Bazar günü günü, 15 noyabr 2026
     

“Meyitdən orqan köçürülməsinə azərbaycanlılara xas düşüncə çətinlik yaradır” - MÜSAHİBƏ

Image


Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizovun orqan transplantasiyası ilə bağlı Trend-ə özəl müsahibəsi

- Hazırda Azərbaycanda böyrək, qaraciyər, sümük iliyi transplantasiyası həyata keçirilir. Azərbaycanda həyata keçirilməyən digər orqan və toxumaların transplantasiyası üçün hansı işlər görülür?

- Azərbaycanda orqan transplantasiyası ilə bağlı bir neçə normativ-hüquqi akt qəbul olunub. “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanundan irəli gələrək Nazirlər Kabineti transplantasiyanı apara biləcək müəssisələrin siyahısı, transplantasiyanın aparılma qaydası, şərtləri, toxumaların götürülməsi ilə bağlı sənədlər qəbul edib. Hazırda orqan transplantasiyası ilə bağlı yeni sənəd hazırlanmır, amma mövcud sənədlərdə təkmilləşdirmələr mütəmadi olaraq aparılır. Hazırda gözün buynuz qişasının transplantasiyasını asanlaşdırmaq - idxalına qoyulan məhdudiyyətin götürülməsi üçün müəyyən addımlar atılır. Bu sahə üzrə mövcud tələbat qiymətləndirilib. Gözün buynuz qişasının gətirilməsi üçün idxala qadağanın götürlməsi tələbatdan irəli gəlir. Bu transplantasiyaların aparılması üçün bizim bütün imkanımız var, problemimiz gözün buynuz qişasının çatışmazlığında idi. Lakin Azərbaycanda toxumaların, orqanların gətirilməsində qadağalar var. Buna görə də indi ilk olaraq, gözün buynuz qışasının ölkəyə idxalına icazə vermək üçün dəyişikliklər edilir və bu işə başlanılır. Ola bilsin ki, gələcəkdə digər toxuma və orqanların da idxalı ilə bağlı işlər görülsün.

- Azərbaycan gözün buynuz qişasını hansı ölkədən idxal edə bilər?

- Transplantasiyanı asanlaşdırmaq üçün əsasən xaricdə mövcud olan orqan və toxuma banklarından istifadə oluna bilər. Bizə ən yaxın ölkə olan İranda bu cür toxuma və orqanların bazası var. Bundan istifadə etmək qərarlaşdırılıb. Yəqin yaxın zamanlarda onun ölkəyə gətirilməsi üçün lazımi məsələlər öz həllini tapacaq.

- Bu gün Azərbaycanda canlı donordan orqan transplantasiyası həyata keçirilsə də, meyitdən orqan transplantasiyası həyata keçirilmir. Mütəxəssislər bunun səbəbini bu cür transplantasiyanın icra mexanizminin olmaması ilə izah edirlər və qısa müddət ərzində bunun üçün icra mexanizmləri hazırlanmasının vacibliyini bildirirlər. Hazırda bu istiqamətdə hər hansı iş görülürmü?

- “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ildə qəbul edildiyi zamandan 2011-ci ilədək həqiqətən də onun icra mexanizmi yox idi. Lakin 12 il sonra - 2011-ci ildə bu mexanizm işlənib hazırlandı. Bu gün Azərbaycan qanunvericiliyində meyitdən orqanın götürülməsi üçün hüquqi prosedurlar baxımından problemlər yoxdur. Bu transplantasiyanı reallaşdırmaq üçün hüquqi baza var. Nazirlər Kabineti (NK) də bununla bağlı qayda müəyyən edib. NK tərəfindən orqan və toxumaların transplantasiyası aparıla bilən müəssisələrin siyahısı təsdiqlənib. Bu siyahı daim təkmilləşdirilir. Orqan transplantasiyasını istənilən müəssisə edə bilməz. Bu, NK tərəfindən müəyyən edilir. Mövcud şərait imkan verdiyi halda NK müəssisədə transplantasiyanın aparılmasına razılıq verir. Bu siyahıda əvvəlcə 4 müəssisənin - Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Mərkəzi Gömrük Hospitalı, Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasının adı var idi. İndi onların sayı 8-ə çatdırılıb. Siyahıya artıq Mərkəzi Klinik Xəstəxanası, Respublika Müalicə və Diaqnostika Mərkəzi, Respublika Talassemiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası da əlavə edilib.

- Əgər bu gün qanunvericilik meyitdən orqanın götürülməsinə icazə verirsə, onda bunun həyata keçirilməsinə nə mane olur?

- Problemlər Azərbaycanın özünün reallıqları ilə bağlıdır. Milli mentalitetimizdən, şəxsən azərbaycanlılara xas olan düşüncəmizdən irəli gələn problemlər bu sahədə çətinliklər yaradır. Meyitdən orqanın transplantasiyası üçün mexanizm olsa da, bunun “ilkin pionerləri” yoxdur ki, bu işə başlasınlar. Azərbaycanda insan vəfat etməmişdən əvvəl orqanını, toxumasını rəsmi vəsiyyət edibsə, o, vəfat edikdə onun orqanının, toxumasının transplantasiyası ilə bağlı heç bir problem olmamalıdır və ondan orqan, toxuma götürülə bilər. Sözsüz ki, şəxsin bioloji ölümü və beyin ölümü tam inkar olunmaz formada təsdiq olunmalıdır. Bu da hansısa fərdi şəkildə, hər hansı həkim tərəfindən deyil, konsilium tərəfindən müəyyən olunmalıdır. Transplantasiya həyata keçirən müəssisənin konsiliumu qərar verməli və bundan sonra baş həkim buna razılıq verməlidir. Hətta belə bir məsələ də var ki, əgər ölüm halı ilə bağlı məhkəmə-tibbi ekspertizası tələb olunursa, onda məhkəmə tibbi ekspertinin də razılığı alına bilər. Bu mütəxəssislərin razılığı olduqdan sonra həmin meyitdən transplantasiya məqsədilə orqan və ya toxuma götürülə bilər. Hazırda bizdə meyitdən orqanın götürülməsi üçün sadalanan bu prosedurların hamısı var. Sadəcə olaraq, bunu edən yoxdur. Bu, bəlkə də mentalitetimizdən irəli gəlir. Əgər küçədə şifahi bir sorğu keçirib soruşsaq ki, siz öldükdən sonra özünüzün, yaxud yaxın qohumunuzun meyitindən orqan götürülməsinə razılıq verərsiniz? Sorğu iştirakçılarının 99 faizi buna “yox” cavabını verəcək. Azərbaycanda bununla bağlı təfəkkür, yanaşma tərzi hələ başqa cürdür.

- Qanunvericilik insan orqan və toxumalarının alqı-satqı obyekti olmasına icazə verməsə də, bəzən hansısa insanın özünün daxili orqanlarını, xüsusilə böyrəklərini satması barədə elanlara rast gəlinir. Ötən müddət ərzində orqanlarını satan şəxslərlə bağlı cinayət işləri olubmu?

- Hər bir kəs özünün daxili orqanını, toxumasını kiməsə bağışlamaqda sərbəstdir. Amma bu, alqı-satqı predmeti ola bilməz. Əgər şəxs kiminsə şəfa tapması üçün ona öz orqanını verirsə, bu, alqışlanmalıdır. Amma bu, kommersiya xarakterli olduqda, qanun bunu qadağan edir. Qanunvericilikdə buna görə hətta cinayət məsuliyyəti də nəzərdə tutulub. Orqanın verilməsi çox həssas məsələdir. Bu, istənilən an alqı-satqı predmetinə çevrilə bilər. Təbii ki, insan öz sağlamlığının bərpası üçün hər bir şeyə hazır olur. Bunu hətta ödənişli əsaslarla da etmək istəyir. Amma qanun buna icazə vermir. Təkcə Azərbaycanda deyil, beynəlxalq hüquqda bu qadağalar mövcuddur. Orqan satışı ilə əlaqədar bir neçə il əvvəl cinayət işləri, müəyyən problemlər olmuşdu. Amma o işlər Səhiyyə Nazirliyi tərəfindən aparılmırdı. Ona görə də konkret olaraq, bununla bağlı statistik məlumatlar açıqlaya bilmərəm.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ