"2-3 sentyabr tarixində Asiya siyasi partiyaları konfransı qadın qolunun Bakıda keçirlən konfransının Rusiyadan olan nümayəndələri bazarların birində olmaq arzularını bildirdilər.
Bu gün səhər Rusiya Dövlət Dumasının deputatı Olqa Krasilnikova və Tataristan Prezidentliyinə namizəd, Kazan şəhər məclisinin depuatatı Ruşaniyyə Bilyatdinova ilə birlikdə Təzə Bazarda olduq”. Bu barədə məlumat verən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, qonaqlar bazar bolluğundan, meyvələrin, tərəvəzin, quru meyvələrin tamından, kəklikotu, mixək iyindən valeh oldular: "Bakı pamidoru, xiyarı, kiçik badımcanlar onların yaxşı mənada təəccübünə səbəb oldu. Xeyli alver etdilər, şəkil çəkdirdilər. Bazar satıcıları da xalqımızı yüksək səviyyədə təmsil etdilər. Mallarının tamına baxdırdılar, qiymətdə düşdülər, hətta çay da təklif edirdilər”.