Bazar günü günü, 15 noyabr 2026
     

Bir ocaq ba­şın­da bir isin­mə­sək... - FOTO

Image


Bi­zi yay­la­ğa apa­ran ma­şın söv­də­ləş­di­yi­miz vaxt­da gəl­di. Sü­rü­cü­müz Fü­zu­li dağ yol­la­rı­na bə­ləd ol­du­ğu üçün o qə­dər də tə­ləs­mir, ax­şam to­ran ça­la­na qə­dər ge­dib-gə­lə­cə­yi­mi­zin və­di­ni ve­rir­di. Ma­şın üzü­yu­xa­rı hə­rə­kət et­dik­cə dağ­la­rın ağu­şun­da löv­bər sa­lan Kü­kü kən­di ya­vaş-ya­vaş göz­dən itir­di. Ma­şı­nın pən­cə­rə­sin­dən içə­ri do­lan sə­rin meh bi­zi həm tə­biə­tin xoş ət­ri­nə, həm də qar­lı zir­və­lə­rin so­yu­ğu­na alış­dı­rır­dı.

Yam­ya­şıl dağ­la­rın si­nə­si, də­rə­lə­rin və tə­pə­lə­rin ara­sı ilə üzü Qan­lı­göl yay­la­ğı­na tə­rəf qıv­rı­lan yo­lun kəs­kin uçu­rum­lar­dan ke­çən dön­gə­lə­ri­nə ça­tan­da ma­şın­da­kı­lar hiss et­dir­mə­sə­lər də, da­xi­lən ke­çir­dik­lə­ri hə­yə­can və qor­xu his­si üz­lə­rin­dən oxu­nur­du.

Uşaq­lıq xa­ti­rə­lə­rim yol­bo­yu hər dön­gə­dən, yo­xuş­dan "boy­la­nıb" mə­ni səs­lə­yir, ye­ni­dən o il­lə­rə qa­yı­dır­dım. Vax­ti­lə kə­rən­ti çək­di­yi­miz, at­la, ulaq­la şə­lə-şə­lə ot da­şı­dı­ğı­mız, buz bu­laq­lar­dan qan-tər için­də bir­nə­fə­sə do­yun­ca su iç­di­yi­miz gün­lər ki­no len­ti ki­mi göz­lə­ri­min qar­şı­sın­dan ke­çir­di. San­ki dü­nən idi...

İl­lər öt­dük­cə ço­xa­lıb art­mış, tə­biə­tin sı­ğa­lı ilə qol-qa­nad aç­mış hə­mər­sin, ye­mi­şan, iy­də və zi­rinc kol­la­rı­nın rəng­bə­rəng çi­çək­lə­ri­nin ya­rat­dı­ğı mən­zə­rə san­ki ana tə­biə­tin ha­na qu­rub ya­mac­lar­da to­xu­du­ğu min rəng­li xa­lı­ya bən­zə­yir­di. Dörd bir tə­rə­fi ya­şıl­lıq­la­ra qərq ol­muş dağ yo­lun­da irə­li­lə­dik­cə adam bo­yu uzan­mış qan­tə­pə­rin, qa­ya­la­rın di­bin­də ağa­ran li­mon­lu kək­li­ko­tu­nun, də­rə­lə­rə sı­ğı­nan bal­dır­ğa­nın, səh­lə­bin, ço­ban­yas­tı­ğı­nın, da­zıo­tu­nun, sol­maz­çi­çə­yi­nin, yar­pı­zın və adı­nı bil­mə­di­yim min bir dər­din də­va­sı ot­la­rın ət­ri­ni duy­maq, bə­zən də ko­lun di­bin­dən hür­küb qa­çan dov­şa­nı, xı­na­lı kək­li­yi, uzaq­dan zar-zor se­çi­lən qa­ban sü­rü­lə­ri­ni, dağ ayı­la­rı­nı gör­mək tə­biə­tin gö­zəl­lik­lə­ri, zən­gin­lik­lə­ri qar­şı­sın­da hey­ran­lı­ğı­mı­zı və vur­ğun­lu­ğu­mu­zu da­ha da ar­tı­rır­dı.

Qan­lı­göl də­niz sə­viy­yə­sin­dən 3 min metr yük­sək­lik­də, Ke­çəl­da­ğın ətə­yin­də yer­lə­şir. Şah­bu­zun saf və buz ki­mi bu­laq su­la­rın­dan qi­da­la­nan göl rən­gi­ni də elə tə­biə­tin ya­şıl do­nun­dan bi­çib. Göl­dən baş­la­yan eni­ad­lı çay bu yer­lə­rin ru­zi-bə­rə­kət rəm­zi he­sab olu­nur, kənd adam­la­rı bu dağ­la­rın dö­şün­də­ki, çə­mən­lik­lər­də­ki əkin sa­hə­lə­ri­ni bu ça­yın su­yu ilə su­va­rır­lar.

İlk də­fə Qan­lı­göl yay­la­ğın­da ötən əs­rin 90-cı il­lə­ri­nin əv­vəl­lə­rin­də ol­muş­dum. Ba­bam yay­la­ğa köç­müş­dü və mən qar­da­şım Kə­nan­la bö­yük hə­vəs­lə yay­la­ğa gəl­miş­dim. Bir ge­cə bu­ra­da qal­dıq. La­kin sə­hər olan ki­mi iki­miz də bir­tə­hər yo­lu­nu ta­pıb kən­də qaç­dıq. O vaxt­lar­dan yay­laq sö­zü­nü eşi­dən ki­mi tə­səv­vü­rüm­də çə­tin, təh­lü­kə­li, qor­xu­lu dağ hə­ya­tı can­la­nır­dı. Hə­min il­lər­də oba sa­kin­lə­ri­nin yay­laq­da qal­ma­sı, tə­sər­rü­fat­la məş­ğul ol­ma­sı çox müş­kül mə­sə­lə idi. Dağ­la­rın ar­xa­sın­dan mən­fur er­mə­ni­lə­rin ağı­na-bo­zu­na bax­ma­dan sə­pə­lə­dik­lə­ri gül­lə­lə­rin aram­sız sə­si eşi­di­lir­di. İn­san­lar da­va­rın, mal-qa­ra­nın sa­yı­nı ar­tır­maq ba­rə­də dü­şün­mür­dü­lər. Ne­cə de­yər­lər, ta yay­la­ğa köç­müş­dü­lər de­yə, bir­tə­hər vaxt­la­rı­nı ke­çi­rir­di­lər. Tə­sər­rü­fat­la­rın sa­yı azal­dıq­ca oba­la­rın, ala­çıq­la­rın da sa­yı il­bə­il, gün­bə­gün aza­lır­dı. Hə­min vaxt Qan­lı­göl yay­la­ğın­da vur-tut 1, uza­ğı 2 oba var­dı. La­kin hə­min o çə­tin dövr­də həm­kənd­li­miz, rəh­mət­lik Za­kir da­yı­nın de­di­yi bir söz heç vaxt ya­dım­dan çıx­maz: "Ba­la mal-hey­van sax­la­ma­sam da, hər il yay­la­ğa gə­lə­cəm. Qoy düş­mən gör­sün ki, bu­ra­lar sa­hib­siz de­yil".

O il­lər­də mal-hey­va­nın qış­la­ma­sı üçün qa­ba yem tə­da­rü­kü Kü­kü­də əməl­li-baş­lı zil­lət idi. Ya­yın bü­töv iki ayı bu işə sərf olu­nar­dı. Adam­lar sübh tez­dən­dən kə­rən­ti­lə­ri­ni saz­la­yar, bi­çə­nə­cək­lər­də ax­şam qaş qa­ra­la­na­dək ot ça­lar­dı­lar. Kə­rən­ti, lay, xo­rum on­la­rı elə qə­dəm­dən sa­lar­dı ki, bir də qış­da öz­lə­ri­nə gə­lər­di­lər. Hə­min vaxt­lar bu bə­rə­kət­li tor­paq­lar­dan ot biç­mək­dən baş­qa di­gər bir məq­səd üçün is­ti­fa­də olun­du­ğu­nu da gör­mə­dim. Bir söz­lə, otu biç­mək də, da­şı­maq da, mal-hey­van sax­la­maq da həm çə­tin idi, həm də sə­mə­rə­siz. Ni­yə sə­mə­rə­siz? Çün­ki əl­də olu­nan qa­zanc adam­la­rın il­lik pen­dir, yağ, süd, qa­tıq tə­lə­ba­tı­nı ödə­mək­dən baş­qa bir işə ya­ra­mır­dı. Nə ba­za­ra məh­sul çı­xa­ran var­dı, nə də ba­za­ra çı­xa­rı­la­caq qə­dər məh­sul is­teh­sal edən.

La­kin bu də­fə Qan­lı­göl yay­la­ğın­da gör­dük­lə­rim, qar­şı­laş­dıq­la­rım mə­ni tə­əc­cüb­lən­dir­di və bir o qə­dər də qü­rur duy­dum. Ar­tıq in­san­lar ot bi­çi­ni­ni iki ay yox, 1 həf­tə ər­zin­də ye­kun­laş­dı­rır­lar. Çün­ki in­di kə­rən­ti yox, müa­sir ot­bi­çən ma­şın­lar var. İn­di in­san­lar bu tor­paq­lar­da həm də hek­tar­lar­la kar­tof əkir­lər. Bu yer­lər­də çox­lu arı ai­lə­lə­ri sax­la­nır, gül­dən, çi­çək­dən çə­ki­lən Kü­kü ba­lı ba­zar­da əl-əl ax­ta­rı­lır. İn­di Qan­lı­göl yay­la­ğın­da beş-on qo­yu­nu-qu­zu­su, bir-iki inə­yi olan kənd adam­la­rı de­yil, bö­yük tə­sər­rü­fat­la­rı olan kü­kü­lü­lər, xok­lü­lər, ay­rınc­lı­lar, mah­mud­kənd­li­lər öz fer­mer tə­sər­rü­fat­la­rı ilə məs­kən sa­lıb, oba­lar qu­rub­lar. Ki­mi 3-5 min ara­sı xır­da­buy­nuz­lu hey­van sax­la­yır, ki­mi sü­rü ilə mal-qa­ra... Hə, onu da de­yim ki, ilk də­fə bu yer­lər­də ca­mış sax­la­yan da gör­düm. Bu zir­və­lər­də Kü­kü oba­sı ilə ya­na­şı, Xok, Mah­mud­kənd, Ay­rınc oba­la­rı da var. Qan­lı­göl yay­la­ğın­da 20-yə ya­xın ça­dır say­dım, həm­kənd­lim Fa­riz de­di ki, hə­lə ayın so­nu­na qə­dər bir o qə­dər də gə­lə­cək.

Fa­riz Kü­kü kən­din­də hey­van­dar­lıq və mal­dar­lıq­la məş­ğul olan zəh­mət­keş bir in­san­dır. Yay­laq­da ai­lə­si ilə bir­lik­də məs­kən sa­lıb. Bu dağ­lar qə­dər vü­qar­lı və mə­tin, bu­laq­lar qə­dər saf və tə­miz, bir də ana tə­bi­ət qə­dər sə­xa­vət­li, qo­naq­pər­vər və tə­man­na­sız bir in­san­dı. Fa­ri­zin xa­rak­te­ri əmə­li­nə, işi­nə, ya­şam tər­zi­nə ho­pub. Oba­da ra­hat ya­şa­ma­sın­dan, ona gös­tə­ri­lən qay­ğı­dan gen-bol da­nış­dı. Onun de­dik­lə­ri­nin ver­gü­lü­nü də də­yiş­mə­dən təq­dim edi­rəm: "Bu dağ­lar, oba hə­ya­tı ol­ma­sa, mən ya­şa­ya bil­mə­rəm. Do­la­nı­şı­ğım bu yer­lər­lə bağ­lı­dır. Məh­su­lu­mu - pen­di­ri, ya­ğı, kə­rə­ni elə yay­laq­da bu­ra gə­lən qo­naq­la­ra sa­tı­ram. Ötən il əl­də et­di­yim qa­zanc­la "Mit­su­bis­hi" mar­ka­lı dağ ma­şı­nı al­mı­şam. Yük ma­şı­nım da var. Ai­lə­lə­ri­miz­lə bu yay­laq­lar­da məs­kən sal­ma­ğı­mı­zın bir sə­bə­bi də or­du­mu­za, əs­gər­lə­ri­mi­zə olan gü­və­ni­miz­dir. On­la­ra ar­xa­yı­nıq. Bi­li­rik ki, bi­zim üçün bü­tün im­kan­lar ya­ra­dı­lıb. Ara­da bay­tar­lar gə­lib tə­sər­rü­fa­tı­mı­zı dər­man­la­yır, töv­si­yə və məs­lə­hət ve­rir­lər. Xəs­tə­xa­na­dan hə­kim­lər gə­lib bi­zi müa­yi­nə edir­lər, sağ­lam­lı­ğı­mı­zın qey­di­nə qa­lır­lar. Tez-tez ma­şın­la gün­də­lik tə­lə­bat mal­la­rı gə­ti­rib bu­ra­da sa­tır­lar. Biz oba sa­kin­lə­ri ona "dü­kan ma­şı­nı" de­yi­rik. Bir də uzun yol qət edib kən­də, şə­hə­rə get­mi­rik. Yə­ni mən vax­tı­mı tə­sər­rü­fa­tı­ma sərf edi­rəm. Elə oba ada­mı­na da bu la­zım­dır. Öv­lad­la­rı­mı oxut­mu­şam. Hə­rə­si bir pe­şə sa­hi­bi­dir. Qı­sa­sı, biz bur­da ra­hat və təh­lü­kə­siz ya­şa­yı­rıq, iş­lə­yi­rik".

Xok, Mah­mud­kənd, Ay­rınc oba­la­rın­da gör­dü­yüm yay­laq adam­la­rı­nın hər bi­ri də ey­ni söz­lə­ri de­di, min­nət­dar­lıq et­di­lər. On­lar yay­laq­lar­da səy­yar tib­bi və ia­şə xid­mət­lə­ri­nin təş­ki­li­ni döv­lə­ti­mi­zin ha­ra­da ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq öz və­tən­daş­la­rı­na gös­tər­di­yi qay­ğı­nın ifa­də­si ki­mi də­yər­lən­dir­di­lər.

Hə­yat zəh­mət üzə­rin­də qu­ru­lub. Oba sa­kin­lə­ri ilə söh­bət za­ma­nı bu­nun bir da­ha şa­hi­di ol­dum. Bu in­san­lar çay­dan keç­mək üçün ça­yın qu­ru­ma­sı­nı göz­lə­mir­lər. On­lar zəh­mət çə­kir­lər, çox iş­lə­yir­lər və nə­ti­cə­də həm bol qa­zanc gö­tü­rür­lər, həm də ər­zaq təh­lü­kə­siz­li­yi­nə öz töh­fə­lə­ri­ni ve­rir­lər.

Mux­tar res­pub­li­ka­nın hər bir qa­rı­şı ki­mi, bu dağ­lar­da da sər­həd­lə­ri­miz eti­bar­lı mü­da­fiə olu­nur. Ke­çəl­da­ğın zir­və­sin­də­ki müa­sir əs­gər post­la­rı, sıl­dı­rım da­ğın bağ­rı­nı ya­rıb çə­ki­lən hər­bi tə­yi­nat­lı yol­lar bu yer­lər­də xid­mə­tin nü­mu­nə­vi təş­ki­lin­dən so­raq ve­rir­di. Mə­tin, vü­qar­lı, şa­hin ba­xış­lı əs­gər­lə­ri­mi­zi gö­rən­də, oba sa­kin­lə­ri ilə əs­gər­lər ara­sın­da­kı həm­rəy­li­yin şa­hi­di olan­da bir da­ha əmin ol­dum ki, və­tə­ni qo­ru­ma­ğın da, qu­rub ya­rat­ma­ğın da yo­lu bir­lik­dən ke­çir. Xalq­la or­du ara­sın­da­kı bir­li­yin bir nü­mu­nə­si də oba sa­kin­lə­ri ilə bu­ra­da xid­mət edən əs­gər­lər ara­sın­da ya­ra­nıb.

Oba hə­ya­tı­nın öz gö­zəl­li­yi var. Bu­ra­da za­man gü­nə­şin hə­rə­kə­ti ilə ni­zam­la­nır. Gü­nəş sə­hər-sə­hər Ke­çəl­da­ğın ar­xa­sın­dan boy­lan­ma­ğa baş­la­yan­da, hə­lə çə­mən­lə­rin şe­hi çə­kil­mə­miş ar­tıq oba sa­kin­lə­ri çox­dan mal-hey­va­nı sa­ğıb örü­şə çı­xar­mış olur­lar. Qo­yun-qu­zu mə­ləş­mə­si, at kiş­nər­ti­si, ço­ban tü­tə­yi­nin sə­si sa­ba­hın so­yuq sa­za­ğı­na qa­rı­şıb dağ­lar­da əks-sə­da ver­dik­cə in­sa­nın ru­hu tə­zə­lə­nir. Ki­mi tə­zə­cə sağ­dı­ğı süd­dən xa­ma, qay­maq, pen­dir tu­tur, ki­mi şor-kə­rə, lor ha­zır­la­yır, qu­rud sə­rir, ki­mi də bir gün ön­cə­dən yığ­dı­ğı dih­cə­ni, ələ­yə­zi hö­rük­lə­yir. Sü­rü­nü, na­xı­rı örü­şə çı­xa­ran ço­ban­la­rın ha­ra­yı, ça­dır­lar­dan göz­lə­ri­ni ovuş­du­ra-ovuş­du­ra çı­xan, dağ la­lə­lə­ri ki­mi al ya­naq­lı oba uşaq­la­rı­nın ür­kək və bir o qə­dər də ma­raq­lı ba­xış­la­rı, öm­rü-gü­nü zəh­mət­lə yoğ­ru­lan oba qa­dın­la­rı­nın tə­sər­rü­fat qaç­ha­qa­çı, ocaq­la­rın göy­lə­rə mil­lə­nən tüs­tü­sü, hər gün bi­şi­ri­lən tən­dir çö­rə­yi­nin - la­va­şın, qa­lı­nın ət­ri, at ça­pan ye­ni­yet­mə­lə­rin hü­nər nü­ma­yi­şi oba hə­ya­tı­nın ən yad­da­qa­lan löv­hə­lə­ri ki­mi in­sa­nın yad­da­şın­da də­rin iz­lər bu­ra­xır. Us­tad Aşıq Ələs­gə­rin də de­di­yi ki­mi,

Kön­lüm qa­ran­quş tək uçub qoy­nu­na,

Gə­zir hər ya­ma­cı, hər ya­lı, yay­laq!

Ru­hum tə­zə­lə­nir, məst olur ürək,

Gö­rən­də bu ça­ğı, bu ha­lı yay­laq!

Yay­laq hə­ya­tı həm də xal­qı­mı­zın et­noq­ra­fik yad­da­şın­da xü­su­si yer tu­tur. Ağ çal­ma­lı dağ­la­rın ətək­lə­rin­də məs­kən, yurd sal­maq, tə­sər­rü­fat­la məş­ğul ol­maq hə­lə min il­lər bun­dan əv­vəl əc­dad­la­rı­mı­zın hə­yat tər­zi­nin ay­rıl­maz par­ça­sı olub. Məi­şət mə­də­niy­yə­ti­mi­zin, folk­lo­ru­mu­zun, tə­sər­rü­fat­çı­lıq ənə­nə­lə­ri­mi­zin bir his­sə­si də yay­laq­lar­da for­ma­la­şıb. Yay­laq­lar­da qu­ru­lan saz­lı-söz­lü məc­lis­lər - zur­na sə­si, saz ha­va­sı, bu­laq ba­şın­da qız-gə­lin­lə­rin züm­zü­mə et­dik­lə­ri nəğ­mə­lər söz sə­nə­ti­mi­zi, folk­lo­ru­mu­zu zən­gin­ləş­di­rib. Bu­ğu­bur­ma ca­van­la­rın, gənc­lə­rin cı­dı­ra çı­xıb at çap­ma­sı, ağ­bir­çək nə­nə­lə­ri­mi­zin tən­dir ça­tıb çö­rək bi­şir­mə­si, eli-oba­nı bir ocaq ət­ra­fı­na top­la­ma­sı əs­lin­də xal­qı­mı­zın min il­lər ər­zin­də for­ma­laş­mış adət-ənə­nə­lə­ri­nin, hə­yat tər­zi­nin ya­şa­dıl­ma­sı de­mək­dir. Tən­dir, ocaq tək­cə məi­şət qay­ğı­la­rı­nı sim­vo­li­zə et­mir, həm də yay­laq­lar­da yurd, məs­kən sal­ma­ğın - bir ocaq ba­şın­da yı­ğış­ma­ğın ele­men­ti ki­mi qə­bul olu­nur. Apa­rı­lan təd­qi­qat­lar və ar­xeo­lo­ji qa­zın­tı­lar nə­ti­cə­sin­də qə­dim yurd yer­lə­rin­də aş­kar olu­nan müx­tə­lif qu­ru­luş­lu tən­dir­lər, ocaq yer­lə­ri bu­nu bir da­ha təs­diq edir. Yə­ni vax­ti­lə aran­da ya­şa­yan­lar şə­hər mə­də­niy­yə­ti­nin əsa­sı­nı qo­yub­sa, elat hə­ya­tı sü­rən oba sa­kin­lə­ri də özü­nə­məx­sus də­yər­lər, adət-ənə­nə­lər sis­te­mi for­ma­laş­dı­ra­raq bu mə­də­niy­yə­ti da­ha da zən­gin­ləş­di­rib.

Yay­laq­lar­da for­ma­la­şan tə­sər­rü­fat­çı­lıq ənə­nə­lə­ri haq­qın­da da bir ne­çə kəl­mə de­mək ye­ri­nə dü­şər. Ötən il Or­du­bad ra­yo­nun­da­kı Göy­göl yay­laq­la­rın­da da bu­nun şa­hi­di ol­muş­dum. Qan­lı­göl­də də ey­ni­si­ni gör­düm. Bu yer­lər­də in­san­lar 500, 1000 ma­nat xərc çə­kib so­yu­du­cu al­mır, əsr­lər əv­vəl ol­du­ğu ki­mi, tə­bii so­yut­ma va­si­tə­lə­rin­dən is­ti­fa­də edir­lər. Bu­na heç bir ener­ji sərf edil­mir, əla­və xərc də tə­ləb olun­mur. Be­lə ki, süd məh­sul­la­rı - pen­dir, yağ, kə­rə əra­zi­də­ki buz ki­mi bu­laq su­la­rı­nın dövr et­di­ril­mə­si nə­ti­cə­sin­də ya­ra­dı­lan tə­bii soy­du­cu­lar­da sax­la­nır və ma­şın-ma­şın da­şı­na­raq Nax­çı­va­nın, Ba­kı­nın ba­zar­la­rı­na gön­də­ri­lir.

Oba sa­kin­lə­rin­dən ay­rı­lıb Ke­çəl­da­ğın məl­həm su­lu bu­laq­la­rı­na da baş çək­dik. Gü­nor­ta vax­tı ol­ma­sı­na bax­ma­ya­raq, ha­va sə­rin idi. Da­ha də­qiq de­sək, so­yuq idi. Qan­lı­gö­lün sə­rin me­hi ot­la­rın ara­sın­dan sü­zü­lüb ya­vaş-ya­vaş zir­və­lə­rə tə­ləs­dik­cə, ada­mın bə­də­ni­nə üşüt­mə dü­şür­dü. Sü­rü­cü­müz Fü­zu­li­nin də de­di­yi ki­mi, Qan­lı­göl yay­la­ğı, Ke­çəl­da­ğın ətək­lə­ri ya­yın or­ta­sın­da - gü­nün gü­nor­ta ça­ğın­da köl­gə, dal­da­na­caq ax­ta­rıl­ma­yan ye­ga­nə yer­lər­dir. "Yurd", "Pün­han", "Kəl­ba Nə­bi", "Zi­nə", "Xan" bu­laq­la­rı­nın gö­zün­də tə­zə-tə­zə boy ve­rən qa­ra yar­pız­dan, acı­qı­cı otun­dan yı­ğıb oba pen­di­ri və la­vaş­la dür­mək də tut­duq. Diş göy­nə­dən su­dan içib, yar­pız­dan yı­ğıb, bir az da pay-püşk üçün gö­tür­dük.

Bu­laq­la­rın ba­şı qə­lə­bə­lik idi. Şə­hə­rin is­ti­sin­dən, səs-kü­yün­dən baş gö­tü­rüb qa­çan­lar tə­biə­tə pə­nah gə­tir­miş­di­lər. Oba sa­kin­lə­ri ilə bu ye­rin qo­naq­la­rı ara­sın­da­kı xoş ün­siy­yət, sə­mi­miy­yət, bir də qa­tıq, pen­dir, süd, qay­maq, şor-kə­rə ha­lal­lı­ğı, ru­zi-bə­rə­kət qo­xu­su gö­rül­mə­yə də­yər­di. Yə­ni qı­sa­ca­sı, kənd tu­riz­mi ya­vaş-ya­vaş oba­la­ra da ayaq açıb. Hət­ta oba sa­kin­lə­ri de­di­lər ki, şə­hər­dən gə­lib ça­dır­lar­da qa­lan­lar, bi­zim­lə bir­gə oba hə­ya­tı ya­şa­yıb is­ti­ra­hət edən­lər də var.

Bur­dan be­lə bir nə­ti­cə çı­xır: sa­bit­lik, əmi­na­man­lıq, bir də in­sa­na qay­ğı olan yer­də - bu is­tər Nax­çı­van şə­hə­rin­də ol­sun, is­tər Kü­kü kən­din­də ol­sun, is­tər­sə də bax elə Ke­çəl­dağ­da­kı, Qan­lı­göl­də­ki yay­laq­lar­da ol­sun - in­ki­şaf da ola­caq, məs­kun­laş­ma da ola­caq, ra­hat ya­şa­yış da ola­caq...

Yaz­ma­ğa doy­ma­dı­ğım ki­mi, gəz­mə­yə də doy­ma­dı­ğım Qan­lı­göl yay­laq­la­rın­dan Gü­nəş ya­vaş-ya­vaş hə­nir­ti­si­ni çə­kir­di. Kü­kü­da­ğın ar­xa­sın­dan qal­xan bir əl­çim bu­lud Ba­ta­bat yay­la­ğı­na doğ­ru tə­lə­sir, san­ki el­dən-elə so­raq apa­rır­dı. Bu ara­da ço­ban­lar sü­rü­lə­rin, na­xır­la­rın ağ­zı­nı oba­ya doğ­ru sal­mış­dı. Be­lə­cə, bi­zim də get­mək vax­tı­mız gə­lib çat­mış­dı. Am­ma mən 15-20 il bun­dan əv­vəl­ki ki­mi bu­ra­dan qaç­maq is­tə­mir­dim. Elə oba­da ge­cə­lə­mək, yay­laq hə­ya­tı­nın bu növ­ra­ğı­nı dad­maq həs­rə­tin­də idim. Həs­rə­ti­mi, ar­zu­mu baş­qa bir vax­ta sax­la­yıb, onun ye­ri­nə bu di­ya­rın vur­ğu­nu olan və­tən­daş şa­ir Məm­məd Ara­zın bir bənd şei­ri­ni pı­çıl­da­yır­dım:

Ye­nə dağ dö­şün­də də­nər­lən­di qar,

Ye­nə zir­və­lə­rin həs­rə­tin­də qal,

Sel qop­du, də­rə­yə düş­dü qal­ma­qal...

Bir ocaq ba­şın­da bir isin­mə­sək

Sən ki­mə gə­rək­sən,

Mən ki­mə gə­rək?!

Ül­vi Hü­seyn­li



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ