Mayın 31-də Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə şagirdlərin iştirakı ilə bayram tədbiri keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin Humanitar şöbəsindən baki-xeber.com-a verilən xəbərə görə, bayram tədbirində Nəsimi RİH başçısı Asif Əsgərov çıxış edərək, uşaqları “ 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaradıb. Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımların xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayadığını bildirən RİH sədri bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlərlə qoyduğu ənənələrin hələ uzun illər yaşayıcağını bildirib. A.Əsgərov bildirib ki, Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlib.
Bayram tədbirində uşaqlar dünya xalqlarının mahnı və rəqslərini ifa edib, kompozisiyalar təqdim ediblər. Bayram konserti qonaqların alqışları ilə qarşılanıb.