Onun sözlərinə görə, 2015-ci ilin yanvarın 1-dən sentyabrın 26-dək paytaxtda 598 yol-nəqliyyat hadisəsi baş verib.: "Nəticədə 167 nəfər ölüb, 663 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 70, ölüm sayı 68 fakt azalıb, xəsarət alanların sayında isə 4 fakt artım olub. Təkcə ötən həftə ərzində, yəni sentyabrın 19-dan 26-dək Bakıda 12 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Ondan əvvəlki həftə ilə müqayisədə 4 hadisə, 3 ölüm faktı azalsa da, 1 xəsarət faktı artıb”.
V.Əsədov qeyd edib ki, bu il yanvarın 1-dən sentyabrın 26-dək Bakı şəhəri üzrə yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində 691667 inzibati protokol tərtib edilib: "Bunlardan 139722-si sürücülərə yolayrıcını keçmə qaydalarını pozduğuna, 13408-i avtomobili sərxoş halda idarə etdiyinə, 10026-sı işıqforun qırmızı işığında keçdiyinə, 8487-si sürət həddini aşdığına, 6846-sı ötmə və manevretmə qaydalarını pozduğuna, 3324-ü qəza şəraiti yaratdığına, 2892-si polisin qanuni əmrinə tabe olmadığına, 2667-si avtomobili müvafiq sənədləri, 466-sı dövlət nömrə nişanı olmadan, 2674-ü isə icazə verilməyən pərdə və plyonkalı idarə etdiyinə, 1649-su sərnişindaşıma qaydalarını pozduğuna, 578-i avtoxuliqanlığa görə tərtib edilib. Yol hərəkəti qaydalarını pozduğuna görə, 84515 halda piyadalar cərimə olunub. Digər qayda pozuntuları ilə bağlı 374140 protokol tərtib edilib. Bundan başqa MMX vasitəsilə 243464 elektron ptorokol tərtib edilib”.