Q.Yetirmişli bildirib ki, Prezidentin tapşırığına əsasən orada seysmoloji stansiyalar quraşdırılır: "Həmin ərazi seysmoloji zonadır. Bundan əvvəl, 2003-cü ildə zəlzələ baş verib".
Onun sözlərinə görə, Şəkidəki 7 ballıq zəlzələdən sonra 50-dən çox xırda afterşok davam edir: "Ola bilsin ki, bir neçə gün bu afterşoklar davam etsin. Bəzi hallarda 3-4, hətta ola bilsin, 5 bal gücündə zəlzələlər ola bilər. Amma 7 baldan güclü zəlzələlərin baş vermə ehtimalı sıfıra bərabərdir. Əhali bundan qorxmasın".
Azərbaycanın, ümumiyyətlə, seysmik zonada yerləşdiyini qeyd edən Q.Yetirmişli vurğulayıb ki, buna baxmayaraq, qabaqcadan hansı bölgədə zəlzələnin baş verməsini proqnozlaşdırmaq qeyri-mümkündür: "Şəkidəki zəlzələ ocağında enerji qısa təkanlarla da boşala bilərdi, onda belə zəlzələ baş verməyə bilərdi. Biz zəlzələ ocaqları ilə bağlı tədqiqatlar aparırıq, gərginlik zonalarını müəyyən edirik. Ancaq qısamüddətli zəlzələ proqnozu vermək mümkün deyil”.