Nəsimi rayon İcra Hakimiyyəti 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən məlumata görə, tədbir rayon ərazisində yerləşən “KOALA” istirahət və əyləncə parkında mayın 30-da təşkil olunub. Burada Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində tərbiyə alan valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlara nahar süfrəsi açılıb, müxtəlif hədiyyələr təqdim olunub. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənləniblər.