Bazar günü günü, 15 noyabr 2026
     

"Ala­ya­rım­çıq müx­bir­lər"in Nax­çı­van­la bağ­lı "cə­viz sev­da­sı"...

Image


Bu so­si­al şə­bə­kə­lər çox­la­rı­nı "ana­li­tik", "po­li­to­loq", "təh­lil­çi", "fa­la­ba­xan", "qə­zəl­xan", "mər­si­yə­xan", "ma­sa­bə­yi" və sa­ir və ila­xır edib. Əli­nə te­le­fon alan nə gəl­di çə­kir, ya­zır, şərh edir, moi­zə oxu­yur, bir söz­lə, min oyun­dan çı­xır.

Düz­dür, döv­rü­müz­də so­si­al şə­bə­kə­lər­dən ba­ca­rıq­la is­ti­fa­də edən, la­zı­mi in­for­ma­si­ya alan, ağıl­lı təb­li­ğat işi apa­ran­lar da ye­tə­ri qə­dər çox­dur. Am­ma bu­ra­da vaxt ke­çi­rən­lə­rin, in­san­la­rın hiss və duy­ğu­la­rı ilə oy­na­yan­la­rın, cə­miy­yə­tə fay­da gə­ti­rən mü­tə­rəq­qi iş­lər­lə bağ­lı an­ti­təb­li­ğat apa­ran­la­rın, ağ­zı­nın qay­ta­nı qa­çan­la­rın, ya­lan in­for­ma­si­ya ya­ya­raq "sen­sa­si­ya", "şok" da­lı­na dü­şən "ala­ya­rım­çıq müx­bir­lər"in də sa­yı az de­yil. Qar­ğa özü­nü quş, xə­şil özü­nü aş bi­lən ki­mi, "ala­ya­rım­çıq müx­bir­lər" də öz­lə­ri­ni "mü­tə­xəs­sis", "eks­pert" he­sab edib baş­la­yır­lar moi­zə oxu­ma­ğa. Hət­ta bə­zən irə­li ge­dib in­san­la­rın ai­lə­si­ni, şəx­si­ni be­lə bü­tün qa­nun­la­rı po­za­raq mü­za­ki­rə­yə çı­xa­rır, on­la­ra qa­ra ya­xır, iş­gü­zar nü­fu­zu­na zər­bə vu­rur­lar. Ye­nə qan­ma­ya­na bir­tə­hər əlac ta­pı­lır...Ha­var bu ya­rım­çıq­la­rın əlin­dən.

Ya­lan in­for­ma­si­ya de­miş­kən, ötən gün­lər­də 2-3 nə­fər "mər­si­yə­xan", "ala­ya­rım­çıq müx­bir" pay­taxt­da otu­ra-otu­ra so­si­al şə­bə­kə­lər­də "üf­lə­miş­di" ki, bəs Nax­çı­van­da cə­viz ağac­la­rı­nın əki­ni­nə qa­da­ğa qo­yu­lub. Son­ra yaz­dı­lar ki, cə­viz ağac­la­rı­na ver­gi də tət­biq olu­nub, hə­lə bir az da irə­li ge­də­rək de­di­lər ki, on il­lər­dir bar ve­rən ağac­lar isə "soy­qı­rı­ma" mə­ruz qa­lır, kə­si­lib ta­la­nır. Bu de­zin­for­ma­si­ya mux­tar res­pub­li­ka­nın, xü­su­si­lə da­ha çox cə­viz ağac­la­rı olan dağ­lıq kənd­lə­ri­nin əha­li­sin­də əməl­li-baş­lı na­ra­hat­lıq ya­rat­mış­dı. Çün­ki bu kənd­lər­də ba­ğın­da 50-dən ar­tıq cə­viz ağa­cı olan sa­kin­lər var ki, on­lar öz do­la­nı­şıq­la­rı­nı bu bağ­lar he­sa­bı­na tə­min edir, hər il min­lər­lə ma­nat qa­zanc gö­tü­rür­lər.

Bu yer­də de­mək ye­ri­nə dü­şər ki, Nax­çı­van cə­vi­zi nə­in­ki pay­taxt Ba­kı­da, elə ya­xın xa­ri­ci öl­kə­lər­də də adıy­la ta­nı­nır. Hət­ta, pay­taxt Ba­kı­da baş­qa böl­gə­lə­rin cə­viz­lə­ri­ni Nax­çı­van cə­vi­zi adı ilə ba­ha qiy­mə­tə ca­maa­ta "oxu­dan­la­rı" da az gör­mə­mi­şik. Çün­ki saf su, tə­miz ha­va, mün­bit tor­paq və bol gü­nəş ener­ji­si bu di­ya­rın məh­sul­la­rı­na ay­rı­ca dad-tam ve­rir. Nax­çı­va­nın cə­viz lə­pə­si­nin hər ki­loq­ra­mı­nın qiy­mə­ti 25-30 ma­nat ara­sın­da də­yi­şir və alı­cı­sı da hə­mi­şə ba­şı­nın üs­tün­də­dir. Hə­lə yal­nız Nax­çı­van mət­bə­xi­nə xas olan cə­viz mü­rəb­bə­si­ni de­mi­rik. Cə­vi­zin ka­lın­dan ha­zır­la­nan bu mü­rəb­bə­nin hər 100 qra­mı 8-10 ma­nat ara­sın­da sa­tı­lır. Ev­lər­də xa­nım­lar tə­rə­fin­dən ge­niş bi­şi­ril­mək­lə ya­na­şı, Or­du­bad­da döv­lət ma­liy­yə dəs­tə­yi he­sa­bı­na ay­rı­ca cə­viz mü­rəb­bə­si is­teh­sa­lı mü­əs­si­sə­si də ya­ra­dı­la­raq fəa­liy­yə­ti tə­min edi­lib. Nax­çı­va­nın cə­viz­li şir­niy­yat­la­rı­nın - şə­kər­bu­ra­nın, pax­la­va­nın, su­cu­ğun şöh­rə­ti isə elə in­di ol­du­ğu ki­mi, qə­dim dövr­lər­də də dün­ya­nı do­la­şıb.

Nax­çı­van­da həm də cə­viz ağa­cı­nın mə­nə­vi çə­ki­si bö­yük­dür. Kənd­lə­ri­miz­də cə­viz ağa­cı hər bir evin ru­zi-bə­rə­kə­ti he­sab olu­nur. Cə­viz­lə bağ­lı ya­ra­nan inanc­lar, de­yim­lər min il­lər­dir ki, məi­şət mə­də­niy­yə­ti­mi­zə, folk­lo­ru­mu­za ayaq açıb.

İn­di mən so­ru­şu­ram, bu qə­dər gə­lir gə­ti­rən, mad­di və mə­nə­vi çə­ki­si bö­yük olan bir sa­hə­nin fəa­liy­yə­ti­nə - "mər­si­yə­xan­lar"ın mən­ti­qi ilə ya­naş­saq, qa­da­ğa qoy­maq və ya məh­dud­laş­dır­maq nə də­rə­cə­də inan­dı­rı­cı gö­rü­nür?

Siz də yax­şı bi­lir­si­niz ki, əs­lin­də bu, tə­zə adət de­yil. Ne­çə il­lər­dir hər bi­ri­miz mü­şa­hi­də edi­rik ki, kim özü­nə mət­bu­at­da, so­si­al şə­bə­kə­lər­də "xal" yığ­maq is­tə­yir, baş­la­yır Nax­çı­va­nın adın­dan is­ti­fa­də et­mə­yə, özün­dən "sen­sa­si­on" xə­bər­lər dü­züb-qoş­ma­ğa. Bir növ, "qar­ğa, mən­də qoz var", -de­yib diq­qə­ti üzə­ri­nə çək­mək yo­lu­nu tu­tur...

Tə­bii ki, ya­la­nın da gü­cü onun sü­rət­lə ya­yıl­ma­sın­da­dır və bir də ata­lar de­miş, ya­lan da­nı­şan ha­mı­nı qan­maz he­sab edir.

Nax­çı­van te­le­vi­zi­ya­sı­nın əmək­daş­la­rı elə­mə­yib tən­bəl­lik, mə­sə­lə­ni ye­rin­də­cə araş­dır­dı­lar. Şə­rur, Ba­bək, Şah­buz, Or­du­bad, Cul­fa ra­yon­la­rı­nın kənd­lə­rin­də apa­rı­lan çə­ki­liş za­ma­nıa­mə­lum ol­du ki, hə­mi­şə­ki ki­mi, bu "şok mə­lu­mat" da ta­ma­mi­lə cə­fən­gi­yat­dır (Ar­zu edən­lər hə­min vi­deo­ma­te­ria­lı nax­ci­vantv.az say­tın­dan iz­lə­yə bi­lər). Cul­fa ra­yo­nu­nun Mi­lax kən­din­dən Meh­di Mi­lax­lı ad­lı so­si­al şə­bə­kə is­ti­fa­də­çi­si Nax­çı­van te­le­vi­zi­ya­sı­na tə­şək­kür edə­rək ya­zıb: "Vax­tın­da apa­rı­lan düz­gün araş­dır­ma və dol­ğun in­for­ma­si­ya cə­viz ağac­la­rı­nın ge­niş şə­kil­də əkil­di­yi bü­tün Mi­lax kən­di­nin əha­li­si­ni ra­hat­lat­dı".

Əs­lin­də tam re­al mən­zə­rə nə­dir? Re­al­lıq odur ki, il­lər­dir qə­dim di­yar­da ge­niş eko­lo­ji pro­qam­lar ic­ra olu­nur, bu proq­ram­la­rın tər­kib his­sə­si ki­mi hər həf­tə imə­ci­li­yə çı­xıb ağac əkib-be­cər­mək mə­də­niy­yə­ti for­ma­la­şıb. İn­di Nax­çı­van­da uşaq­dan-bö­yü­yə ha­mı ağac əkir, bağ sa­lır, özü­nü tə­bi­ət­dən ay­rı tut­mur. Tək­cə ötən il mux­tar res­pub­li­ka­da kənd tə­sər­rü­fa­tı­nın in­ki­şa­fı­na ay­rı­lan kre­dit­lər he­sa­bı­na 546 hek­tar əra­zi­də 100 min­lər­lə ağac əki­lib, ye­ni bağ­lar sa­lı­nıb. Şə­rur ra­yo­nun­da sa­hib­kar Xey­rul­la Mus­ta­fa­yev 700 cə­viz ağa­cı əkib, gö­zəl bir bağ sa­lıb. Da­ha bir cə­viz ba­ğı isə Aşa­ğı Da­şarx kən­din­də imə­ci­lik­lər yo­lu ilə sa­lı­nıb. Bu xe­yir­xah iş­lər Şah­buz ra­yo­nun­da da diq­qət­dən kə­nar­da qal­ma­yıb. Ötən pa­yız imə­ci­lik­lə­rin­də İş­gə­su mas­si­vin­də 3 hek­tar­lıq da­ha bir məh­sul­dar sort­lar­dan iba­rət cə­viz ba­ğı sa­lı­nıb. Ba­bək ra­yo­nun­da sa­hib­kar Fa­iq Bay­ra­mov döv­lət­dən gü­zəşt­li kre­dit gö­tü­rə­rək ye­ni cə­viz ba­ğı sa­lıb. Nax­çı­va­nın Şah­bu­laq, Kü­kü, Bi­çə­nək, Mi­lax, Ərəf­sə, Yu­xa­rı Qış­laq, Axu­ra, Ha­vuş, Buz­qov ki­mi yüz­lər­lə kən­din­də əha­li öz pay tor­paq­la­rın­da cə­viz əkin­lə­ri­ni ge­niş­lən­di­rir. Nə­sə ki, be­lə fakt­lar yüz­lər­lə­dir və mən on­la­rın hər bi­ri­ni ay­rı-ay­rı sa­da­la­yıb si­zin də­yər­li vax­tı­nı­zı al­maq is­tə­mi­rəm. Üs­tə­lik, mux­tar res­pub­li­ka­da mey­və­çi­li­yin və tə­rə­vəz­çi­li­yin in­ki­şa­fı üz­rə ikin­ci Döv­lət Proq­ra­mı da qə­bul olu­nub ki, bu proq­ram çər­çi­və­sin­də çay va­di­lə­ri­nə, əki­nə­ya­rar­sız də­rə-tə­pə­lə­rə 10 min­lər­lə cə­viz ağa­cı əki­lib və əkil­mək­də­dir.

Hə, be­lə-be­lə iş­lər...

Bu, də­fə­ki çir­kin kam­pa­ni­ya­çı­lıq nə­dən­sə mə­nə 20-25 il əv­və­li xa­tır­lat­dı. O za­man da məq­səd­li şə­kil­də təx­mi­nən bu tip­li şa­yiə­lər yay­mış­dı­lar ki, gu­ya mux­tar res­pub­li­ka­da döv­lət cə­viz ağac­la­rı­nı kəs­di­rə­cək. Kənd yer­lə­rin­də ya­şa­yan sa­də­löhv in­san­la­rın bir qis­mi bu fit­nə-fe­lə uya­raq 30-40 il­dir bar ve­rən cə­viz ağac­la­rı­nı kə­sib Tür­ki­yə­dən gə­lən me­bel fab­ri­ki dəl­lal­la­rı­na su qiy­mə­ti­nə sat­dı­lar. On­lar ca­maa­tı al­da­dır, ucuz qiy­mə­tə al­dıq­la­rı ağac­lar­dan ha­zır­la­dıq­la­rı me­bel ava­dan­lıq­la­rı­nı 50 qat ba­ha­sı­na elə hə­min adam­la­rın öz­lə­ri­nə sı­rı­yır­dı­lar. Bə­zən də on­la­rın boy­nu­na ye­kə bir min­nət yü­kü qo­yur­du­lar ki, bəs sə­nin kəs­di­yin cə­viz xo­şu­mu­za gəl­mir, al­mı­rıq. Ne­cə de­yər­lər, biz ümid ol­muş­duq da­za, daz da özü­nü qoy­muş­du na­za.

Əl­qə­rəz, in­di biz bir da­ha gö­rü­rük ki, bu ya­rım­çıq müx­bir­lə­rin öz­lə­ri ki­mi söz­lə­ri də tü­kə­nib. Ona gö­rə də sö­zü qur­ta­ran aşıq­lar ki­mi, baş­la­yıb­lar "ney­nim-ney­nim" de­mə­yə. Ey­bi yox­du, siz "söh­bə­ti­niz­də" qa­lın, nə də ol­sa, min ya­lan bir doğ­ru­ya dəy­məz.

Uins­ton Çör­çill de­yir­di ki, "Də­yi­şən şə­rai­tə uy­ğun­laş­ma­ğın ye­ga­nə üsu­lu hə­min şə­ra­it­lə bə­ra­bər də­yiş­mək­dir". Hər hal­da, də­yiş­mək və in­san­la­ra fay­da­lı iş­lər­lə məş­ğul ol­maq olar. Hə­lə də gec de­yil...

Sa­hil Ta­hir­li
Nax­çı­van te­le­vi­zi­ya­sı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ