1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin Humanitar şıbəsindən baki-xeber.com-a verilən xəbərə görə, mayın 31-də rayonun 11 və 268 nömrəli xüsusi məktəblərində və Bakı Autizm İdman və Yaşam Klubunda təhsil alan fiziki cəhətdən qüsurlu 200-dən çox uşağın iştirakı ilə bayram tədbiri keçirilib.
Uşaqlar qarşısında çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov tədbirdə iştirak edən bütün uşaqları “ 1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının işıqlı gələcəyinə zəmanət verir. O deyib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər bu ənənələrin əsasını qoyub. A.Əsgərov deyib ki, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda istedadlı uşaqların üzə çıxarılması, yetişdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib və bu iş bu gün də uğurla davam etdirilir.
Keçirilən bayram şənliyi uşaqların yaddaşında xoş izlər buraxıb, onların müəllim və valideynlərinin çox böyük razılığına səbəb olub. Tədbir incəsənət ustalarının çıxışları ilə davam edib.
Baki-xeber.com