Cümə günü, 02 oktyabr 2026
     

Yeniyetmələrin evdən qaçması Azərbaycan mentalitetində ən pis çıxış yolu kimi...

Image


Mehriban Zeynalova: "Yeniyetmələrin evdən qaçmasının səbəbi ailə üzvlərinin bir-birini anlaya bilməməsidir"

Könül Vaqifqızı: "Bəzən yeniyetmələr evdən qaçaraq ailələrini cəzalandırdığını düşünür"
Son vaxtlar ölkədə gənc və ya yetkinlik yaşına çatmayan məktəblilərin evdən qaçması, həftələrlə axtarışda olması halları artıb. Nə qədər ağrılı olsa da, bu fakt var və artıq demək olar ki, ay ərzində iki-üç dəfə bu cür xəbərləri eşitməyə, belə hadisələrlə qarşılaşmağa öyrəşmişik. Sentyabrın 8-də Bərdə rayonunun Şirvanlı kənd sakini Yusif Quliyev RPŞ-yə müraciət edərək sentyabrın 7-də qızı, 15 yaşlı Nazpərinin yaşadığı evdən çıxıb geri qayıtmamasını bildirib.
DİN-dən məlum hadisə ilə bağlı mediaya verilən məlumata görə, N.Quliyeva polis əməkdaşları tərəfindən Ağdam rayonu ərazisində tapılaraq valideynlərinə təhvil verilib.
Analoji hadisə Abşeron rayonunda da qeydə alınıb. Rayon sakini Nuray Rəhimova şöbəyə müraciət edərək 14 yaşlı qızının evdən 10 min manat pul götürərək qaçdığını bildirib.
Yeniyetmələrin nə səbəbdən evdən qaçması ilə bağlı ekspertlərin fikrini öyrəndik.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, evdən qaçan bir neçə yeniyetmə qız sığınacağa müraciət edib: "Cari il ərzində bir neçə yeniyetmə qız evdən qaçıb bizə müraciət edib. Onlardan biri Kürdəmirdən idi. Assosial ailə idi. Ana əxlaqsızlıqla məşğul olurdu, xala yola vermirdi, nənə xərçəng xəstəsi idi. Qızı yola vermirdilər. Qız məcbur olub yaşadığı evi tərk etmişdi. Müstəqil yaşayıb öz əməyi ilə dolanmaq istəyi ilə evdən qaçan qızlar da var. Belə olan halda, biz onların validyenlərini çağırıb, ailələri ilə söhbət edib evlərinə qaytarırıq. Yeniyetmələrin müraciəti çox deyil, amma belə hallar müşahidə olunmaqdadır".
Birlik sədri qeyd etdi ki, yeniyetmə qızların evdən qaçmasının iki əsas səbəbi var: "Həmin səbəblərdən biri ailə üzvlərinin bir-birini anlaya bilməməsidir. Valideyn onunla zorakı yolla danışıbsa, o bunu norma kimi qəbul edərək eyni formada uşağı ilə ünsiyyət quracaq. Zorakılıq görən şəxs normal mühitə düşərsə, o, davranışını dəyişə bilər".
Psixoloq Könül Vaqifqızı qəzetimizə açıqlamasında bildirdi ki, evdəki təzyiqlər ən çox qızlara təsir edir. Yəni qızlar çox zaman ailə daxilində olan təzyiqlərdən yorularaq evdən qaçır. Evdə mübahisələr, təzyiqlər qızlara daha çox tətbiq edilir, oğlanlar isə dostları ilə münasibətlər, evdən çıxma-evə qayıtma, qız dostları barəsində daha sərbəstdirlər.
Psixoloqun sözlərinə görə, bəzən uşaqlar evdən qaçaraq ailələrini cəzalandırdığını düşünür: "Evdən qaçan gənc ailəsini cəzalandırmaq istəyi ilə yanaşı, ailəsindən xilas olmaq və öz həyatını istədiyi kimi yaşamaq niyyətində olur. Bu, bəzən yeniyetməyə çox baha başa gəlir. Gənclər çox zaman tanıdığı, yaxın bildiyi dostlarının evinə qaçır. Bu da uzun sürmür. Ancaq bu qaçışlar zamanı cinsi istismar, cinsi münasibətlərlə bağlı filmlər və ya cinsi münasibətlərlə vaxtından tez tanışolma, narkotik istifadəsi baş verərsə, bu, yeniyetmədə fiziki və psixoloji cəhətdən ciddi ziyanlara səbəb olur. Evdən qaçmaq ailə üçün bir siqnal olmalıdır. Evdən qaçma geri dönmə ilə nəticələnsə də, bu vəziyyət ailə üçün əhəmiyyətli bir siqnaldır. Yeniyetmənin yenidən evdən qaçmaması üçün nələr edilməsi lazım olduğu, üzərində dayanılması vacib olan ən əhəmiyyətli hissədir.
Yeniyetmədə psixiatrik bir problemin olub-olmadığının araşdırılması, varsa, müalicəsi bu tip evdən qaçma davranışlarının bitməsi üçün əhəmiyyətlidir. Ailə bu mövzuda bir mütəxəssisdən dəstək almalıdır. Ailədaxili ünsiyyəti gücləndirmək, sevgini hiss etdirmək, yeniyetməni mühakimə etmədən dinləmək, sərhədləri və qaydaları təyin edərkən bunların səbəblərini öyüd-nəsihət vermədən, həqiqi və yetkinin də anlaya biləcəyi dillə izah etmək lazımdır. Qeyd etdiyim kimi, evdən qaçma ancaq yeniyetməlik dövründə baş verir. Gənc zehnində yaratdığı bir macəraya çatmaq üçün evdən qaçmağa can atır. Hər macəra naməlumluqlarla doludur. Bu səbəbdən evdən qaçan uşaq çöldə başına nə gələcəyini, hansı problemlərdən keçəcəyini hesablaya bilməz. İkincisi, unutmamaq lazımdır ki, evini tərk edən hər uşaq hər zaman gündəlik həyatında xəyal qırıqlığı yaşamış yaralı bir varlıqdır. Anlayışsız, sevgisini göstərməyən, həddindən artıq cəzalar verən ana-atanın əsəridir. Yaşadığı real dünya dözülməz hala gələn uşaq xəyalını qurduğu aləminə dalaraq təhlükələrə yelkən açır. Beləcə, özünü nəfəs ala biləcəyi mühitə apardığını düşünür. Halbuki, yanıldığını tez bir zamanda anlayır. Dönə bilsə, evinə qayıdır, bilməsə, küçələrə düşür.
Yeniyetmələrin bir dövrü olur ki, onlar bu dövrdə həddən artıq azadlıq istəyir, asılılığı rədd edir, özlərinə qapalı yaşayır, özlərinə inanmır, istəklərini təxirəsalma xüsusiyyətindən məhrum olurlar, arzuları həyata keçməyəndə üsyana qalxırlar".
Həmsöhbətimiz onu da əlavə etdi ki, yeniyetmə qızların evdən qaçmasının səbəblərindən biri də onların erkən yaşda ailə qurmağa məcbur olunmasıdır: "Valideyn öz övladının "yaxşılığını" düşünərək qızının özündən daha yaşlı, imkanlı biri və yaxud sevmədiyi biri ilə ailə qurmasına çalışır. Çox zaman gənc qız bundan can qurtarmaq üçün ya sevdiyi ilə, ya da tanımadığı insanlarla qoşulub qaçır. Qaçmağı bacarmayanlar isə intihar etməyə cəhd edir".
Günel CƏLİLOVA


 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ