Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanır.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən məlumatagörə, bununla əlaqədar bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərdən biri olaraq, iyunun 3-də uşaqların istirahətlərinin daha rəngarəng edilməsi məqsədilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Qırmızı papaq” tamaşasının pulsuz nümayişi təşkil olunub. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 200 nəfər məktəbli iştirak edib.
Tamaşada iştirak edən uşaqların valideynləri tədbirdən razı qaldıqlarını bildirərək, hər zaman uşaqlara diqqət və qayğı göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.