Bazar günü günü, 15 noyabr 2026
     

Tə­biə­tin di­bi­ni-kö­kü­nü "qa­zan­lar"... - FOTO

Image


Bal­dır­ğan, çi­riş, əvə­lik, kək­li­ko­tu, uş­qun, bo­lu, ca­cıq, ça­şır, dağ gö­bə­lə­yi, yar­pız, na­nə... Sa­yı yüz­lər­lə olan Nax­çı­va­nın bu əvəz­siz ne­mət­lə­ri­nin adı çə­ki­lən­də o adam ol­maz ki, ağ­zı su­lan­ma­sın.

Bu di­ya­rın dağ­la­rı­na ya­ra­şıq, in­san­la­rı­na şə­fa ve­rən bit­ki­lər ta­ri­xən süf­rə­lə­ri bə­zə­yib, dar gün­də, çə­tin an­da kö­mə­yə ça­tıb. Nax­çı­van mət­bə­xi­nə min rəng, min ça­lar qa­tıb, mil­li ku­li­na­ri­ya­mı­za möv­sü­mi və sağ­lam qi­da­lan­ma mə­də­niy­yə­ti gə­ti­rib. Nə­nə-ba­ba­la­rı­mız bu bit­ki­lər­dən tək­cə qi­da yox, həm də can­sağ­lı­ğı al­dıq­la­rı­na gö­rə on­la­rı qo­ru­yub, əziz­lə­yib, hər ko­lu­nun, hər qa­na­dı­nın qəd­ri­ni bi­lib­lər.

İn­di­nin özün­də də bu nü­bar məh­sul­lar Nax­çı­va­nın dü­kan-ba­zar­la­rın­da do­lub-da­şır, ucuz qiy­mə­ti, key­fiy­yə­ti ilə alı­cı rəğ­bə­ti qa­za­nır, da­dı-ta­mı ilə süf­rə­lə­ri bə­zə­yir. Diq­qət et­sə­niz, Nax­çı­va­na gə­lən qo­naq­lar bu­ra­dan ge­dən­də müt­ləq əl­lə­rin­də­ki çan­ta­nın bi­ri­nə Nax­çı­van məh­sul­la­rı­nı yı­ğır­lar. Elə Ba­kı­ya, Şə­ki­yə pay gön­də­rən­lər də on­lar ki­mi...

Nax­çı­va­nın ba­lı, pen­di­ri, ba­lı­ğı, mey­və­si, li­mo­nu ki­mi onun dağ pen­cər­lə­ri­nin də şöh­rə­ti sər­həd­lər aşa­raq dün­ya­nı do­la­şır. Yaz­da-yay­da fa­ra­şı, qış­da isə qu­ru­dul­mu­şu min bir dər­də dər­man­dır. Ona gö­rə də bu bit­ki­lər şə­hər sa­kin­lə­ri üçün sağ­lam qi­da, kənd sa­kin­lə­ri üçün isə, sağ­lam­lıq­la bə­ra­bər, həm də qa­zanc ye­ri­dir.

Bə­li dost­lar, bu yaz­dıq­la­rı­mın hər bi­ri­niz şa­hi­di­si­niz və be­lə de­yək ki, bu, ays­ber­qin gö­rü­nən tə­rə­fi­dir. Bi­li­rəm, o də­qi­qə su­al çı­xır ki, bəs gö­rün­mə­yən tə­rə­fi nə­dir?! Gö­rün­mə­yən tə­rə­fi odur ki, son vaxt­lar bu əvəz­siz ne­mət­lə­ri so­yub-so­ğa­na çe­vi­rən, dib­li-kök­lü çı­xa­rıb axı­rı­na çı­xan, on­la­ra qə­nim kə­si­lən adam­lar pey­da olub. Tə­səv­vür edin ki, on­lar bi­lə­rək­dən və ya bil­mə­yə­rək­dən kək­li­ko­tu­nu, gö­bə­lə­yi, ça­şı­rı, bal­dır­ğa­nı, uş­qu­nu... o qə­dər kö­kün­dən çı­xa­rıb tə­lis­lə­rə dol­du­rur­lar ki, be­lə get­sə, gə­lə­cək nə­sil­lər bu ne­mət­lə­ri yu­xu­sun­da-fi­lan gö­rə­cək.

AMEA Nax­çı­van Böl­mə­si­nin Bio­re­surs­lar İns­ti­tu­nun di­rek­to­ru, aka­de­mik Ta­ri­yel Ta­lı­bov de­yir ki, Nax­çı­van­da kək­li­ko­tu­nun 7 nö­vü bi­tir. On­lar­dan iki­sin­dən is­ti­fa­də et­mək olar. Di­gər­lə­rin­də kam­fo­ra bir­ləş­mə­lə­ri çox­dur. On­la­rı da­xi­lə qə­bul et­mək ol­maz, içən­dən son­ra ürək­bu­lan­ma və di­gər fə­sad ve­rə bi­lər. İn­di gə­lin, ba­xaq gö­rək bu­na kim diq­qət edir?! Heç kim, ha­mı kək­li­ko­tu­nu ağı­na-bo­zu­na bax­ma­dan yı­ğıb so­vu­rur.

Tə­bii ki, hər bir bit­ki­nin nor­mal yı­ğıl­ma qay­da­sı var. Dağ kənd­lə­rin­də öm­rü­nü tə­bi­ət­lə har­mo­ni­ya­da ke­çi­rən in­san­lar bu qay­da-qa­nu­nu yax­şı bi­lir­lər. Mə­sə­lən, kək­li­ko­tu­nun çi­çək­li his­sə­si baş bar­maq­la, gö­bə­lə­yin tor­paq­dan üst­də qa­lan his­sə­si isə bı­çaq­la kə­si­lə­rək yı­ğıl­ma­lı­dır. Bal­dır­ğan göv­də­sin­dən bı­çaq və ya qay­çıy­la kə­si­lə­rək yı­ğıl­ma­lı, ye­mi­şa­nın, zi­rin­cin mey­və­lə­ri­nin ha­mı­sı top­lan­ma­ma­lı, heç ol­ma­sa gə­lə­cək pöh­rə­lər üçün to­xum­luq və tə­biə­tin qəd­ri­ni biz­dən yax­şı bi­lən quş­lar üçün qi­da, yem sax­lan­ma­lı­dır.

Am­ma tə­əs­süf ki, çox­la­rı bu qay­da­la­ra əməl et­mir. Bel­lə-kü­rək­lə bu bit­ki­lə­ri yı­ğıb ki­sə­lə­rə dol­du­rur, ye­mi­şan, zi­rinc ağac­la­rı­nın "tə­pə­si"nə pa­ya ilə çır­pıb mey­və­lə­ri­ni ye­rə tö­kür, bar bu­daq­la­rı­nı məhv edir­lər ki, bu da ən azı vic­dan­sız­lıq­dır, onun kö­kü­nə bal­ta çal­maq­dır, bit­ki­nin nəs­li­ni kəs­mək­dir.

Uza­ğa get­mi­rəm, ötən il Şah­buz ra­yo­nu­nun Kü­kü kən­din­də bu mən­zə­rə­nin şa­hi­di olan­da elə bil ba­şı­ma qay­nar su tök­dü­lər. Ge­niş bir bal­dır­ğan­lı­ğı tə­biə­tin qoy­nun­da din­cəl­mə­yə gə­lən və ona na­xə­ləf çı­xan qə­nim­lər rəs­mən şum­la­mış­dı­lar. Tə­səv­vür edin, bu kənd­də­ki sə­fa­lı və gül-çi­çək­li "Də­rə bo­ğa­zı"nda bal­dır­ğan­la­rı bel­lə qa­zıb axı­rı­na daş at­mış­dı­lar. Be­lə "şum­la­ma­la­rın" nə­ti­cə­si­dir ki, bu bit­ki hə­min əra­zi­də təd­ri­cən qey­bə çə­ki­lir.

Şah­buz ra­yo­nu­nun Yu­xa­rı Qış­laq kən­di­nin köv­şən­lə­rin­də isə min dər­də də­va olan uş­qu­na bu cür toy tut­muş­du­lar. Hət­ta kək­li­ko­tu­nu da qa­zıb kö­kün­dən çı­xa­rıb apa­ran­lar az de­yil. Tək­cə Şah­bu­zun yox, elə Şə­ru­run, Or­du­ba­dın, Cul­fa­nın kənd­lə­rin­də də tə­biə­tə qə­nim kə­si­lən, bu əvə­zo­lun­maz ne­mət­lə­rə di­van tu­tan sa­kin­lər az de­yil. Xü­su­sən də be­lə ya­rıt­maz əməl­lə­rə qol qo­yan­lar bit­ki­lər­dən bir o qə­dər də ba­şı çıx­ma­yan, şə­hər­də, aran kənd­lə­rin­də ya­şa­yan­lar­dır. Bir də ba­xır­san, aran kənd­lər­dən sə­hə­rin oğ­lan ça­ğın­da bir "QAZ-53" ar­vad­lı-ki­şi­li adam gəl­di, ax­şa­ma qə­dər bel­lə-kü­lüng­lə yığ­dıq­la­rı bit­ki­lə­ri ma­şı­na dol­du­rub qa­yıt­dı­lar. Val­lah, in­saf və vic­dan in­san­da çox yax­şı şey­dir, o da ola! İn­di be­lə adam­lar­la nə edə­sən, ya­xud nə de­yə­sən? Dü­şün­cə­si, dün­ya­gö­rü­şü Əlia­bad­dan o tə­rə­fə get­mə­yən bu adam­lar fi­kir­ləş­mir ki, axı bu tə­bii sər­vət sa­bah bi­zim oğul-uşaq­la­rı­mı­za şə­fa və qi­da ve­rə­cək...Əgər on­lar fi­kir­ləş­mir­sə, heç ol­ma­sa biz fi­kir­lə­şək və gə­lin be­lə adam­la­ra qar­şı mü­ba­ri­zə apa­raq, ya­pı­şıb ya­xa­la­rın­dan, ye­ri gəl­sə bir sil­kə­lə­yək.

Əl­bət­tə, tək­cə ya­xa­dan ya­pış­maq­la iş bit­mir, bu gün həm də eko­loq­la­rın, tə­bi­ət­şü­nas­la­rın, yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı­nın, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin bu mə­sə­lə ilə əla­qə­dar da­vam­lı maa­rif­lən­dir­mə iş­lə­ri apar­ma­sı­na da bö­yük eh­ti­yac var­dır. Yox­sa bir gün ba­xıb gö­rə­cə­yik ki, ha­va­da dur­na tu­ta­cam de­yə-de­yə əli­miz­də­ki sər­çə­ni də uçurt­mu­şuq.

Bir söz­lə, hər kəs bu mə­sə­lə­lər­də pa­pa­ğı­nı qa­ba­ğı­na qo­yub fi­kir­ləş­mə­li­dir ki, ək­mə­di­yi­miz, di­bi­nə bir qa­şıq su be­lə tök­mə­di­yi­miz bu bit­ki­lə­ri ra­hat yı­ğı­rıq, kim­sə bi­zə ma­ne ol­mur, yo­lu­mu­zu kə­sib ver­gi, rü­sum is­tə­mir. Bəs on­da ni­yə biz on­la­rın axı­rı­na çı­xı­rıq?! Nə edək, bu mə­sə­lə­də də gö­zü­mü­zü döv­lə­tə di­kək?! Axı dün­ya­nın ha­ra­sın­da döv­lət hər bir ada­mın ba­şı­nın üs­tü­nə bir po­lis, bir nə­za­rət­çi qo­yur, mə­nim əziz­lə­rim?! Ən bö­yük nə­za­rət­çi, ən bö­yük it­ti­ham­çı elə hər bi­ri­mi­zin vic­da­nı de­yil­mi?!

Vic­dan de­miş­kən, xa­tır­la­yı­ram ki, 20-25 il bun­dan əv­vəl Nax­çı­van­da əli­nə "Qo­şa­lü­lə", "Be­şa­çı­lan", "Qey­ka" alan­lar dağ­da-daş­da bü­tün gü­nü kək­lik, qa­ban, dağ ke­çi­si, dov­şan da­lı­na dü­şür­dü. Ona gö­rə də qı­sa za­man­da mux­tar res­pub­li­ka­nın fau­na­sın­da yer alan na­dir hey­van növ­lə­ri nəs­li­kə­sil­mək təh­lü­kə­si ilə üz-üzə qal­dı, bir qis­mi isə mər­mi sə­sin­dən, ba­rıt qo­xu­sun­dan ca­nı­nı qur­tar­maq üçün sər­həd­lə­ri­miz­dən kə­na­ra çıx­dı.

Son­ra­kı mər­hə­lə­də bu sa­hə­də ta­ri­xi əhə­miy­yət­li bir ad­dım atıl­dı, ge­niş maa­rif­lən­dir­mə iş­lə­rin­dən son­ra 2001-ci il­dən mux­tar res­pub­li­ka­da ova qa­da­ğa qo­yul­du, bir ne­çə qo­ruq və ya­saq­lıq, tə­bii park­lar ya­ra­dıl­dı. Tə­bii ki, bu qə­rar bir qrup dov­şan da­lı­na dü­şən­lə­rin və ya dov­şan­qo­van­la­rın, ye­mi­şan ağac­la­rı­nın al­tın­da 3-4 həf­tə­lik qa­ban ba­la­la­rı­nı şaq­qa­la­yıb kö­zə dü­zən­lə­rin, son­ra da araq­la içə­ri ötü­rən­lə­rin xo­şu­na gəl­mə­di (Bu gün yu­xa­rı­da qeyd et­di­yim dər­man bit­ki­lə­ri­nə, dağ pen­cər­lə­ri­nə di­van tu­tan­lar da hə­min qa­ban ka­ba­bı ilə gün­lə­ri­ni ke­çi­rən­lər­dən fərq­lən­mir­lər). Am­ma qa­za­nan ana tə­bi­ət ol­du, onu se­vən, göz bə­bə­yi ki­mi qo­ru­yan in­san­lar ol­du. İn­di Nax­çı­va­nın dağ­la­rın­da bə­bir sü­rü­lə­ri­nin, muf­lon­la­rın, dağ ke­çi­lə­ri­nin, cü­yür­lə­rin, kək­lik­lə­rin sa­yı-he­sa­bı yox­du. Vaxt var­dı dur­bin­lə ax­tar­dı­ğı­mız, ki­no­lar­da gör­dü­yü­müz dağ ke­çi­lə­ri in­di evi­mi­zin qən­şə­rin­də ot­la­yır.

Ye­ri gəl­miş­kən, 2014-cü il­də Nax­çı­van­da sə­fər­də olan və bü­tün bu gö­zəl­lik­lə­ri gö­rən Ümum­dün­ya Vəh­şi Tə­biə­ti Mü­ha­fi­zə Fon­du­nun Qaf­qaz Təm­sil­çi­li­yi­nin di­rek­to­ru Ge­or­ge Sa­na­di­rad­ze mux­tar res­pub­li­ka rəh­bə­ri­nə gön­dər­di­yi mək­tub­da ova qo­yul­muş mo­ra­to­riu­mu, xü­su­si mü­ha­fi­zə olu­nan tə­bi­ət əra­zi­lə­ri­nin ya­ra­dıl­ma­sı­nı, yer­li əha­li­nin mə­lu­mat­lan­dı­rıl­ma­sı­nı, tə­biə­tin gə­lə­cək nə­sil­lər üçün qo­ru­nub sax­lan­ma­sı­nı şövq­lə və min­nət­dar­lıq­la qeyd et­miş, dün­ya eko­loq­la­rı­na nü­mu­nə gös­tər­miş­di.

Tə­biə­ti sev­mə­yən heç kə­si və heç nə­yi sev­məz. Bal­dır­ğa­nın, kək­li­ko­tu­nun, uş­qu­nun, ça­şı­rın kö­kü­nü qaz­maq bi­zə heç nə ver­məz. Gə­lin, bu gün ta­ma­hı­mı­za sa­hib çı­xaq, ona dur de­yək ki, sa­bah ta­mar­zı qal­ma­yaq. Çə­tin de­yil, hər bi­ri­miz fau­na­mı­zı qo­ru­du­ğu­muz ki­mi, flo­ra­mı­zı da qo­ru­ya, ona bal­ta ça­lan­la­ra qar­şı mü­ba­ri­zə apa­rıb nü­mu­nə gös­tə­rə bi­lə­rik. Gör­kəm­li tə­bi­ət­şü­nas ali­mi­miz, aka­de­mik Hə­sən Əli­yev "Hə­yə­can tə­bi­li" ki­ta­bın­da bu­nun əhə­miy­yə­tin­dən be­lə ya­zır­dı: "Biz tə­biə­ti­mi­zi nə qə­dər sev­sək, onu nə qə­dər yax­şı mü­ha­fi­zə et­sək, o da bi­zə o qə­dər qi­da və şə­fa ve­rə­cək­dir".

Sa­hil Ta­hir­li
Nax­çı­van te­le­vi­zi­ya­sı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ