şənbə günü, 11 iyul 2026
     

Bi­zə "toy tu­tan" toy­lar

Image


Bu qış bi­zi ya­man­ca qıs­na­dı. Yaz gə­lib, ha­va­lar isi­nən­dən elə bil ada­mın bu­zu əri­yir. Şə­hə­rə də ba­xır­san ki, hər yer qay­na­yır. Adam­lar gə­zin­ti­yə çı­xır, tə­miz ha­va alır, ruh­la­rı­nı din­cə qo­yur­lar. Ara­da bir im­kan dü­şən­də elə mən özüm də şey­ta­nın "qı­çı­nı" qı­rı­ram...

Dü­nən sə­hər Ki­tab evi­nin önün­də uşaq­lıq­dan ta­nı­dı­ğım Təm­kin­lə qar­şı­laş­dıq. Qar­şı­laş­dıq de­yən­də ki, elə bil qə­fil­dən göy­dən pa­ra­şüt­lə düş­dü önü­mə. Elə uşaq­lıq­dan bir yer­də dur­ma­ğı yox idi. İn­di də kənd­də 40-50 qo­yun-qu­zu­su, əkin sa­hə­si var. Təh­si­li ol­ma­sa da, tə­sər­rü­fat­dan ba­şı çı­xır. İş bu­dur ki, onu har­da gör­səm, hə­mi­şə möh­kəm­cə gül­mək is­tə­yi­rəm. Çün­ki səb­ri çat­ma­yıb bu dün­ya­ya 2 ay ya­rım tez gə­lib. Am­ma nə­dən­sə, adı­nı "sü­rət", "di­na­mi­ka" yox, məhz Təm­kin qo­yub­lar. Uşaq­lıq­da ol­du­ğu ki­mi, in­di də ba­şı­nın tük­lə­ri biz-biz­di və ye­ri­yən­də de­yir­sən bəl­kə "Ləz­gin­ka" oy­na­ya-oy­na­ya hə­rə­kət edir.

Uzun sö­zün qı­sa­sı, xoş-beş-on­beş­dən son­ra de­di ki, bəs məll­lımm, (mü­əl­lim yox ha,məll­lımm) mə­nə bir "da­yı­lıq" elə, bank­lar­dan bi­ri­nə de 2 min ma­nat kre­dit gö­tü­rüm.

...Se­vin­dim ki, tə­sər­rü­fa­tı­nı ge­niş­lən­di­ri­rir.

De­dim bu­nu bank­la­ra xa­hiş elə­mək la­zım de­yil ki, Nax­çı­van­da ha­mı­ya kre­dit ve­rir­lər, özü də aşa­ğı fa­iz­lə. Gör­düm yox, bu­nun dər­di baş­qa­dı.

Nə­sə, bir­dən özü "F-1" qum­ba­ra­sı ki­mi açıl­dı:

- Məll­lımm, bil­mir­sən e, özü­mü sal­mı­şam 40 ar­şın qu­yu­nun di­bi­nə, 2 il­di ça­ba­la­yı­ram. Özü­mə şə­hər ires­to­ra­nın­da toy elə­dim. O vaxt­dan elə bil şax­ta vu­rub mə­ni, do­num, qı­rı­şı­ğım açıl­mır. Əs­lin­də mən ha­ra, ires­to­ran ha­ra? Hə­yə­tim­də gül ki­mi ye­ri­miz var. Ağac­lar boy-boy dü­zü­lüb. Də­də-ba­ba qay­da­sın­da to­yu­mu edə­cək­dim. Sa­man al­tın­dan su ye­ri­dən qon­şu­la­rı­mız "qaz" ver­di­lər ki, in­di kim kənd­də toy ey­lə­yir ki, siz də edə­siz?!

Be­lə­cə, bir də bax­dım ki, otur­mu­şam in­di­yə­cən otur­ma­dı­ğım ires­to­ra­nın yum­şaq bəy kres­lo­sun­da. Bir şə­kil­çə­kən də diş­lə­ri­ni ağar­da-ağar­da ram­ka­ya sa­lın­mış şək­li­mi qo­yub qa­ba­ğı­ma şit-şit mə­nə ba­xır. Məll­lımm, öz ara­mız­dı, mən ram­ka gör­mü­şəm, qar­son gör­mü­şəm, kres­lo gör­mü­şəm?! Ci­bim­də­ki axı­rın­cı 50 ma­na­tı da ver­dim şə­kil­çə­kə­nə. To­ya da 250 nə­fər ça­ğır­dım, 80-i gəl­mə­di, heç pul da gön­dər­mə­di­lər. O vaxt­dan və­ziy­yət xa­rab­dı...

Hə dost­lar, bu cür mə­sə­lə­lər in­di tək­cə bi­zim Təm­kin "mü­əl­lim"i yox, cə­miy­yə­ti na­ra­hat edən mə­sə­lə­yə çev­ri­lib. 10-15 nə­fər çit tu­man­lı nə­nə la­zım­dı ki, otu­rub Əlia­bad çeş­mə­si­nin qən­şə­rin­də bu mə­sə­lə­yə dil­nən ağ­la­sın.

Tə­səv­vür edin, bu gün­lər­də mət­bu­at­da oxu­dum ki, Ba­kı­da bir nə­fər to­yu­na gəl­mə­yən və pul yaz­dır­ma­yan 50 nə­fə­ri məh­kə­mə­yə ve­rib. İşə ba­xın ki, in­di in­sa­nın ən se­vinc­li anı­nın-to­yu­nun mə­sə­lə­si məh­kə­mə­lə­rə qə­dər uza­nır.

Gə­lin, mə­sə­lə­yə bir az sa­də ya­na­şaq, gö­rək toy nə­dir... İlk növ­bə­də iki gən­cin bir­li­yi, xoş­bəxt­li­yi, cə­miy­yət üçün do­ğu­lan və bö­yü­dü­lən uşaq­lar, hü­zur­lu və meh­ri­ban bir ai­lə­nin tə­mə­li, mil­li-mə­də­ni məz­mun kəsb edən bir an­la­yış. Toy həm də bir də­yər­dir. Da­ha doğ­ru­su, min il­lər­dir for­ma­la­şıb bu gü­nə gə­lən mil­li adət-ənə­nə, mil­li də­yər, folk­lor, xalq ya­ra­dı­cı­lı­ğı, xalq de­yim və du­yum­la­rı, mə­ra­sim nəğ­mə­lə­ri, "Ha­xış­ta", "Gü­lü­mey", "Tən­zə­rə", qa­ra zur­na, saz, na­ğa­ra, ka­man, tar, yal­lı­dır...

Si­zə də elə gəl­mir­mi ki, biz bu də­yər­lə­ri ya­vaş-ya­vaş, bəl­kə də çox sü­rət­lə də­yər­siz­ləş­di­ri­rik?!

Stə­kan­da bo­ğul­maq də­niz­də bo­ğul­maq­dan da­ha acı­na­caq­lı­dır

Əv­vəl­lər çox sa­də, təm­tə­raq­dan uzaq təş­kil olu­nan toy mə­ra­sim­lə­ri­nə gün­də bir ya­maq ya­ma­nır, toy­lar mə­də­ni və mil­li ma­hiy­yə­tin­dən çı­xıb, ki­mə­sə özü­nün mad­di im­kan­la­rı­nı, cə­miy­yət­də­ki "möv­qe­yi­ni", "bərk­ge­dən" ət­ra­fı­nın və ya qo­hum­la­rı­nın ol­ma­sı­nı gös­tər­mək, sö­zün qı­sa­sı, "şöh­rət­pə­rəst­lik"va­si­tə­si­nə çev­ri­lib.

20-25 il əv­vəl biz tu­rizm de­yən­də ağa­cın al­tın­da ka­bab ye­mək ba­şa dü­şür­dük. İn­di tu­riz­min nə ol­du­ğu­nu bir­tə­hər ba­şa düş­mü­şük. Am­ma toy de­yən­də ye­nə də res­to­ran­da ka­bab ye­mək, o ki var iç­mək və ya "vur­maq", 100 nə­fə­rin ey­ni vaxt­da qu­laq­ba­tı­ran gu­rul­tu ilə "Pa­pi­to-çi­ko­la­ta" oy­na­ma­ğı gə­lir gö­zü­mü­zün qa­ba­ğı­na. Hə­lə "vu­ran­dan" son­ra bə­la­ğət­li şə­kil­də "Ana", "Və­tən" şe­ir­lə­ri de­mək də var. Bu yer­də bir ya­pon ata­lar sö­zü ya­dı­ma dü­şür. Boy­la­rı ba­la­ca ol­sa da baş­la­rı yax­şı iş­lə­yən ya­pon­lar de­yir­lər: "Stə­kan­da bo­ğul­maq də­niz­də bo­ğul­maq­dan da­ha dəh­şət­li­dir".

Qı­sa­sı, toy­lar­da ya­maq ya­ma­ğın üs­tü­nə vu­ru­lur. İn­di bu ya­maq­lar ba­rə­də qı­sa­ca da­nı­şaq, gö­rək bun­lar nə­dir?

Bu na­ra­hat­çı­lıq­la­rın əsa­sı toy­lar­dan heç də ge­ri qal­ma­yan ni­şan mə­ra­sim­lə­rin­dən baş­la­yır. İki mə­sud gən­cə üzük tax­ma­ğı bö­yü­düb edir­lər ba­şağ­rı­sı. İs­raf­çı­lıq, əla­və xərc­lər, yor­ğa­na gö­rə ayaq uzat­ma­maq prin­si­pi ai­lə büd­cə­lə­ri­ni "lax­la­dır". Nə­nə­lə­ri­mi­zin, ba­ba­la­rı­mı­zın bir cüt üzük­lə çat­dıq­la­rı vü­sa­la, xoş­bəxt­li­yə in­di ta­baq-ta­baq, lə­vin-lə­vin qı­zıl-zi­nət­lə ya­xın dü­şə bil­mi­rik.

Hə­lə bir də xı­na­yax­dı­sı var. Yaş­lı in­san­lar da­ha yax­şı bi­lir, əv­vəl­lər xı­na­yax­dı mə­ra­si­mi çox sa­də idi. Gə­lin və onun ya­xın ət­ra­fı bar­maq­la­rı­na, əli­nə tə­bii ot­lar­dan ha­zır­la­nan xı­na qo­yar­dı. Sə­mi­mi təb­rik­lər, səs­lə­nən folk­lor nü­mu­nə­lə­ri­miz, mil­li oyun ha­va­la­rı, qa­val rəqs­lə­ri, ağ­bir­çək xe­yir-dua­sı bu mə­ra­si­mə ay­rı­ca bir rəng qa­tar­dı. İn­di isə xı­na­yax­dı təş­kil edən xü­su­si və hət­ta ver­gi­dən də ya­yı­nan iş­baz qrup­lar pey­da olub. Hə­min iş­baz­lar bu mil­li adət və mə­ra­si­mi ta­ma­mi­lə sü­ni­ləş­di­rib­lər. Ba­ya­ğı səh­nə­cik­lər, şit mah­nı­lar adam­la­rı bez­di­rib. Məb­lə­ği ar­tır­sın­lar de­yə, xı­na­yax­dı­ya o qə­dər ar­xa qa­pı­dan gəl­mə "adət­lər" sı­ra­yıb­lar ki... Ba­kı­nı de­mi­rəm, hə­lə Nax­çı­van­da bu işə azı 1500-2000 ma­nat pul xərc­lə­nir, təm­tə­ra­ğın baş alıb get­di­yi mə­ra­sim­lər təş­kil edi­lir, xı­na­yax­dı da ni­şan ki­mi az qa­la toy­dan fərq­lən­mir, hə­lə on­la­ra az qa­la bir tə­pik də vu­rur. Ax­şa­mın is­ti­sin­də xaş­dan, "cız­bız"dan o ki var mə­də­yə dol­du­rub təz­yi­qi, şə­kə­ri qal­xa-qal­xa "be­set­ka"da "Can-ca­na" oy­na­yan­la­rın ar­dı-ara­sı kə­sil­mir. Bə­zən də be­lə­lə­ri­nə tə­ci­li yar­dım ça­ğır­ma­lı olur­san.

Sa­də­lik gö­zəl­lik ol­sa da, nə­dən­sə, biz hər şe­yi get­dik­cə mü­rək­kəb­ləş­di­rir, ik­rah do­ğu­ra­caq həd­də gə­ti­ri­rik. Nə­di ki, de­yər­lər fi­lan­kə­sin to­yu "elə-be­lə" idi, on­da üzü­yü­mü­zün qa­şı dü­şər...

"Gö­zəl" olan Gö­zə­la­ğa bir də çi­çək çı­xa­rır

Hə­lə bir də toy­qa­ba­ğı fo­to­ses­si­ya pey­da olub. Fo­to­ses­si­ya de­yən­də ki, 200-300 ma­na­ta şə­hə­rin ay­rı-ay­rı yer­lə­rin­də, dos­tun­dan yal­var-ya­pış eli­yib bir gün­lük "aren­da" gö­tür­dü­yü ma­şı­nın al­tın­da, üs­tün­də, ya­nın­da, ar­xa­sın­da şə­kil çək­dir­mək. Hət­ta ba­şı­nı ma­şı­nın "lyuk"un­dan çı­xa­rıb o qə­dər şə­kil çək­di­rən cüt­lük­lər var ki... Ya­zıq "İns­taq­ram" bu şə­kil­lə­rin əlin­dən bir gün mər­mi ki­mi part­la­ya­caq...

Bu­nu da ha­mı­mız gö­rü­rük: Bəy-gə­lin ma­şın­la­rı­nın-"To­yo­ta-Pra­do"la­rın, "ML300"-lə­rin bə­zə­dil­mə­si­nə və is­ti­fa­də­si­nə 300-500 ma­nat, gö­zəl­lik sa­lon­la­rı­na və ge­yim­lə­rə 500-1500 ma­nat ara­sı pul sərf olu­nur. Pul dərd ya­rı, de­yək ki, ki­min im­ka­nı nə­yə ça­tır onu edir, am­ma iş bu­dur ki, oğ­la­nın, qı­zın imi­ci­ni də­yi­şib elə gü­nə sa­lır­lar ki, bə­zən on­la­rı ta­nı­maq be­lə ol­mur. Hə dost­lar, bu gö­zəl­lik sa­lon­la­rı yax­şı iş ta­pıb­lar: adam­la­rın xey­li pu­lu­nu alır, son­ra da on­la­rı gö­zəl­ləş­dir­mək əvə­zi­nə əca­ib-qə­ra­ib for­ma­ya sa­lıb bu­ra­xır­lar. Ne­cə de­yər­lər, "gö­zəl" olan Gö­zə­la­ğa bir də çi­çək çı­xa­rır.

Sa­bah to­yuq ye­mək bu gün yu­mur­ta ye­mək­dən yax­şı­dır

Bu yer­də ya­dı­ma in­gi­lis ədi­bi To­mas Ful­le­rin bir afo­riz­mi dü­şür. O de­yir: "Sa­bah to­yuq ye­mək, bu gün yu­mur­ta ye­mək­dən yax­şı­dır". Yə­ni yu­mur­ta­nı is­raf et­mə­yin, çün­ki o sa­bah to­yuq ola­caq. Bu bir da­hi­nin sö­zü­dür (da­hi­lik xəs­tə­li­yi­nə tu­tu­la­nın yox ha, da­hi­nin). İn­di də gə­lin, bi­zə ba­xın: Toy­lar­da is­raf­çı­lı­ğın "nü­mu­nə"si­ni ya­rat­mı­şıq. Bə­zən ce­hi­zi be­lə şan-şöh­rət xa­ti­ri­nə ve­rib if­ra­ta va­rı­rıq. Şan-şöh­rət üçün ve­ri­lən ce­hiz­lər isə ev­li cüt­lə­rə səa­dət gə­tir­mir, ək­si­nə, bə­zən on­la­rın ai­lə­lə­ri­nə yük, əla­və xərc ol­du­ğu üçün ev­lə­nən­lə­rin də ba­şı­na qa­xınc olur. Bö­yük el­mi və mə­nə­vi məz­mun kəsb edən İs­lam di­ni, pey­ğəm­bə­ri­miz be­lə is­raf­çı­lı­ğa qar­şı­dı­sa, on­da bəs biz ni­yə is­raf edi­rik gö­rə­sən...

Mü­qəd­dəs ki­ta­bı­mız­da de­yi­lir ki, "Hə­qi­qə­tən is­raf­çı­lar şey­tan­la­rın qar­daş­la­rı­dır. Şey­tan isə Rəb­bi­nə qar­şı nan­kor­dur".(İs­ra,27) "Şüb­hə­siz ki, Al­lah is­raf edən­lə­ri sev­mir"(Ənam, 141; Əraf, 31;)

Ata-ba­ba­la­rı­mız da de­yib ki, me­şə­də ya­şa­san be­lə, bir ağa­cın qəd­ri­ni bil. Biz isə süf­rə­yə on­lar­la cür "in­te­li­gent" ye­mək­lə­ri dü­zür, mil­li ye­mək­lə­ri­mi­zi çox vaxt unu­du­ruq. "İn­te­li­get" de­miş­kən, bu yer­də Sa­bi­rin "Ürə­fa mar­şı" ya­da dü­şür:

İn­te­li­gen­tik, gə­zə­rik naz ilə,
Ömr edə­rik nə­şe­yi dəm­saz ilə,
Həf­tə­də bir dil­bə­ri tən­naz ilə,
Həm­dəm olub iş­lə­ri sah­man­la­rıq
Ay bə­rə­kal­lah, nə gö­zəl can­la­rıq!

Hə­lə, on­lar­la cür sa­lat, spirt­li və spirt­siz iç­ki­lər, qiy­mə­ti əl yan­dı­ran çə­rəz­lər və sa­ir və ila­xır. Uzat­mı­ram, çün­ki bun­la­rı ha­mı­nız bi­lir­siz. Ya­zıq mə­də ney­lə­sin?! İm­ka­nı ol­sa dil açıb de­yə­cək ki, bəs­di­rin, axı ya­zı­ğam, əl çə­kin mən­dən, qo­yun ya­şa­yım da özüm üçün...

Bu he­sab­la şad­lıq ev­lə­rin­də stu­lun bi­ri­nin qiy­mə­ti 50-100 ma­na­tı ke­çir. İn­di ya­zıq to­ya ça­ğı­rı­lan qo­naq nə et­sin?! Bir nə­fər öz ai­lə­si ilə to­ya get­sə, məc­bu­ri 150-200 ma­nat pul sal­ma­lı­dır, ya yox? Be­lə­cə, toy­la­rı­mız ic­ti­mai-mə­də­ni ma­hiy­yə­tin­dən çı­xıb ba­şağ­rı­sı­na, qan­qa­ra­çı­lı­ğı­na çev­ri­lir. Ba­şağ­rı­sı de­miş­kən, ba­ya­ğı mu­si­qi­lər, ifa və rəqs­lər, qu­laq­ba­tı­ran gu­rul­tu, ət­tö­kən sağ­lıq­lar ada­mı lap tən­gə gə­ti­rir. "Sü­ley­ma­ni"ni "Can-ca­na", "Naz elə­mə"ni "Pa­pi­to-çi­ko­la­ta", "Hey­va­gü­lü"nü "Qa­ra­ba­la" əvəz edir. Hə­zin, ru­ha dad ve­rən mu­si­qi­lə­ri­miz ya­da da düş­mür.

Bu yer­də gör­kəm­li rəs­sa­mı­mız Bəh­ruz Kən­gər­li­nin ru­hu qar­şı­sın­da baş əy­mə­mək və onu xa­tır­la­ma­maq ol­mur. Onun ötən əs­rin əv­vəl­lə­rin­də çək­di­yi "Nax­çı­van to­yu" tab­lo­sun­da o qə­dər mil­li­lik, sə­mi­miy­yət, mil­li ifa və mu­si­qi, xəl­qi­lik­lə ya­na­şı bə­şə­ri­lik du­yu­lur ki, söz ta­pıb de­yə bil­mir­sən. Ma­raq­lı­dır, gö­rə­sən müa­sir döv­rün rəs­sam­la­rı toy­la­rı­mı­za tab­lo­lar­da hə­yat ver­mək is­tə­sə­lər nə gös­tə­rə­cək­lər?! Tə­bii ki, heç nə. Çün­ki biz mil­li ge­yi­mi də, mil­li mət­bə­xi də, mil­li adət-ənə­nə­lə­ri də toy və şən­lik­lə­ri­miz­dən di­dər­gin sal­mı­şıq. Yum­şaq de­sək, şad­lıq ev­lə­ri­nin gi­ro­vu­na çe­vir­mi­şik. Dəb­də­bə və gös­tə­riş is­tək­lə­ri­miz sər­həd­lə­ri aşıb.

Du­run ge­dək, əl ça­laq, kir­və­lər oy­na­sın­lar...

Hə­lə bir hən­ga­mə də sün­nət-ki­çik toy­lar­da qo­pur. Mər­hum sə­nət­ka­rı­mız Sə­mən­dər Rza­ye­vin "Bə­yin oğur­lan­ma­sı" fil­min­də de­di­yi ki­mi:"Dəst­gah­dı ye val­lah"... İn­di ki­çik toy­la­rın bö­yük toy­lar­dan fərq­lə­nən bir adı qa­lıb. Ye­nə şit, qu­laq ba­tı­ran mah­nı­lar, ağı­zı­na­can do­lu sa­lon­lar, bir də çə­ki­liş ka­me­ra­sı­nı gö­rən­də ti­kə­ni ağ­zın­da giz­lə­dən, əs­lin­də isə nə­yi var "tı­xan" adam­lar. İn­di mə­nə ma­raq­lı­dır ki, gö­rə­sən bu qə­dər vur-çat­la­sın sün­nət et­di­ri­lən o uşaq­la­ra və ya ai­lə­yə nə ve­rir? Ki­çik to­ya 600 nə­fər qo­naq ça­ğı­rıb 500 ma­nat­lıq da "bəy ma­şı­nı" bə­zə­dən­də uşaq pro­fes­sor olur, ya şah­mat üz­rə dün­ya çem­pio­nu?! Val­lah, heç bi­rin­dən ol­mur. Sa­də­cə biz öz ai­lə sə­viy­yə­miz­də edə­cə­yi­miz bir təd­bi­ri qlo­bal prob­le­mə çe­vi­ri­rik. Nə­di ki, mən 15 il bun­dan qa­baq Fat­ma­ni­sə­nin be­şin­ci qı­zın­dan olan üçün­cü nə­və­si­nin sün­nət to­yu­na 2 "şir­van" yaz­dır­mı­şam. Bəs, ürə­yim part­la­yar axı, o 2 "şir­van" "öl­sə".

Hə, bax, in­di çox az adam "şir­van"ın­dan ke­çib şəx­si nü­mu­nə gös­tə­rir. An­caq bu mə­sə­lə­də də şəx­si nü­mu­nə gös­tər­mə­yə, ki­çik toy­la­rı yığ­cam, ol­duq­ca sa­də və ən əsa­sı ai­lə sə­viy­yə­sin­də ke­çir­mə­yə cid­di eh­ti­yac var. (Ye­ri gəl­miş­kən, mən özüm bu nü­mu­nə­ni ar­tıq gös­tər­mi­şəm).

Şəx­si nü­mu­nə­yə və maa­rif­lən­dir­mə­yə cid­di eh­ti­yac var

Gü­nü­müz­də toy mə­ra­sim­lə­rin­də­ki if­rat də­rə­cə­də olan is­raf­dan hər kəs da­nı­şır. Əs­lin­də hər kəs bu is­ra­fı gö­rür, qı­na­yır, eti­raz edir, la­kin bu­nun­la ya­na­şı heç nə­yi də­yiş­mir­lər. To­ya ge­dən hər kəs get­di­yi yer­dən müt­ləq na­ra­zı gə­lir: "Toy­da o qə­dər adam var­dı ki, aləm bir-bi­ri­nə dəy­miş­di", "Mu­si­qi­nin sə­si ba­şı­ma düş­dü", "Flan­kə­sin to­yu da­ha yax­şı idi, bu toy­da ye­mə­yə - bax­ma­ya­raq ki, bü­tün şad­lıq ev­lə­ri­nin men­yu­sun­da 30 dan çox ye­mək çe­şi­di var, - heç nə tap­ma­dım"... ki­mi söz­lə­ri hər gün eşi­di­rik. Hər kəs na­ra­zı­dır. Am­ma hər kəs də sa­də­cə özü­nü haq­lı sa­yır.

Tə­bii ki, od var­sa, ocaq var, yol var­sa, de­mə­li yol­çu da var. Bəs yol nə­dir? Yol odur ki, Nax­çı­va­nı­mız­da mil­li də­yər­lə­rin, adət-ənə­nə­lə­rin, xalq ya­ra­dı­cı­lı­ğı­nın, ta­ri­xi-mə­də­ni ir­sin qo­ru­nub ya­şa­dıl­ma­sın­da­kı nü­mu­nə­ni biz hər bi­ri­miz - cə­miy­yə­tin bü­tün üzv­lə­ri toy­la­rı­mı­zın tim­sa­lın­da ya­şa­daq, itib-bat­ma­ğa qoy­ma­yaq. Axı toy­la­rı­mız da iki gən­cin səa­də­ti ilə ya­şa­dı­lan də­yə­ri­miz­dir.

İlk növ­bə­də bu toy biz­ne­si­nin hər kəs üçün zə­rər­li ol­du­ğu­nu, cə­miy­yə­tə fay­da ver­mə­di­yi­ni ba­şa düş­mə­li­yik. İş bu­dur ki, ha­mı da pa­la­za bü­rü­nüb el­nən sü­rü­nür. İm­ka­nı çat­dı-çat­ma­dı... Qı­sa­sı, əv­vəl özü­müz bu­nu an­la­ma­lı, son­ra zi­ya­lı­lar, dün­ya­gör­müş in­san­lar şəx­si nü­mu­nə gös­tər­mək­lə ət­ra­fı­mı­zı da öz yo­lu­muz­la apar­ma­lı­yıq. Ne­cə ki, ar­tıq bir ne­çə il­dir Nax­çı­van­da yas mə­ra­sim­lə­ri həd­siz sa­də­lə­şib, is­la­mi qay­da­la­ra uy­ğun­laş­dı­rı­lıb. Apa­rı­lan maa­rif­lən­dir­mə işi, döv­lət və cə­miy­yə­tin bir­li­yi, yek­dil fik­ri və qə­ra­rı, mə­sə­lə­nin ma­hiy­yə­ti­nə uy­ğun ad­dım­la­rın atıl­ma­sı bü­tün əha­li­yə bö­yük fay­da gə­ti­rib.

Bu iş­də də şəx­si nü­mu­nə sa­də, təm­tə­raq­dan uzaq, mil­li ənə­nə­lə­rə uy­ğun toy­lar et­mək­dir. Elə də­də-ba­ba­mız­dan gör­dü­yü­müz ki­mi: çox sa­də ye­mək­lər­dən iba­rət məc­lis və mil­li mu­si­qi. Be­lə olan hal­da is­raf­çı­lıq­dan ümu­miy­yət­lə, söh­bət get­məz. Ona gö­rə də to­ya yı­ğı­lan pul, ve­ri­lən hə­diy­yə­lər də şad­lıq evi sa­hib­lə­ri­nin ci­bi­nə get­mir. Ye­ni ai­lə qu­ran gənc­lə­rin qay­ğı­la­rı­na, il­kin ai­lə hə­yat­la­rı­na sərf olu­nur. Fik­rim­cə, biz də cə­miy­yə­ti təd­ri­cən bu pro­se­sə ha­zır­la­ma­lı, cid­di maa­rif­lən­dir­mə işi apar­ma­lı­yıq. Bu­nun­la ya­na­şı, şad­lıq ev­lə­ri və res­to­ran­lar­da mil­li ye­mək­lər­dən iba­rət sa­də men­yu­la­rın, mil­li mu­si­qi və rəqs­lə­ri­miz­dən iba­rət re­per­tu­ar­la­rın tət­bi­qi­nə də eh­ti­yac var. Hər hal­da, bu ba­rə­də dü­şün­mə­yin mən­cə vax­tı ça­tıb.

Sa­hil Ta­hir­li

P.S. De­yir­lər şan-şöh­rə­tə gö­rə ev­lə­nən ömür bo­yu zil­lət çə­kər. Vay bi­zim Təm­ki­nin ha­lı­na...



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

11.07.2026 / 18:01
“Xankəndi” hotelinin açılışı oldu - FOTO

11.07.2026 / 17:35
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO

11.07.2026 / 17:25
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub

11.07.2026 / 16:17
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

11.07.2026 / 16:01
Prezident Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

11.07.2026 / 15:32
Prezident Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı – ABŞ son anda imtina etdi...

11.07.2026 / 15:07
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub - FOTO

11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı

11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

10.07.2026 / 13:39
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin yeddinci təlimi

10.07.2026 / 13:17
Qazaxıstan da vitse-prezidentlik institutuna keçir...

10.07.2026 / 13:05
Rusiyaya qarşı yeni sanksiyalar paketi AB-ni parçaladı – birlik ölkələri razılığa gələ bilmir...

10.07.2026 / 12:54
Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiq edildi

10.07.2026 / 12:16
Trampın Ankaraya yeni təyyarəsi ilə gəlib köhnə təyyarəsi ilə qayıtmasının əsl səbəbi ortaya çıxdı...

10.07.2026 / 11:58
Rusiya Azərbaycan üzərindən Ermənistana propan və gübrə göndərəcək...

10.07.2026 / 11:30
Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır...

10.07.2026 / 10:51
Bakıda media və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçiriləcək..

10.07.2026 / 10:20
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10.07.2026 / 10:12
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü

10.07.2026 / 09:55
Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssislərinin görüşü oldu...

10.07.2026 / 09:17
Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ