­tər ki, və­tən­daş­la­rı­mız mü­ra­ci­ət et­sin­lər...

Gü­nəş­li yur­du­muz­da ye­rin al­tı da, üs­tü də qı­zıl­dır, tü­kən­məz sər­vət­dir. An­caq bi­zim ən bö­yük sər­və­ti­miz dağ vü­qar­lı, yu­xaü­rək in­san­la­rı­mız­dır. Son ti­kə­si­ni be­lə bö­lü­şən yurd­daş­la­rı­mı­zı gö­rən­də bö­yük Sə­məd Vur­ğu­nun: "Biz­dən in­ci­mə­miş bir əziz qo­naq" ifa­də­si ya­da dü­şür. Bu, dü­nən də be­lə olub, bu gün də be­lə­dir.

Cə­li­la­bad­da­yıq. Şə­hər­də ti­kin­ti-qu­ru­cu­luq iş­lə­ri ge­dir. Su və ka­na­li­za­si­ya xət­lə­ri çə­kil­di­yin­dən yol­lar elə də ra­hat de­yil. Bə­li, mü­vəq­qə­ti çə­tin­lik­dir, əsas odur ki, bu çə­tin­li­yi bun­dan son­ra ra­hat­lıq əvəz edə­cək.

RPŞ-də tə­mir-ti­kin­ti iş­lə­ri get­sə də qə­bu­la gə­lən, üz­ləş­di­yi prob­le­min həl­li­nə kö­mək is­tə­yən və­tən­daş­la­rın sa­yı az de­yil. Tən­bəl­lik elə­mə­yib bur­da da po­li­sin fəa­liy­yə­ti ilə bağ­lı fi­ki­lə­ri və­tən­daş­lar­dan eşit­mək qə­ra­rı­na gəl­dim, dü­zü, ra­zı­lıq eşit­dim.

Təc­rü­bə­li po­lis za­bi­ti Mü­ba­riz Qu­li­yev az vaxt­da cə­li­la­bad­lı­la­rın rəğ­bə­ti­ni, hör­mə­ti­ni qa­za­nıb. Onu ya­xın­dan ta­nı­yan bi­ri ki­mi bü­tün bun­la­rın və­tən­daş­lar­la ke­çir­di­yi gö­rüş­lə­rin bəh­rə­si ol­du­ğu­nu yax­şı bi­li­rəm. O, və­tən­daş­la­rın qə­bu­lu­nu, on­lar­la ün­siy­yə­ti po­li­sin əsas və­zi­fə­lə­rin­dən bi­ri he­sab edən rə­is­lər­dən­dir.

Ra­yo­nun Ağ­saq­qal­lar və Ve­te­ran­lar Şu­ra­sı­nın səd­ri Əli­hey­dər Əsə­dov­la və Uşaq-id­man mək­tə­bi­nin vo­ley­bol üz­rə məşq­çi­si, "Əmək­dar məşq­çi" Va­qif Bün­ya­tov­la ya­xın gün­lə­rin bi­rin­də ke­çi­rə­cək­lə­ri gö­rü­şü mü­za­ki­rə et­dik­lə­ri­ni de­yib üzü­nü mə­nə tut­du: "Be­lə ağ­saq­qal­lar ol­ma­sa po­li­sin də işi çə­tin olar. Çün­ki on­la­rın nü­fu­zu, əha­li ara­sın­da olan hör­mət­lə­ri sa­bit­li­yin, əmin-aman­lı­ğın bər­qə­rar ol­ma­sın­da gör­dü­yü­müz işə töh­fə ve­rir".

"Azər­bay­can Mü­əl­lim­lər İns­ti­tu­tu­nun Cə­li­la­bad Fi­lia­lın­da,  Xə­li­la­bad kənd mək­tə­bin­də, Tibb kol­le­cin­də, Göy­tə­pə pe­şə li­se­yin­də, Göy­tə­pə 1 və 2 nöm­rə­li tam or­ta mək­təb­lə­rin­də və bir çox təh­sil ocaq­la­rın­da ke­çi­ri­lən gö­rüş­lər­də həm və­tən­daş­la­rın prob­lem­lə­ri din­lə­nil­miş, həm də nar­ko­ma­ni­ya, er­kən ni­kah və di­ni ra­di­ka­lizm möv­zu­sun­da söh­bət­lər apa­rıl­mış­dır. Bir ağ­saq­qal ki­mi onu de­yə bi­lə­rəm ki, ke­çi­ri­lən gö­rüş­lər­də in­san­la­rı­mız bir da­ha gör­dü­lər ki, Azər­bay­can po­li­si həm on­la­rın prob­lem­lə­ri­nin həl­li­nə ça­lı­şır, həm də gə­lə­cə­yi­miz olan uşaq­la­rı, gənc­li­yi qo­ru­maq üçün nar­ko­tik­lər­lə aman­sız mü­ba­ri­zə apa­rır." Bu­nu da Əli­hey­dər mü­əl­lim de­di.

RPŞ-də olar­kən İc­ti­mai Təh­lü­kə­siz­lik Böl­mə­si­nin rəi­si, po­lis ka­pi­ta­nı Əhəd Mu­sa­ye­vin rəi­sin tap­şı­rı­ğı­na əsa­sən şə­hər­də­ki ob­yekt sa­hib­lə­ri ilə gö­rü­şüb ob­yekt­lə­ri­nin mü­ha­fi­zə­yə cəlb edil­mə­si­nin də şa­hi­di ol­dum. Qar­şı­lıq­lı şə­kil­də xid­mət apar­ma­ğın fay­da­sı­nı həm­kar­la­rı­mız da gö­rür, və­tən­daş­la­rı­mız da... 

Cə­li­labd­dan Ma­sal­lı­ya ob­raz­lı de­sək "bir ad­dım­lıq yol­dur". Ma­sal­lı ra­yo­nu mi­ne­ral su bu­laq­la­rı ilə zən­gin­dir. Ra­yon əra­zi­sin­dən axan Vi­ləş, Al­va­di­çay və Tat­yan çay­la­rı Xə­zər də­ni­zi­nə tö­kü­lür. Məş­hur İS­Tİ­SU mi­ne­ral bu­la­ğı­nı isə ta­nı­ma­yan yox­dur. Ma­sal­lı­dan Lən­kə­ra­na ge­dən yol bo­yun­ca, Xə­zər də­ni­zi­nin cə­nub-qərb sa­hil­lə­rin­də yer­lə­şən Qı­zı­la­ğac qo­ru­ğu göz ox­şa­yır, kö­nül se­vin­di­rir.

Ma­sal­lı­lar da DİN-ə çox­lu say­da mək­tub ün­van­la­yıb­lar. Bə­li, ək­sə­riy­yə­ti tə­şək­kür mək­tub­la­rı­dır. Son gün­lər bu­ra­da baş ve­rən ağır ci­na­yət­lə­rin üs­tü­nün açıl­ma­sı, təq­sir­kar­la­rın cə­za­lan­dı­rıl­ma­sı əha­li ara­sın­da həm po­li­sin nu­fu­zu­nu yük­səl­dib, həm də po­li­sə inam ya­ra­dıb. Elə ye­ri gəl­miş­kən, baş ver­miş və üs­tü açıl­mış ci­na­yət ha­di­sə­lə­ri­ni ye­ni­dən diq­qə­ti­ni­zə çat­dı­rı­rıq. 

Ma­yın 5-də Ər­ki­van qə­sə­bə sa­ki­ni İs­ra­fi­lo­va Gül­gəz Bay­ram qı­zı­nın na­mə­lum şəxs (şəxs­lər) tə­rə­fin­dən qət­lə ye­ti­ril­mə­si ilə bağ­lı ci­na­yə­tin, Qı­zı­la­ğac kənd sa­kin­lə­ri Sa­dı­qo­va Hö­ku­mə­yə, Sə­li­mo­va Ti­na­ti­na və Mir­zə­ye­va Xoş­qə­də­mə qar­şı tö­rə­dil­miş qul­dur­luq ha­di­sə­si­nin, həm­çi­nin bu ya­xın­lar­da öl­kə­də bö­yük re­zo­na­na­sa sə­bəb olan Ağa­yev Azər və hə­yat yol­da­şı Ağa­ye­va Bəs­tə­gül tə­rə­fin­dən Ağa­yev Eti­ba­rın və Ağa­ye­va Rə­fi­qə­nin aman­sız­ca­sı­na öl­dü­rül­mə­si­nin üs­tü­nün   Ma­sal­lı RPŞ-nin əmək­daş­la­rı tə­rə­fin­dən açıl­ma­sı DİN rəh­bər­li­yi­nin pay­taxt­da və yer­lər­də da­xi­li iş­lər or­qan­la­rı rəh­bər­lə­ri qar­şı­sın­da qoy­du­ğu tə­ləb­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si­nin ba­riz nü­mu­nə­si­dir.

Ma­sal­lı RPŞ əmək­daş­la­rı film ki­mi tö­rə­dil­miş da­ha bir ci­na­yə­tin üs­tü­nü aç­maq­la və­tən­daş­la­rın əm­la­kı­nın, həm­çi­nin sağ­lam­lı­ğı­nın ke­şi­yin­də dur­duq­la­rı­nı sü­but et­miş­lər. Bu ba­rə­də po­lis pol­kov­ni­ki Ha­bil Əmi­ras­la­nov da­nı­şan­dan son­ra zə­rər­çək­miş­lə gö­rüş­mək is­tə­yi­mi giz­lət­mə­dim.

"Mən evin­dən oğur­luq edil­miş Əbül­fəz Şah­ma­ro­vun oğ­lu­yam. Adım Xa­lid­dir. Sa­hib­kar­lıq­la məş­ğu­lam. Evi­miz­dən 70 min ma­nat oğur­lan­mış­dı. Ev­də heç nə­yə əl vu­rul­ma­mış­dı. Bu ba­rə­də po­li­sə mə­lu­mat ver­dik. RPŞ rəh­bər­li­yi evi­miz­də ol­du. Bü­tün la­zı­mı təd­bir­lər gö­rül­dü və bi­zi ar­xa­yın et­di­lər ki, oğ­ru və ya oğ­ru­lar ta­pı­la­caq. Be­lə də ol­du. Oğ­ru ta­pıl­dı. Bu oğur­luq­dan son­ra mə­nim po­li­sə olan fik­rim də­yiş­di. On­la­rın pe­şə­kar­lı­ğı, ha­di­sə­lə­ri iz­lə­mək qa­bi­liy­yə­ti mə­ni hey­ran et­di. Ən əsa­sı, po­li­sin oğ­ru­nu tap­ma­sı ai­lə­mi­zi da­ğıl­maq­dan qo­ru­du. Çün­ki bu iş­də hət­ta bü­tün ai­lə üzv­lə­rim­dən be­lə şüb­hə­lə­nir­dim."...

Lən­kə­ra­na ça­tan­da ha­va qa­ral­mış­dı. Əmək­daş­lar "ge­cə dü­zü­lü­şü"nə ha­zır­la­şır­dı­lar. ŞRPŞ-nin rəi­si, po­lis pol­kov­ni­ki İs­lam Hüm­bə­tov ge­cə­ni qa­lıb sə­hər yo­la çıx­ma­ğı­mı­zı məs­lə­hət bil­di.

Gü­nəş də­niz­dən boy­la­nan­da As­ta­ra­ya doğ­ru yo­la çıx­dıq. Na­rın-na­rın ya­ğan ya­ğış və yol­bo­yu uza­nan ya­şıl çə­tir­li ağac­lar­da sə­sə-sə­sə ve­rən quş­lar tə­biə­tin sü­ku­tu­nu po­zur­du. Mə­lu­mat üçün de­yim ki, As­ta­ra­nın bit­ki alə­mi zən­gin və rən­ga­rəng­dir. Məş­hur də­mi­ra­ğac da bu­ra­da bi­tir. As­ta­ra­nı re­gio­nun "Cə­nub mir­va­ri­si" də ad­lan­dı­rır­lar.

As­ta­ra­lı­lar gö­rü­lən işə, çə­ki­lən zəh­mə­tə də­yər ve­rən in­san­lar­dır. On­la­rın döv­lə­ti­mi­zə qar­şı bö­lü­cü­lük si­ya­sə­ti ye­ri­dən­lə­rin qar­şı­sı­na əli ya­lın çıx­dıq­la­rı­nın, müs­tə­qil­li­yi­mi­zə uza­nan xa­in əl­lə­ri di­bin­dən kəs­dik­lə­ri­nin və ən üm­də­si tor­paq­la­rı­mı­zı uğ­run­da ne­cə qəh­rə­man­lıq­la dö­yüş­dük­lə­ri­nin şa­hi­di­yik. Ap­rel dö­yüş­lə­ri qəh­rə­ma­nı şə­hid Pən­cə­li Tey­mu­rov da bu mü­qəd­dəs tor­paq­da do­ğu­lub.

As­ta­ra Ra­yon Po­lis Şö­bə­si­nin rəi­si, po­lis pol­kov­ni­ki Adil Hə­sə­no­va "As­ta­ra­lı­lar siz­dən ya­zır­lar", - de­yən­də gü­lüm­sə­yib: "Bu ye­rin in­san­la­rı haq­qı da yax­şı gö­rür, na­haq­qı da", - de­di. Min­nət­dar­lıq do­lu mək­tub­la­rın bir ne­çə­si­ni rəi­sin diq­qə­ti­nə çat­dır­dım. 

"As­ta­ra ra­yon ağ­saq­qal­la­rı və Şi­ya­kə­rən kən­di­nin bir qrup sa­ki­ni­nin DİN-ə ün­van­la­dıq­la­rı tə­şək­kür mək­tu­bun­da ci­na­yət­kar­lıq­la mü­ba­ri­zə­də po­li­sin qə­tiy­yə­tin­dən söh­bət açır, və­tən­daş-po­lis mü­na­si­bət­lə­ri­nə töh­fə ve­rən iş­lə­rin mü­tə­ma­di xa­rak­ter al­ma­sın­dan, mək­təb­lər­də, əmək kol­lek­tiv­lə­rin­də nar­ko­ma­ni­ya, er­kən ni­kah və di­ni ra­di­ka­lizm möv­zu­sun­da ke­çi­ri­lən təd­bir­lər­dən ra­zı­lıq­la­rı­nı ifa­də edir­lər"

"As­ta­ra ra­yo­nun­dan bir qrup sa­kin ya­zır ki, son za­man­lar nar­ko­tik al­ver­çi­lə­ri­nə, nar­ko­tik qa­çaq­mal­çı­la­rı­na və av­to­xu­li­qan­la­ra qar­şı po­lis tə­rə­fin­dən apa­rı­lan qə­tiy­yət­li mü­ba­ri­zə ra­yon ic­ti­ma­iy­yə­ti tə­rə­fin­dən rəğ­bət­lə qar­şı­la­nır ki, bu da po­lis-və­tən­daş mü­na­si­bət­lə­ri­nin da­ha da möh­kəm­lən­mə­si­nə öz töh­fə­si­ni ve­rir".

"As­ta­ra Zi­ya­lı Ağ­saq­qal­lar Cə­miy­yə­ti­nin səd­ri Ca­mal İb­ra­hi­mov isə mək­tu­bun­da RPŞ-nin DYP Böl­mə­si əmək­daş­la­rı­nın xid­mə­tin­dən məm­nun qal­dı­ğı­nı, on­la­rın fəa­liy­yə­ti nə­ti­cə­sin­də yol­lar­da hə­rə­kə­tin yük­sək sə­viy­yə­də ni­zam­lan­dı­ğı­nı, av­to­xu­li­qan­la­ra qar­şı sərt mü­ba­ri­zə təd­bir­lə­ri gö­rül­dü­yü­ün diq­qə­tə çat­dı­rır və bu­na gö­rə DİN rəh­bər­li­yi­nə tə­şək­kür edir".

"As­ta­ra ra­yon Əs­xə­nə­kə­ran kənd sa­ki­ni Gül­na­rə Qur­ba­no­va gön­dər­di­yi elek­tron mü­ra­ciə­tin­də ya­zır ki, şi­ka­yə­ti­lə əla­qə­dar As­ta­ra RPŞ-yə mü­ra­ci­ət edib. Şi­ka­yə­ti da­xi­li iş­lər or­qan­la­rı­nın sə­la­hiy­yət­lə­ri çər­çi­və­sin­dən çıx­sa da o, po­lis əmək­daş­la­rı tə­rə­fin­dən din­lə­ni­lib və la­zı­mi dəs­tək gös­tə­ri­lə­rək baş­qa döv­lət qu­ru­mu­na yön­lən­di­ri­lib. G.Qur­ba­no­va po­li­sin və­tən­daş­la­ra gös­tər­di­yi bu is­ti mü­na­si­bət­dən məm­nun qal­dı­ğı­nı qeyd edir."

Bu mək­tub­lar po­li­sin fəa­liy­yə­ti­nə ve­ri­lən ən bö­yük qiy­mət­dir. As­ta­ra­da ağ­saq­qal­lar­la, po­li­sə üz tu­tub prob­le­mi həll olu­nan və­tən­daş­lar­la da gö­rüş­düm.  Fi­zi­ka mü­əl­li­mi Qur­ban Ba­ğı­ro­vun, Fik­rət Ey­va­zo­vun, İl­ham Gü­lə­li­ye­vin, As­ta­ra Şə­hər Zi­ya­lı Ağ­saq­qal­lar Cə­miy­yə­ti­nin səd­ri Ca­mal İb­ra­hi­mo­vun, ta­rix mü­əl­li­mi Mir­cə­fər Ba­ba­za­də­nin po­lis haq­qın­da fi­kir­lə­ri tut­du­ğu­muz haqq yo­lun­dan sap­ma­dı­ğı­mı­za, həm pe­şə, həm də və­tən­daş­lıq bor­cu­mu­zu la­yi­qin­cə ye­ri­nə ye­tir­mə­yi­mi­zə ve­ri­lən ən bö­yük də­yər­dir.

Bax elə bu inam­la, elə bu sev­gi ilə də ya­şı yü­zü haq­la­ya­caq po­li­si­mi­zin da­yaq­la­rı­nı gü­nü-gün­dən möh­kəm­lən­di­rir, döv­lə­ti­mi­zə və xal­qı­mı­za xid­mə­ti­miz­lə fəxr edi­rik. 

P.S: Ra­yon ağ­saq­qal­la­rı və və­tən­daş­lar­la gö­rüş­mək üçün vax­tı­nı, za­ma­nı­nı bi­zə həsr edən həm­ka­rı­mız, şəx­si he­yət­lə iş üz­rə rə­is kö­mək­çi­si, po­lis pol­kov­nik-ley­te­nan­tı Ok­tay Da­da­şo­va xü­su­si tə­şək­kür edi­rik.

Ha­fiz Tə­mi­rov,
po­lis ma­yo­ru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı – ABŞ son anda imtina etdi...

11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı

11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

10.07.2026 / 13:39
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin yeddinci təlimi

10.07.2026 / 13:17
Qazaxıstan da vitse-prezidentlik institutuna keçir...

10.07.2026 / 13:05
Rusiyaya qarşı yeni sanksiyalar paketi AB-ni parçaladı – birlik ölkələri razılığa gələ bilmir...

10.07.2026 / 12:54
Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiq edildi

10.07.2026 / 12:16
Trampın Ankaraya yeni təyyarəsi ilə gəlib köhnə təyyarəsi ilə qayıtmasının əsl səbəbi ortaya çıxdı...

10.07.2026 / 11:58
Rusiya Azərbaycan üzərindən Ermənistana propan və gübrə göndərəcək...

10.07.2026 / 11:30
Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır...

10.07.2026 / 10:51
Bakıda media və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçiriləcək..

10.07.2026 / 10:20
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10.07.2026 / 10:12
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü

10.07.2026 / 09:55
Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssislərinin görüşü oldu...

10.07.2026 / 09:17
Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

10.07.2026 / 06:32
İran Trampa qarşı sui-qəsd planlaşdırır(?) - WSJ…

10.07.2026 / 06:11
Zaxarova Londonun Zelenskini həbs etməməsindən təəccüblənib…

10.07.2026 / 05:56
Tehrandakı Britaniya səfiri İran XİN-ə çağırıldı

10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi

10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ