"Azercell Telekom" MMC abunəçiləri üçün daha bir sərfəli kampaniyaya başlayır. 11.05.2017-ci il tarixindən etibarən "Azercell" abunəçiləri "1001 Smartfon" kampaniyası çərçivəsində "LG Flex 2" telefonunu və LG qol saatını hədiyyə olaraq əldə edə biləcək. Ayda cəmi 45 AZN ödəməklə abunəçilər 4G dəstəkləyən smartfonlarını, hər ay 5 GB internet hədiyyə və ölkə daxilində sərfəli zəng etmək (1 dəq=0.06 AZN) imkanı qazanacaq. Kampaniyaya qoşulmaq üçün abunəçilər "Azercell" müştəri xidmətləri ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilər.
Qeyd edək ki, "Azercell" "1001 Smartfon" kampaniyası çərçivəsində güzəştli təkliflərini yay boyunca davam etdirəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.