Şöbə rəisi qeyd edib ki, sürücülərin avtobusları dayanacaqlarda müəyyən edilmiş vaxtdan çox saxlamaları yolverilməzdir. Bu, yollarda nəqliyyat vasitələrinin hərəkətinə və təhlükəsizliyin təmin edilməsinə maneçilik yaradır: "Hər bir avtobus üçün dayanacaqlarda dayanma müddəti müəyyən edilib. Sürücü həmin müddət ərzində avtobusu sərnişinləri mindirib-düşürmək üçün saxlamalıdır. Sürücülər netro stansiyalarının çıxışlarında uzun müddət avtobusu saxlayıb sərnişinlərin gəlişini gözləməməlidirlər. Çünki bu, bəzən çox vaxt aparır. Bu, digər avtobusların da həmin ərazidə yığışmasına və yolun keçilməz hala gəlib çıxmasına gətirib çıxarır. İnsanlar dayanacaqda avtobusların gəlməsini gözləməlidirlər. Avtobuslar dayanıb insanların gəlməsini gözləməli deyil”.
Onun sözlərinə görə, Komissiyanın iclasında tapşırıqlar verilib ki, avtobusların metro stansiyalarının yaxınlığındakı ərazilərdə uzunmüddətli dayanma hallarına son qoyulsun: "Avtobuslara dayanacaqlarda yalnız sərnişinlərin minib-düşməsi üçün tələb olunan zaman ərzində dayanmasına icazə verilir. Bu, digər avtobusların da həmin dayanacağa yaxınlaşaraq sərnişinlərin minib-düşməsinə, eləcə də yoldan keçən digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaratmasın”.