28 may Respublika Günü münasibətilə Nəsimi rayonunun tam orta məktəblərində silsilə tədbirlər keçirilir.
Nəsimi Rayon icra hakimiyyətindən baki-xeber.com-a verilən məlumata görə, növbəti belə tədbir 8 saylı tam orta məktəbdə təşkil edilib. Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və məktəbin direktoru Aytən Baxşıyeva 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99-cu ildönümü – istiqlaliyyət tarixindən danışıb və məktəbliləri hər bir azərbaycanlının qürurla qeyd etdiyi 28 may Respublika günü münasibətilə təbrik ediblər.