Cümə axşamı günü, 01 oktyabr 2026
     

Çö­rək al­ma­ğa "CİP"lə ge­dək, ya ve­lo­si­ped­lə?!

Image


Bi­zim qə­ri­bə iş­lə­ri­miz çox­dur. Mə­sə­lən, çay gör­mə­miş çır­man­maq, özü­mü­zə umac ova bil­mə­yə-bil­mə­yə baş­qa­sı­na əriş­tə kəs­mək, yor­ğa­nı­mı­za gö­rə aya­ğı­mı­zı uzat­ma­maq, bo­yu­muz­dan uca­ya tul­lan­maq, arı­nın yu­va­sı­na çöp uzat­maq və sa­ir və ila­xır.

Bun­lar, be­lə de­yək ki, bi­zim klas­sik vər­diş­lə­ri­miz­dən­dir. Bu klas­si­ka müa­sir "kəşf" və oyun­baz­lıq­lar­la qo­vu­şan­da isə or­ta­ya əca­ib-qə­ra­ib mən­zə­rə­lər və iş­lər çıx­ma­ğa baş­la­yır.

Gör­kəm­li klas­si­ki­miz Üze­yir Ha­cı­bəy­li­nin ötən əs­rin əv­vəl­lə­rin­də qə­lə­mə al­dı­ğı "Nər­di­van" fel­ye­to­nu da bi­zim klas­sik si­çan-pi­şik iş­lə­ri­miz­dən­dir. Bu fel­ye­to­nu də­fə­lər­lə oxu­mu­şam. Am­ma bu­na bax­ma­ya­raq, bu gün də oxu­maq­dan doy­mu­ram. Və yə­qin ki, min il­lər son­ra da be­lə pub­li­sis­tik ma­yak­lar zir­və­dən en­mə­yə­cək. Gö­rək us­tad sə­nət­kar nə ya­zır:

Biz nə tövr iş gö­rü­rük?

Biz iş gör­mək is­tə­dik­də bir şe­yi ya­dı­mız­dan çı­xar­dı­rıq.

O şey nə­dir?

O şey nər­di­van­dır!

-Ne­cə yə­ni nər­di­van? Nər­di­van nə­dir?

Nər­di­van bir alət­dir ki, onun va­si­tə­si­lə adam təd­ric­lə yu­xa­rı çı­xa bi­lər. Hər kəs nər­di­van­sız yu­xa­rı çıx­maq is­tə­sə, elə yı­xı­lar ki, tə­pə­si da­ğı­lar.

Bu be­lə. Bun­dan baş­qa, bir də biz hə­mi­şə ba­şı­mız­dan ye­kə iş gö­rü­rük.

Am­ma bu­nun sə­bə­bi var. Sə­bə­bi də bu­dur:

Qon­şu­la­rı­mız si­çan boy­da iş gör­dük­də biz yat­mış­dıq. Son­ra on­la­rın işi bö­yü­yüb ke­çi boy­da olan­da da biz yat­mış­dıq. Son­ra on­lar eş­şək boy­da iş­lər gör­mə­yə üz qoy­du­lar, biz ye­nə yat­mış­dıq. Qon­şu­la­rı­mı­zın eş­şək boy­da olan işi, irə­li­lə­yib ca­mış ye­kə­lik­də ol­du. Am­ma biz yat­mış­dıq. Və ca­mış dö­nüb də­və olan­da da biz yat­mış­dıq. Biz an­caq o vaxt oyan­dıq, nə vaxt ki, qon­şu­la­rı­mız fil boy­da iş gör­mə­yə baş­la­dı­lar.

Qə­rəz, gö­zü­mü­zü ov­xa­la­yıb de­dik ki, nə var? Biz də o boy­da iş­lər gö­rə bi­lə­rik və baş­la­dıq fil boy­da iş­lər gör­mə­yə.

Axı­rı nə ol­du?

Axı­rı be­lə ol­du:

Fi­lin bir aya­ğı­nı qa­yır­ma­mış yo­ru­lu­ruq və du­rub qa­çı­rıq. Son­ra uta­nı­rıq, de­yi­rik gə­lin tə­zə­dən baş­la­yaq, an­caq bu­ra­sı­nı iq­rar elə­yim ki, fi­lə gü­cü­müz çat­mır. De­yi­rik ki, on­dan ba­la­ca­sı­nı qa­yı­raq. Fil­dən ba­la­ca nə­dir? Əl­bət­tə də­və, qə­rar qo­yu­ruq ki, də­və boy­da qa­yı­raq, baş­la­yı­rıq. Am­ma ye­nə də­və­nin aya­ğı ta­mam ol­ma­mış yo­ru­lub qa­çı­rıq. Son­ra ye­nə yı­ğı­lı­rıq de­yi­rik ki, də­və iri­dir, on­dan ba­la­ca­sı­nı baş­la­yaq, on­dan ba­la­ca nə­dir?

- Ca­mış­dır. Baş­la­yı­rıq ca­mış boy­da iş gör­mə­yə, la­kin ca­mı­şa da gü­cü­müz çat­mır. Aşa­ğa eni­rik (hal­bu­ki, qon­şu­lar fil­dən yu­xa­rı çı­xır­lar) de­yi­rik ki, eş­şək boy­da iş gö­rək, am­ma eş­şək də bi­zə güc elə­yir. Tu­tu­ruq ke­çi­ni, gö­rü­rük yox! Ke­çi­yə də tab gə­ti­rə bil­mi­rik. On­da məs­lə­hə­ti qo­yu­ruq si­çan üs­tü­nə.

Am­ma on­da da gö­rür­sən ki, içi­miz­dən bir pi­şik çıx­dı və si­ça­nı ye­di...

Biz be­lə iş gö­rü­rü­rük".

Əl­bət­tə, bö­yük sə­nət­ka­rın bu fel­ye­to­nu­nun da əsas məğ­zi odur ki, hər bir işin əsa­sı yo­lu düz seç­mək, mər­hə­lə-mər­hə­lə, pil­lə-pil­lə yax­şı nə­ti­cə ha­sil et­mək­dir. Qı­sa­sı, hər bir iş­də ar­dı­cıl­lı­ğı göz­lə­mək son­da yax­şı nə­ti­cə ve­rir. Am­ma iş bu­dur ki, döv­rü­müz­də nər­di­van­sız yu­xa­rı çıx­maq is­tə­yən­lər də az de­yil. Mə­sə­lən, biz is­tə­yi­rik ki, özü­mü­zü əziy­yə­tə sal­ma­yaq, id­man­la mün­tə­zəm məş­ğul ol­ma­dan qı­sa vaxt­da çox­lu pro­te­in­li dər­man­lar qə­bul edib "mus­qul"la­rı­mı­zı şi­şi­rib ona-bu­na gös­tə­rək (Son za­man­lar so­si­al şə­bə­kə­lər­də be­lə dər­man­la­rın Nax­çı­van­da sa­tı­şı­nı rek­lam edən qrup­lar da pey­da olub). Bir­dən-bi­rə han­sı­sa və­zi­fə tu­taq, Av­ro­pa çem­pio­nu olaq, tə­zə pla­net­lər kəşf edək. Hə­lə bir də gö­rür­sən ki, im­ka­nı 10 min ma­nat­lıq ma­şın al­ma­ğa ça­tan bi­ri­si qon­şu­dan da­la qal­ma­yıb kre­dit­lə 60 min ma­nat­lıq "CİP" alır. Son­ra nə olur? Heç nə, ye­mir-iç­mir, bank­la­ra 20 il kre­dit ödə­yir. Bəs bu "CİP" nə­yə la­zım­dır? Heç nə­yə, ona-bu­na "ha­va" at­ma­ğa, dost-ta­nı­şın ya­nın­da qür­rə­lən­mə­yə, bir də ya­şa­dı­ğı ev­dən 15 ad­dım o tə­rəf­də yer­lə­şən ma­ğa­za­ya ge­dib çö­rək­lə ya­rım ki­lo ba­nan al­ma­ğa. Özü­nü­rek­lam bu mə­sə­lə­nin bir tə­rə­fi­dir­sə, di­gər tə­rə­fi bu cür hal­la­rın in­san­la­rı pas­siv hə­ya­ta, hə­rə­kət­siz­li­yə, do­la­yı yol­la ürək-qan da­mar, da­yaq-hə­rə­kət or­qa­nı xəs­tə­lik­lə­ri­nə dü­çar et­mə­sin­də­dir.

Val­lah, tə­miz dəst­gah­dı...

Yə­qin fi­kir ver­mi­si­niz, bu "CİP"-i, "Pra­do"nu, nə bi­lim, "Land-Cru­zer"i is­teh­sal edən öl­kə­lə­rin özün­də yer­li əha­li əsa­sən ki­çik həcm­li 1,2 - 1,3 litr həcm­li - yığ­cam mü­hər­rik­li, qə­na­ət­çil və ma­nevr­li, eko­lo­gi­ya­ya az zə­rər vu­ran ma­şın­lar sü­rür. Öz pul­la­rı­nı bi­zim ki­mi ben­zi­nə, bank kre­dit­lə­ri­nə yox, təh­sil­lə­ri­nə, is­ti­ra­hət və gə­zin­ti­lə­ri­nə, mə­də­ni in­ki­şaf­la­rı­na, sağ­lam­lıq­la­rı­na sərf edir­lər. Çün­ki kras­so­ver tip­li ma­şın­lar dağ-daş üçün­dür. Şə­hər için­də, düm­düz as­falt yol­lar­da ki­çik həcm­li ma­şın­lar əl ve­rir.

Hə­min öl­kə­lər­də gənc­lə­rin bö­yük ək­sə­riy­yə­ti, elə­cə də yaş­lı tə­bə­qə ve­lo­si­ped­dən ge­niş is­ti­fa­də edir. Hər bir ic­ti­mai ya­şa­yış bi­na­sı­nın qar­şı­sın­da ve­lo­si­ped da­ya­na­caq­la­rı­nın ol­ma­sı müt­ləq­dir. Ve­lo­si­ped­dən is­ti­fa­də edən əha­li həm pu­lu­na qə­na­ət edir, həm də ve­lo­si­ped sür­mək on­la­rı sağ­lam və güm­rah sax­la­yır. Bəs biz nə edi­rik? Yu­xa­rı­da de­di­yim ki­mi, çö­rək al­ma­ğa, par­ka gə­zin­ti­yə "CİP-lə" ge­di­rik. Ve­lo­si­ped sü­rən­lə­ri isə, ye­ri gəl­sə, "xo­xan", "xort­dan" he­sab edi­rik. Sü­rən­lə­rə "xo­xan" ki­mi bax­dı­ğı­mı­za gö­rə özü­mü­zə də sür­mə­yi sı­ğış­dır­mı­rıq: axı bi­zə də kim­sə "xort­dan" de­yər! Dü­şün­cə­yə ba­xın: ağa­cın, ko­lun al­tın­da göy­cə ilə 15 litr pi­və içən­dən son­ra qış­qır-ba­ğır sa­lıb ca­maa­tı na­ra­hat et­mək, gü­nə 4 qu­tu si­qa­ret tüs­tü­lət­mək, sə­hər­dən-ax­şa­ma boş-boş qey­bət et­mək ar de­yil, am­ma ve­lo­si­ped sür­mək "ayıb­dır".

Bi­na­lar­da "tor­ba əmə­liy­ya­tı"

Çö­rək al­maq de­miş­kən, hə­lə bir də son za­man­lar çox­mər­tə­bə­li ya­şa­yış bi­na­la­rın­da "tor­ba əmə­liy­yat­la­rı" ge­niş vü­sət alıb. Mə­sə­lə bu­dur ki, Nax­çı­van şə­hə­rin­də­ki ya­şa­yış bi­na­la­rı­nın bö­yük ək­sə­riy­yə­ti döv­lət he­sa­bı­na ən müa­sir sə­viy­yə­də ye­ni­dən qu­ru­lub, sa­kin­lər üçün ide­al şə­ra­it ya­ra­dı­lıb. Biz bir ne­çə il bun­dan qa­baq hə­min bi­na­la­rı şə­rit­lər­lə "bə­zə­yir­dik". Son­ra bir­tə­hər ba­şa düş­dük ki, şə­rit­lə­rə si­cil­lə­mə pal­tar sə­rib su­yu­nu da kü­çə­dən ke­çən­lə­rin ba­şı­na dam­cı­lat­maq heç bir nor­ma­ya uy­ğun gəl­mir, nə­ha­yət ki, bir­tə­hər yı­ğış­dır­dıq. İn­di isə bal­kon­lar uzun kən­dir­lər bağ­lan­mış "me­şok" tor­ba­lar­la "gül­lə­nib". Bu tor­ba­lar kom­fort­lu "ti­ca­rət ma­şın­la­rı­dır". Sal­la­yır­san aşa­ğı, dü­kan­çı da nə la­zım­dır yı­ğır tor­ba­nın içə­ri­si­nə son­ra da de­yir: DART. Be­lə­cə, se­ri­al-di­zi alu­də­çi­li­yi gün­də 10-15 ad­dım pi­ya­da yol qət et­mə­yə im­kan ver­mir. Bu min­val­la da 40-45 yaş­dan son­ra şi­ka­yət­lər baş­la­yır: Aya­ğım, be­lim tu­tu­lub, çə­kim ar­tıb, qan təz­yi­qim oy­na­yır, yu­xu­suz­luq mə­ni tən­gə gə­ti­rib, oy­naq­la­rım­da ağ­rı­lar əmə­lə gə­lib və sa­ir, və ila­xır.

Xəs­tə­lik­lər bi­zə "xox" gə­lir

Bir az ət­ra­fı­mı­za diq­qət elə­sək gö­rə­cə­yik ki, Nax­çı­van­da son il­lər yüz­lər­lə id­man, mə­də­niy­yət ocaq­la­rı ti­ki­lib, ay­rı-ay­rı id­man mək­təb­lə­ri və fe­de­ra­si­ya­lar ya­ra­dı­lıb, ye­ni ti­ki­lən mək­təb­lə­rin hər bi­rin­də ən müa­sir id­man zal­la­rı da qu­ru­lub. Hət­ta kənd­lər­də də müa­sir sta­di­on­lar, id­man zal­la­rı, açıq id­man qur­ğu­la­rı, mi­ni fut­bol, vo­ley­bol və bas­ket­bol mey­dan­ça­la­rı ən müa­sir sə­viy­yə­də ti­ki­lib-qu­ru­la­raq əha­li­nin is­ti­fa­də­si­nə ve­ri­lib. Məq­səd nə­dir? Məq­səd odur ki, in­san­lar sağ­lam ol­sun, id­man hər kə­sin, ha­mı­nın gün­də­lik hə­yat tər­zi­nə çev­ril­sin, küt­lə­vi­li­lik tə­min edil­sin. Düz­dür, son il­lər mux­tar res­pub­li­ka­da Gənc­lər və İd­man Na­zir­li­yi­nin, İd­man Fe­de­ra­si­ya­la­rı­nın, Təh­sil Na­zir­li­yi­nin qar­şı­lıq­lı bir­gə fəa­liy­yə­ti nə­ti­cə­sin­də 10 min­lər­lə gənc id­ma­na cəlb edi­lib, id­man­çı­la­rı­mız uğur­lu nə­ti­cə­lər qa­za­nıb. Tək­cə 2016-cı il­də mux­tar res­pub­li­ka id­man­çı­la­rı bey­nəl­xalq və öl­kə əhə­miy­yət­li ya­rış­lar­da 108 me­dal qa­za­nıb. Ar­tıq Nax­çı­van­da id­man gənc­lə­rin gün­də­lik hə­yat tər­zi­nə çev­ril­mək­də­dir. Ya­vaş-ya­vaş şə­hər­də pi­ya­da yü­rüş edən­lə­rin, ve­lo­si­ped sü­rən­lə­rin, bə­dii gim­nas­ti­ka­ya, əq­li­mi­zin id­ma­nı olan şah­ma­ta, ae­ro­bi­ka­ya, fit­nes-klub­la­ra üz tu­tan gənc oğ­lan və qız­la­rın da sa­yı art­maq­da­dır.

Am­ma gə­lin eti­raf edək ki, uşaq və gənc­lə­rin bu sa­hə­də­ki ak­tiv­li­yi or­ta və yaş­lı nəs­lin nü­ma­yən­də­lə­rin­də yox də­rə­cə­sin­də­dir. Özü­mü­zə bir az kə­nar­dan bax­saq gö­rə­cə­yik ki, bə­zi­lə­ri­miz ki­no­ya, te­at­ra, kon­ser­tə öz xo­şu­muz­la get­mə­di­yi­miz ki­mi, id­ma­na da tə­kan və ya məc­bu­riy­yət, tə­ləb ol­ma­dan get­mi­rik. Mə­sə­lən, gə­rək be­li­miz­də yır­tıq, si­nir sı­xıl­ma­sı əmə­lə gə­lə ki, hə­kim bi­zə "id­man bu xəs­tə­lik­lər­də məc­bu­ri gös­tə­riş­dir" de­yən­dən son­ra üç­gü­çü­lü­yə ge­dək. Ya­xud ürə­yi­miz, qan təz­yi­qi­miz sö­zü­mü­zə bax­ma­yan­da, baş­la­yaq pi­ya­da yü­rüş­lə­ri­nə və ya ve­lo­si­ped gə­zin­ti­lə­ri­nə... Hal­bu­ki, id­man­la mün­tə­zəm məş­ğul ol­saq, bu xəs­tə­lik­lə­rin də heç bi­ri bi­zə "xox" gə­lə bil­məz. Pi­si odur ki, hə­lə də biz­də o fi­kir qa­lıb ki, id­man an­caq gənc­lər üçün­dür. İn­di mən so­ru­şu­ram:Həf­tə­də 3 də­fə id­man zal­la­rı­na, üz­gü­çü­lük mər­kəz­lə­ri­nə, ax­şam gə­zin­ti­lə­ri­nə get­mək yax­şı­dır, ya ay­da bir də­fə ap­te­kə?!

Gə­lin diq­qət edək: is­tər Nax­çı­van şə­hə­rin­də, is­tər­sə də ra­yon mər­kəz­lə­ri və kənd­lər­də ti­ki­lən mi­ni fut­bol mey­dan­ça­la­rı­nın, id­man və məşq zal­la­rı­nın ax­şam sa­at­la­rın­da na­dir hal­lar­da işı­ğı ya­nır. Bu id­man qur­ğu­la­rı­na gi­riş üçün nə biz­dən pul tə­ləb edən var, nə də xa­hiş göz­lə­yən. Hal­bu­ki, bu mey­dan­ça­lar dün­ya­nın hər ye­rin­də pul­lu­dur və saa­tı 50 dol­lar­dan ucuz de­yil. Üs­tə­lik, növ­bə, si­ya­hı ilə gü­nün 24 saa­tı da­yan­ma­dan xid­mət gös­tə­rir.

Atı­cı­lıq mər­kəz­lə­ri­miz, peyn­tbol mey­dan­ça­la­rı­mız da onun ki­mi...

Biz uşaq olan­da ha­mı fut­bo­lu mey­dan­ça­da oy­na­yar­dı. Ax­şam­lar kə­lə­kö­tür sta­di­on­lar­da adam əlin­dən yer ol­mur­du. Mə­həl­lə ara­sı, kənd­lər ara­sı ya­rış­lar bö­yük hə­yə­can ya­ra­dır­dı. Tək­cə bi­zim hör­mət­li Cəh­ri kən­din­də 6 mə­həl­lə ko­man­da­sı var­dı ki, on­lar ara­sın­da ya­rış ke­çi­rən­də iy­nə at­say­dın, ye­rə düş­məz­di. Də­fə­lər­lə qon­şu kənd­lə­rə pi­ya­da ge­dib yol­daş­lıq oyun­la­rı oy­na­mı­şıq. Acı­na­caq­lı­sı bu­dur ki, in­di ən gö­zəl sta­di­on­la­rın qu­ru­lub-ti­kil­di­yi kənd­lər­də uşaq­lar fut­bo­lu göz­lə­ri çı­xa-çı­xa sə­hər­dən ax­şa­ma kom­pyu­ter­lər­də oy­na­yır. Ona gö­rə də 10-12 ya­şın­da ey­nək ta­xan uşaq­la­rın sa­yı sü­rət­lə ar­tır. Bə­zən bir si­nif­də 10 nə­fər be­lə uşaq say­maq olur. Tə­miz ha­va­da id­man ya­rış­la­rı, id­man mü­ba­ri­zə­si, qə­lə­bə se­vinc­lə­ri, fi­zi­ki sağ­lam­lıq, uşaq­lar ki­mi, heç on­la­rın va­li­deyn­lə­ri­nin, ic­ra nü­ma­yən­də­lə­ri­nin, hət­ta bə­lə­diy­yə­lə­rin də ya­dı­na düş­mür.

Atı­cı­lıq fe­de­ra­si­ya­sı ya­rış ke­çir­di, 50-100 nə­fər gənc ya­rış­da iş­ti­rak edir, ke­çir­mə­di, bu qur­ğu­lar, atəş si­lah­la­rı, "TİR"lər ya­tıb qa­lır "ağ­zı­gü­nə". De­mək olar ki, heç bi­ri­miz bu im­kan­lar­dan la­zı­mi sə­viy­yə­də is­ti­fa­də et­mi­rik. Ve­lo­si­ped sür­mək, həf­tə­də bir də­fə dağ­çı­lıq id­man­la­rı­na yer ayır­maq da onun ki­mi. Nax­çı­van te­le­vi­zi­ya­sı­nın efi­rin­dən də tez-tez iz­lə­yi­rik: mux­tar res­pub­li­ka­nın ha­va və eks­tre­mal id­man növ­lə­ri fe­de­ra­si­ya­sı hət­ta uc­qar kənd­lər­də də ve­lo­yü­rüş­lər, da­ğa­dır­man­ma ya­rış­la­rı, pi­ya­da yü­rüş­lə­ri təş­kil edir. Mü­şa­hi­də edib gö­rü­rük ki, va­li­deyn­lə­rin bir ço­xu bu ya­rış­la­ra da öz öv­lad­la­rı­nı xa­hiş-min­nət­lə gön­də­rir.

Am­ma bə­zən unu­du­ruq ki, fi­zi­ki cə­hət­dən sağ­lam bö­yü­mə­yən, id­man­la mü­tə­ma­di məş­ğul ol­ma­yan gən­cin zeh­ni in­ki­şa­fı, dərs­lə­ri mə­nim­sə­mə­si də ye­tə­ri sə­viy­yə­də ol­mur. Qı­sa­ca­sı, sağ­lam bə­dən­də sağ­lam ruh olar. Hə­lə on ikin­ci əsr­də, yə­ni in­di yox haaa, doq­quz əsr bun­dan əv­vəl da­hi Ni­za­mi ya­zır­dı:

Bə­dən sağ­lam ol­sa, saf olar söz də,

Süst adam süst olar bə­dən­də, söz­də.

Park­la­ra ya tum çırt­la­ma­ğa, ya da qey­bət elə­mə­yə çı­xı­rıq

Ya­dım­dan çıx­ma­mış onu da de­yim ki, son il­lər mux­tar res­pub­li­ka­da o qə­dər ge­niş­miq­yas­lı, hər­tə­rəf­li in­fras­truk­tur qu­ru­lub ki, bu­ra gə­lən xa­ri­ci qo­naq­lar be­lə hə­səd apa­rır. Tək­cə Nax­çı­van şə­hə­rin­də de­yil, ra­yon mər­kəz­lə­ri və kənd­lər­də də on­lar­la is­ti­ra­hət par­kı ti­ki­lib-qu­ru­la­raq əha­li­nin is­ti­fa­də­si­nə ve­ri­lib. Av­ro­pa öl­kə­lə­ri­nə ge­dən­lər bi­lir. Sə­hə­rin gö­zü açıl­ma­mış bu öl­kə­lər­də­ki park­lar id­man edən, sə­hər gim­nas­ti­ka­sı ilə məş­ğul olan 50 yaş­dan yu­xa­rı qa­dın və ki­şi­lər­lə do­lub-da­şır. Gə­lin sə­mi­mi olaq və eti­raf edək ki, biz park­la­ra tum çırt­la­ma­ğa, ya da qey­bət elə­mə­yə çı­xı­rıq. Hal­bu­ki, bi­zim park­lar nə Lon­do­nun, nə də Vya­na­nın park­la­rın­dan kəm zad de­yil. Bəs mə­sə­lə nə­di?! Mə­sə­lə odur ki, id­man ge­yi­min­də gim­nas­ti­ka ilə məş­ğul olan­da bi­zi qon­şu­muz Zə­roş ba­cı ilə dəl­lək Qu­la­mə­li gö­rər bir­dən... Üzü­yü­mü­zün qa­şı o də­qi­qə dı­ğır­la­nıb dü­şər ye­rə.

Mən Av­ro­pa de­miş­kən, elə dü­şün­mə­yin ki, on­lar elə ta­ri­xən id­man­çı olub­lar, sağ­lam ye­yib, güm­rah gə­zib­lər. Ək­si­nə, üz qırx­maq­dan ha­mam­da çim­mə­yə qə­dər hər şe­yi biz­dən öy­rən­dik­lə­ri ki­mi, elə id­ma­nı da biz­dən əxz elə­yib­lər. Vaxt var­dı, Də­də­miz Qor­qud ca­van­la­rın at çap­ma­ğı­na, ox at­ma­ğı­na, tor­pa­ğı, yur­du üçün gös­tər­di­yi igid­li­yə ba­xıb ad qo­yar­dı, on­la­rın ai­lə qur­ma­sı­na xe­yir-dua ve­rər­di. Das­tan­la­rı­mız, na­ğıl­la­rı­mız, rə­va­yət və əf­sa­nə­lə­ri­miz də məhz bu­na gö­rə­dir ki, baş­dan-ba­şa igid­lik, qəh­rə­man­lıq, cə­sa­rət, hü­nər mo­tiv­lə­ri üzə­rin­də qu­ru­lub. Yə­ni ulu ba­ba­la­rı­mız zən­gin mə­də­niy­yət ya­rat­maq­la ya­na­şı, həm də fi­zi­ki cə­hət­dən ak­tiv hə­yat sü­rüb­lər. La­kin son­ra­dan biz tən­bəl­lik edib gü­nor­ta­ya­can mür­gü vu­ran­da bir də ayı­lıb gör­mü­şük ki, ivan­lar, mark­lar, co­ni­lər bu adə­ti­mi­zi qa­mar­la­yıb edib­lər öz hə­yat tərz­lə­ri.

Ap­tek­lə­rin qar­şı­sın­da­kı növ­bə­lə­ri id­man zal­la­rı­nın qar­şı­sın­da­kı növ­bə­lər­lə əvəz­lə­yək

Axı ol­maz ki, be­lə mə­sə­lə­lər­də biz özü­mü­zə kə­nar­dan ba­xaq? Özü­müz id­ma­na kö­nül ve­rək ki, gənc­lər, elə bi­zim öz öv­lad­la­rı­mız da bi­zim yo­lu­mu­zu tut­sun­lar... Bax, be­lə et­sək, tez bir za­man­da gö­rə­cə­yik ki, şə­hər­də ha­mı yü­rü­şə çı­xır, gün­də 7-8 ki­lo­metr yol qət edir, ve­lo­si­ped sü­rür, üz­gü­çü­lü­yə ge­dir, hə­dəf­lə­rə atəş açır, is­ti­ra­hət park­la­rı da sə­hər-sə­hər gim­nas­ti­kay­la məş­ğul olan­lar­la do­lub-da­şır. Və nə­ha­yət, biz şə­hər­də ve­lo­si­ped sü­rən­lə­rə yox, sə­hər­dən-ax­şa­ma yu­xu bi­şi­rən, mür­gü vu­ran özü­mü­zə riş­xənd­lə ya­naş­saq, tez­lik­lə gö­rə­cə­yik ki, ap­tek­lə­rin qar­şı­sın­da­kı növ­bə­lə­ri, id­man qur­ğu­la­rı­nın, mey­dan­ça­la­rı­nın qar­şı­sın­da­kı növ­bə­lər əvəz edib. Özü də əv­vəl­kin­dən sağ­lam və güm­rah ola­ca­ğıq. Gör­kəm­li hə­kim və mü­tə­fək­kir İbn Si­na de­miş­kən, "id­man­la məş­ğul ola­nın heç bir müa­li­cə­yə eh­ti­ya­cı yox­dur. Onun müa­li­cə­si elə id­ma­nın özü­dür".

Gə­lin hər bi­ri­miz id­man edək, id­man­la nə­fəs alaq... Özü də Nax­çı­va­nın tər­tə­miz ha­va­sın­da...

Son­da tən­bəl­lik et­mə­yib ey­ni sua­lı bir də ve­rə­cəm. İn­di siz de­yin: çö­rək al­ma­ğa "CİP"-lə ge­dək, ya ve­lo­si­ped­lə?!

Sa­hil Ta­hir­li
Nax­çı­van



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
İraqda 23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları bölgədən çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ