Cümə günü, 02 oktyabr 2026
     

"Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə"

Image


Xalçanı milyon illərin yolçusu olan, əsrlərdən, qərinələrdən adlayan, dağlardan, dənizlərdən, çaylardan keçib gələn, özü ilə də min bir sehr gətirən qeyri-adi, sehrkar canlıya bənzətmişəm həmişə. Elə bilmişəm ki, xalçanın öz dili, öz səsi, öz taleyi, alın yazısı var. Bizim Borçalıda xalçaçılığın üzü qədimlərdən bəri mövcud olduğu, dünən olduqca geniş yayıldığı, bu gün də yaşadığı məlumdur. Odur ki, hər bir ocaqda, evdə heç olmasa yaşı 100-150 il olan xalçalar var idi. O xalçaların üzərində iməkləyib ayağa durmuşuq.
Bizim kəndlərdə xalçaya həmişə böyük sevgi, ehtiram, deyərdim ki, hətta bir bağlılıq vardı. Hər kəsin evində xalça olardı və o xalçanın üzərindən saz, xəncər, qəmə, tüfəng asardılar. Bu xalçalar o qədər gözəl, füsunkar görünərdi ki, özümüz də bilmədən o xalçaların gözəlliyinə dalıb heykəlləşərdik. Xalçaların bədii-estetik görünüşü, oradakı naxışlar, təsvirlər valeh edirdi adamı. Bu xalçaları nənənələrimiz, analarımız, qız-gəlinlərimiz toxuyardı. Nadir hallarda xalçanı ya bazardan alardılar, ya da sifarişlə toxudardılar. Qadınların əksəriyyəti xalça toxumağı bacardığından, evin ən dəyərli əşyalarından olan xalçanı özləri toxuyardı. Bu xalçaların naxışlarında nələr dil açmazdı, nələr... Hər kəs öz ovqatını, daxili aləmini, içində kök salan hissləri, ağlayan-güləyən əhvalları xalçalara həkk edərdi... Ona görə də xalçalarımız başdan-başa tarixdir, insan taleyindən əyrilib hər ipi, hər çeşnisində, hər ilməsində bir ürək, bir barmaq döyüntüsü var. Rəssam nənələrimiz bu xalçalara elə təsvirlər, elə formalar vermişdi ki, bu gün də onlar sirliliyini qoruyur. Borçalıda ən geniş yayılan xalça növləri "Kosalar", "Ləmbəli", "Faxralı" və başqa çeşnilər olub.
Məldumdur ki, Azərbaycan ərazisində xalçaçılıq olduqca geniş yayılıb, minillər boyu formalaşan, cilalanan bu sənət indi də davam etdirilir. Sevindirici haldır ki, Azərbaycanın bir çox yerində, o cümlədən də Azərbaycan türklərinin kompakt yaşadığı respublikalarda, ölkələrdə milli xalçaçılıq məktəbləri çox yüksək səviyyədə inkişaf edib. Köçəri həyat yaşayan, yayı yaylaqda, payızı binədə, qışı qışlaqda keçirən əcdadlarımız məişət mədəniyyətinə də xüsusi diqqət yetirib. Yun qırxını zamanı toplanan yunları nənələrimiz toplayıb yuyub, qurudub didib-darayıb, cəhrəsində əyirib, boyayıb, qışa hazırlıq görüb ki, qar qapının ağzını alanda xalça, palaz, kilim, cecim, xurcun toxusun. Əlbəttə, bunların hamısından çox xalça zəhmət tələb edir. Bir xalçanı bir neçə qonşu qadın yığışıb bir neçə aya toxuyub başa çatdırardılar. Xana kəsiləndə az qala evlərdə bayram edərdilər ki, bir neçə aylıq gərgin iş başa çatdırılıb. Əslində, xalçaçı nənələrimiz üçün xalça toxumaq ağır iş deyildi, bu onların məşğuliyyəti idi.
Azərbaycanda xalçaçılıq sənətinin tarixinə, bugünkü durumuna, gələcəyə açılan yollarına bir yazıda şərh vermək əlbəttə mümkün deyil. Amma qənaətlərimi, fikirlərimi bir yazıda imkan dairəsində canlandırmağa çalışacağam.
Bilirik ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, bir sıra sahələr kimi, xalçaçılıq sahəsində də böyük problemlər, ağrılı illər yaşandı. Bir sıra səbəblər üzündən illərlə fəaliyyət göstərən xalça sexləri bağlandı, yaxud az işçi qüvvəsi ilə fəaliyyətini davam etdirdi. Bölgələrdə isə bu sənətə maraq bir qədər azaldı. Respublikanın əsas xalçaçılıq mərkəzlərindən olan Qarabağ, Laçın və Kəlbəcər, Zəngəzur kimi bölgələrimizdən yerli əhalinin qaçqın düşməsi, onların köçkün vəziyyətində respublikamızın ayrı-ayrı yerlərinə pənah aparması bu sahəyə də zərər vurdu. Erməni işğalı nəticəsində xalçaçılıq sənətinə böyük zərbə dəydi. Milli-mənəvi dəyərlərimiz sırasında önəmli yer tutan xalçaçılıq sənəti xeyli müddət böhran vəziyyətində qalmağa məhkum olundu. Milli xalçalarımız, əsrlərin dolanbac yollarını aşıb gələn milli sərvətimiz olan xalçaçılıq sənətinə son illər böyük qayğı və diqqət göstərilir. Gizlin deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi nəticəsində xalçaçılığın inkişafının qanunvericilik bazası yaradılıb. Bu da məlumdur ki, 2004-cü il dekabrın 7-də "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq olunub, 2005-ci il fevralın 7-də həmin qanunun tətbiq edilməsi barədə fərman verilib. Onu da vurğulayım ki, Azərbaycan xalçalarının təbliği və nümayiş etdiriməsi məqsədilə Prezident İlham Əliyevin iştirakı ilə 2014-cü il avqust ayının 26-da Dənizkənarı Milli Parkın ərazisində unikal memarlıq xüsusiyyətlərinə malik olan Azərbaycan Xalçası Muzeyi açılıb. Xalqımızın əvəzsiz incisi olan xalçaçılıq sənəti bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bir tərəfdən Azərbaycan Xalçası Muzeyi üçün yeni bina tikilib, istifadəyə verilib, bu binada xalçaların qorunması, saxlanması, sərgilənməsi üçün bütün şərait yaradılıb. Burada xalçaların nümayişi, sərgisi həyata keçirilir, şəhərimizə qonaq gələn hər bir insan bu muzeyi görməyə tələsir. 1967-ci ildə yaradılan muzeydə Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanıb. Muzeyin ekspozisiyasında toxuculuğun müxtəlif üsullarını, 10-dan artıq toxunma növünü, onun sirlərini öyrənmək və əyani tanış olmaq olar. Muzeyin nüfuzlu elmi mərkəz kimi tanınması onun beynəlxalq miqyasda ekspert kimi çıxış etməsinə imkan verir. Muzeyin zəngin maddi və elmi bazası əsasında 1983-1988 və 2003-cü illərdə "Şərq xalça sənəti", "Azərbaycan xalça sənəti" və "Azərbaycan xalçası və xalq tətbiqi sənəti" mövzularında I, II və III beynəlxalq simpoziumlar keçirilib.
Azərbaycan xalçalarına, milli-mənəvi dəyərlərimizin şah əsərlərindən sayılan xalçaçılıq sənətinə xüsusi diqqət yetirilən, onun inkişafına təkan verilən bir ocaq da var-"Azərilmə" Xalça Mərkəzi. Sevindirici haldır ki, "Azərilmə"nin geniş səviyyədə fəaliyyətə başlaması Azərbaycan xalçaçılıq məktəblərinin müasir dövrdə təbliğinə səbəb oldu. Çağdaş xalçaçılıq aləmində bu ocağın fəaliyyəti, burada toxunan xalçalar xüsusi önəm kəsb edir. Onu da vurğulayım ki, "Azərilmə"də Azərbaycan xalçaçılıq məktəblərinin bütün qolları öyrənilir, o məktəblərə xas xalçalar toxunur. "Azərilmə" Azərbaycan xalçasının dünyada təbliğində önəmli rola malikdir desəm yanılmaram. Çünki illərdir bu mədəniyyət ocağının fəaliyyətini yaxından izləyirəm və bir neçə dəfə də buranı ziyarət etmişəm. Bu da faktdır ki, "Azərilmə"də toxunan xalçalar nəinki Azərbaycanda, eləcə də dünyada brendə çevrilib və ölkəmizi layiqincə təmsil edə bilir. Əlbəttə, bir məsələ də qeyd edilməlidir ki, Heydər Əliyev Fondu xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirir və bu sahənin inkişafını sürətləndirən işlərə dəstək olur. Bilirik ki, son zamanlara qədər dünya muzeylərində sərgilənən, dünya bazarına çıxarılan Azərbaycan xalçaları bizim adımızla deyil, qonşu xalqların adları ilə təqdim edilirdi, bu da bizim ziyanımıza işləyirdi. Amma bu təbliğatın ömrü o qədər də uzun olmadı, bu gün Azərbaycan xalçaları dünyada öz adımızla təbliğ olunur və tanınır.
Gözəllər-gözəli Azərbaycan xalçasının dünyada analoqu yoxdur. Bu fikri mübaliğəsiz deyirəm. Çünki analarımızın, nənələrimizin qayğısından, sevgisindən, barmaqlarının hərarətindən yaranan xalçaları başqa kimlər toxuya bilər ki? Xalça bitib-tükənməyən bir nəğmədir, oxunduqca maraqlı gəlir. İnsan nə qədər həyəcanlı, narahat olsa da, əlini xalçaya sürtsə, canında bir rahatlıq, əhvalında bir duruluq hiss edər. Xalça başdan-başa hissiyyatdır. "Azərilmə"nin xalça aləmi adamı doğrudan da qeyri-müəyyən, lakin özün olan bir aləmə aparır. Burada nənə-babalarımızın ruhu ilə danışırsan sanki. Hər xalça çeşnisi bir yurdun, bir elin, bir məkanın melodiyasıdır elə bil. Ahanüba kimi çəkir səni özünə. Naxış elementləri, təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar elə bir sonsuz aləmdir ki, adam o aləmdə, o dünyada ərimək istəyir.
Bir faktı da diqqətinizə çatdırım ki, bir vaxtlar xalçalar insanların həyatını xilas edib. Bu mənada ki, soyuqdan qorunmaq üçün dəyələrin, çadırların, alaçıqların içərisinə xalça çəkilirmiş ki, soyuq gəlməsin.
Arxeoloqlarımızın apardığı tədqiqatlar nəticəsində məlum olub ki, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olunub. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül - çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsindən aşkar edilmiş qızıl camın (e.ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilib.
Bir məqamı da qeyd edim ki, Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:
1.Quba,
2.Bakı, yaxud Abşeron,
3.Şirvan,
4.Gəncə,
5.Qazax,
6.Qarabağ,
7.Təbriz.
Adlarını çəkdiyim məktəblərin də hər birinin özünəməxsusluğu, orijinallığı özünü göstərir. Fərəhləndirici haldır ki, bu məktəblərin xalça çeşniləri, üslub və xüsusiyyətləri bu gün də davam etdirilir. Yuxarıda qeyd etdiyim kimi, burada "Azərilmə"nin rolunu xüsusi qeyd etməliyik. Burada bütövlükdə Azərbaycan xalçaçılığının siması qorunur. Ulularımızın ruhları dolaşan bu məkanda insanın ruhu sakitlik tapır. Böyük xalçaçılıq məbədi kimi "Azərilmə"də hər məktəbin izi mövcuddur. Burada qədirşünas insan, Azərbaycan xalçalarının mahir bilicisi, dostu, munisi, "Azərilmə"nin rəhbəri, professor Vidadi Muradovun xidmətlərini qeyd etməsəm, ədalətsizlik etmiş olaram. Hələ sovet illərindən Vidadi müəllim Azərbaycan ellərini, eləcə də Qərbi Azərbaycanı, Borçalını və digər yurdlarımızı qarış-qarış gəzib xalçalarımızı toplayıb, onları tədqiq edib, çeşnilərini öyrənib və saysız məqalə, kitab nəşr etdirib. Bundan başqa, professor dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanan xalçalarla tanış olub. Hətta o xalçaların bir çoxunun dublikatı, bənzəri "Azərilmə" xalçaçıları tərəfindən yenidən toxunub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Şeyx Səfi" xalçasının bənzəri də bu ocaqda toxunub. Sirr deyil ki, hazırda Azərbaycan xalçası bütün dünyanı heyrətə gətirir. Azərbaycan xalçaçılıq sənətinin keşiyində duran və onu təbliğ edən hər bir insana böyük minnətdarlıq ismarlayıram. Çünki bu nəcib, xeyirxah işi o adam görə bilər ki, onun qəlbində Azərbaycan boyda sevgi var və o, xalqımızın pasportuna çevrilən xalçalarımızı təmənnasız olaraq sevir.
İradə SARIYEVA
Yazı "Azərilmə" Xalçaçılıq Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ