Onun sözlərinə görə, hazırda tikililərin digər əraziyə köçürülməsinə ehtiyac yoxdur: "Müvafiq tədbirlər aparıldıqdan sonra buna ehtiyac olmadı”.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məlumatına görə tikililər zonasında bitum yatağı var və qazın çıxması müşahidə edilir: "Bu fakta heç kəs etiraz edə bilməz. Üstəlik, evlərin birində partlayış baş verib. Hadisə qurbansız ötüşüb, lakin evə ciddi zərər dəyib. Hazırda bina təmir edilir”.
A.Şərifov əlavə edib ki, baş vermiş hadisədən sonra xəbərdaredici tədbirlərin keçirilməsinə başlanılıb: "Tədbirlərə Fövqəladə Hallar Nazirliyi, AMEA, SOCAR, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, rayonun Icra Hakimiyyətinin nümayəndələri cəlb edilib: "Anbarlar daxil olmaqla bütün məkanların havası təzələnib. Həmçinin, bütün mövcud kommunikasiyalar yoxlanılıb. Yoxlama və nəzarət tədbirləri davam edir, bunun üçün xüsusi briqadalar yaradılıb. Əminliklə deyə bilərəm ki, partayışlar daha olmayacaq”.
Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına 2 milyon manat ayrılıb
Abid Şərifov deyib ki, Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına 2 milyon manat vəsait ayrılıb. Onun sözlərinə görə, zəlzələnin fəsadlarının aşkarlanması prosesi hələ başa çatmamasına baxmayaraq, Nazirlər Kabineti Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 2 milyon manat vəsaitin ayrılması barədə sərəncam verib.
A.Şərifov qeyd edib ki, zəlzələnin olduqca güclü baş verməsinə baxmayaraq, güclü dağıntılar müşahidə edilməyib: "Bir çox evlərdə dərin çartlar var, evlərdən birinin divarı dağılıb. Allaha şükür ki, dağıntılar ciddi deyil və hadisə insan itkisi olmadan ötüşüb”.