"Azercell Telekom" MMC "1001 Smartfon" kampaniyası çərçivəsində sərfəli şərtlərlə smartfon telefonlarını təqdim etməkdə davam edir. Belə ki, 26.05.2017-ci il tarixindən etibarən müştərilər "iPhone 6" 32GB telefonunu sərfəli şərtlərlə əldə etmək imkanı qazanır.
Abunəçilər 4G dəstəkləyən smartfonları aylıq cəmi 65 AZN-dən başlayan ödənişlə əldə edə bilər. Üstəlik, onlara 5GB internet və ölkə daxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı da verilir.
Kampaniyaya qoşulmaq üçün abunəçilər "Azercell" müştəri xidmətləri ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilər.
Qeyd edək ki, "Azercell" "1001 Smartfon" kampaniyası çərçivəsində "iPhone 7" və "iPhone 5S", "LG Flex 2" smartfonlarını da sərfəli şərtlərlə təqdim edib.
"Azercell" "1001 Smartfon" kampaniyası çərçivəsində yay boyunca abunəçilərinə sərfəli şərtlərlə telefonlar təklif etməyə davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.