Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi məqsədilə növbəti tədbir Yasamal Rayon Polis İdarəsinin və rayon Qeydiyyat Şöbəsi rəhbərliyinin təşəbbüsü ilə iyunun 1-də gerçəkləşib.
Uşaqların Beynəlxalq Müdafiəsi günündə təşkil edilən tədbir çərçivəsində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinə gedən əməkdaşlar bir ilkə imza atıb. Belə ki, həmin gün dünyaya göz açan, Yasamal rayon qeydiyyatına düşən 3 körpənin doğum haqqında şəhadətnamələrini və şəxsiyyət vəsiqələrini onların valideynlərinə təqdim ediblər.
Gələcəkdə də belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Baki-xeber.com