Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Residiv cinayətkarlığın azalma dinamikasında Azərbaycan modelinə akademik baxış...
Tarix: 02.09.2015 / 02:59
Bölmə: Sosial
Sürüşkən dünyada iradəmizi cilovlaya bilsək, cəmiyyətə zidd və arzuolunmaz hallardan da qaçmaq olar
Azərbaycan Respublikası CM-nin 18-ci maddəsi cinayətlərin residivinə aşağıdakı anlayışı verir: Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Residiv latın sözüdür. Residivus- geri qayıtma, əməlin və hərəkətin təzələnməsi mənasını verir.
Tibbdə xəstəliyin tam müalicəsindən sonra yenidən inkişafı, (remissiya) simptomun aradan qalxması. Yəni müalicə zamanı patogen orqanizmdən tam silinmir və müəyyən müddət ərzində xəstəliyin simptomları yenidən baş qaldırır.
Cinayətlərin obyekti qismində həmişə ictimai münasibətlər nəzərdə tutulur və hər zaman həmin dəyərlər ziyan çəkir. Cəmiyyəti canlı bir orqanizmə bənzətsək, bu orqanizmin cinayətkarlıqdan müalicəsi zamanı potogen səbəblər tam aradan qalxmır və onu sezmək olmur. Cinayəti doğuran simptomlar inkişaf etdikcə dinamikada müxtəlif növ cinayətlərin baş verməsi davam edir.
Qeyd etdiyimiz kimi, cinayət qanunvericiliyinə görə, qəsdən cinayət törətmiş şəxs əvvəlki cinayətinə görə məhkum olunubsa və məhkumluğu qanunla ödənilməyibsə residivliyi yaradır.
ABŞ-ın Cinayət Məcəllələrində residiv termini işlənməsə də, 21 yaşına çatmış hər bir şəxs qəsdən törədilən cinayətə görə 1 il azadlıqdan məhrum olunub yenidən hər hansı bir cinayəti törədərsə "adətkar, vərdişkar cinayətkarlar" sırasına daxil olunur və əmələ görə cəza ağırlaşdırıcı hal kimi tətbiq edilir.
Cinayətlərin residivliyi İspaniya, Özbəkistan, Qırğızıstan, Belarus və Rusiya Federasiyasının CM-də öz əksini tapır. Məhkumluğun ödənilməsi residivi istisna edir.
Cinayətlərin residivi probleminə nəzər yetirdikdə belə qənaət hasil olur ki, residivlik cinayətkarlığın daha təhlükəli növü kimi bir sıra faktorlarla şərtlənir. Əvvəla, cinayəti qəsdən, təkrar törədən şəxsdə cəmiyyətə - ictimai münasibətlərə qarşı davamlı olaraq yeni cinayətlərin törədilməsinə meyl olur və o, qanunların tələblərinə tabe olmaq istəmir. Deməli, onların islah olunması mümkünsüzdür. Digər tərəfdən, onlar böyük ictimai təhlükəli əməllərin törədilməsi məqsədilə cinayətkar qruplarda birləşməkdə israrlı olur, yeni şəxsləri fəaliyyətlərinə cəlb edir, (xüsusən gəncləri) və tərəddüd etmədən cinayətkar niyyətlərinə üstünlük verirlər. Belə şəxslərin düşüncə və təfəkkürlərində cinayətkar vərdişlər daha çox yer alır.
Kriminalogiya üzrə mütəxəssislərin mülahizələrinə görə, residiv cinayətkarlığa təsir edən faktorlara aşağıdakılar aid edilir:
1. Azadlıqdan məhrumetmə yerlərindən azad olmuş şəxslərin məşğulluğuna etinasız yanaşma, yaşam şəraitinin, məişət qayğılarının həll olunmaması və zəif intellekt.
2. Məhkum olunmuş şəxslərin tətbiq edilən profilaktik tədbirlərə uyuşmaması, ətrafında olanları real qəbul etmək qabiliyyətində olmaması.
3. Digər səbəblərdən biri təkrar - qəsdən cinayət törədən şəxslərin alkoqollu içkilərin qəbul edilməsində sui-istifadəsi.
Bundan başqa, residiv cinayətkarlığın sezilməyən bir səbəbi də dövlətin və cəmiyyətin yolunu azmış üzvünün islah olunmasına zəruri tədbirlərlə kömək edə bilməməsi və yaxud tədbirlərin nəticə verməməsidir. Təkrar, qəsdən cinayət törədən residivistlərin ilk dəfə cinayət törədənlərdən fərqi ətraflı düşüncə tərzinə uyğun intellektual cəhətlərini saxlamaq, iştirakçılar arasında hər birinin rolunu ağılla bölmək, ciddi hazırlığı və cinayətlərin izlərini gizlədə, taladıqları əmlakı əldə etdikləri qənimət kimi bacarıqla realizə edə bilmək qabiliyyətinə malik olmasındadır.
Residiv cinayətkarlığın xarakterik və ictimai təhlükəlilik dərəcəsi bir də onunla ifadə olunur ki, residivistlərin qərarsız, iradəsi zəif və savadsız şəxslərin davranışlarına təsir etmək bacarıqları olur. Xüsusilə yeniyetmələri daha asan tora sala bilirlər.
Ayrı-ayrı tədqiqatların nəticəsi göstərir ki, residivistlərdən, onların başçılıq və idarə etdiyi qruplardan ibarət cinayətkar birliklər daha dayanıqlı və davamlı olur. Belə peşəkar qruplar ifşa olunmaqdan yayınmağı və əvvəllər məhkum olunmuş şəxslərdən cinayətin icraçıları qismində faydalanmağı da bacarırlar. Bu baxımdan residiv cinayətkarlıq cinayətkarlığa qarşı mübarizə siyasətinin problemli məsələlərindəndir. İl ərzində hüquqa zidd əməllərə görə məsuliyyətə cəlb olunmuş şəxslərin təxminən 15%-i (bəzən bir az da çoxu) əvvəllər məhkum olunmuş şəxslər olur. Bu, cinayətkarlıqla mübarizə aparan orqanların səmərəli fəaliyyəti kimi diqqət çəksə də, digər tərəfdən cəzanın məqsədinin həyata keçməməsinin - məhkumların islah oluna bilməməsinin nəticəsidir. Belə şəxslər cinayətkarlığın fəzasına yeni adamlar cəlb edir və tədricən mütəşəkkil qruplara çevrilirlər.
2014-cü il ərzində təkcə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş 2408 nəfərin 752 nəfəri əvvəllər müxtəlif növ cinayətlərə görə məhkum olunanlardır.
Dünya təcrübəsinə görə isə, əvvəllər məhkum olunmuş şəxslərin 52 faizini təkrar cinayət törədən şəxslər təşkil edir. Ona görə də azadlıqdan məhrum olunanların yarısı, bəzən az və bəzən də çox hissəsi cəzanın məqsədinin həyata keçirilməəsindən kənarda qalmaqla "geriyə" qayıdır.
Residiv haqqında başqa nəzəriyyələr də var. Məhkum olunmuş, lakin əvvəlki cinayətlərə görə məsuliyyətdən yayına bilən və həmin əməllərə görə təqsirləndirilməyən şəxsləri də residivistlərin sırasına daxil etmək olar. Şəxsin törətdiyi ictimai təhlükəli əmələ görə məhkum olunmaması və sonralar yenidən cinayət törətməsi residivin əlamətlərindən olsa da, faktiki olaraq törədilən əməllərə hüquqi qiymət verilmədiyindən, residivi yaratmır.
Hüquq ədəbiyyatında, xüsusən kriminalogiya elmində residivin bir neçə növünə diqqət yetirilir.
- Cinayət hüquqi baxımdan; - cinayəti törətmiş şəxsin məhkumluğu götürülməmişsə və yaxud ödənilməmişsə ;
- Kriminoloji baxımdan; - keçmiş cinayətlərə görə məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq residivi rədd etmir.
- Penitensiar müəssisələrdə - cinayəti yenidən törədən və əvvəllər artıq törədilən ictimai təhlükəli əməllərə görə azadlıqdan məhrumetmə yerlərində cəzasını çəkibsə.
Baş vermiş cinayətlərin xarakterinə görə CM-nin müxtəlif maddələri ilə bir neçə cinayətin qəsdən törədilməsi ümumi residivliyi yaradır. Məs: əvvəl qəsdən adam öldürür, sonra oğurluq edir.
- Xüsusi residiv- CM-nin eyni cinsli və eyni maddəsi ilə bir neçə cinayətin törədilməsi. Məs: birinci dəfə soyğunçuluq, ikinci dəfə yenə soyğunçuluq və yaxud quldurluğu törədir.
Şəxs tərəfindən bir neçə dəfə eyni cinsli cinayətlərin qəsdən törədilməsi və uzun müddət maskalanıb məsuliyyətdən yayınması onun "peşəkarlıq" nümayiş etdirməsinin və "bacarığının" təzahürüdür. Belə şəxslər cəmiyyət üçün təhlükəlidir. Bütün bunlara baxmayaraq, ictimai təhlükəli əməllərin xarakterindən və təhlükəlilik dərəcəsindən asılı olmayaraq şəxsin təkrar cinayətlər törətməsinin səbəbləri araşdırılmalıdır.
Residiv cinayətlər daha çox şəxsi əmlakın talanması faktlarında özünə yer alır. Bu cinayətləri törədənlərin təxminən 70%-i, xuliqanlıq niyyəti ilə törədilən əməllərin 60%-i əvvəllər məhkumluğu olanlardır, soyğunçuluq və quldurluq cinayətlərinin, nəqliyyat vasitələrinin qaçırılması, qəsdən adam öldürmələrin və sağlamlığa xəsarətlərin yetirilməsində, habelə zorlamalarda məhkum olunmuşların, residivlərin iştirakı o qədər də yüksək olmur.
Oğurluq cinayətləri üzrə subyektlərin təxminən 33%-i bəzən 4 və daha çox məhkumluğu olanlar təşkil edir.
Residivistlərin (residivist - əvvəlki həyat tərzinə qayıdan, törətdiyi cinayətlərə görə əvvəllər məhkum olmuş və təkrar cinayət törədən şəxs) şəxsiyyətlərini xarakterizə edən tipik cəhətlər də diqqət çəkir.
- Antisosial tərzdə davranma, pozitiv mühitdən kənar davranış. Əksər residivistlərin və dəfələrlə məhkumluğu olanların ailənin və hər hansi bir peşənin daimi olmaması xarakterik cəhətdir. Onlar cəzaçəkmə yerlərinə daha tez adaptasiya (uyğunlaşa) oluna bilir, cinayətkar qrupları özünə doğma və yaxın sayır, belə qrupların formalaşdırılmasında iştirak edirlər. Müasir tədqiqatlar belə deməyə əsas verir ki, residivistlərin əksəriyyəti həmişə cəmiyyətə qarşı "müxalif" mövqedə durur və cəzaçəkmə müəssisələrinin administrasiyası, habelə milis (polis) orqanları ilə əlaqə yarada bilirlər.
- Tələblərin motivasiyası mühitində yoxsulluq. Residivistlər üçün ümumi mədəni səviyyələrinin aşağı olması da tipik cəhətdir, primitiv tələbat, daha çox maddi ehtiyaclarının ödənilməsi, qeyri-formal anticəmiyyət mühitində sosial statusa malik olma və törədilən cinayətlərinə görə məsuliyyətdən yayınma halları səciyyəvidir. Bəzən cinayətkarların - residivistlərin arasında istedadlı insanların olması fikrini də yayanlar var. Bu uydurma, yalan və iftiradan başqa bir şey deyil. İstedadı olan şəxs öz primitiv, cılız maraqlarını ictimai maraqdan heç vaxt üstün tutmaz. Cinayətkarların həyatı ilə bağlı əsərlər, mahnılar və "bədii filmlər"in ərsəyə gəlməsi çürük, miskin və aciz yazarların istedadıdır. Bu "bədiilik" məhsulları yalnız o səviyyədə olanlar üçün maraq doğura bilər !
- Residivistlərdə "liderlik" qabiliyyətinin (istəyinin) olması. "Liderlik" cinayətlərin törədilməsi zamanı profesionallıq və xüsusi qabiliyyətdə ifadə olunur. Bu, cəmiyyət üçün arzuolunmaz və təhlükəlidir.
- Şəxsiyyətin tənəzzülü (deqradasiyası). Azadlıqdan məhrum olmanın sayı artdıqca şəxsiyyət də alçalır, düşkünlüyə məruz qalır. Cinayətdən cinayətə başlanan və qurtaran həyat, anticəmiyyət həyat tərzi, pozitiv sosial kontaktların yoxluğu və s. kriminal təfəkkürlü şəxslərin psixi inikasının nəticəsidir.
- Törətdikləri cinayətlərə görə tətbiq edilən cəza qarşısında qorxunun itməsi. Residivistlər azad şəraitdə yaşamağa uyğunlaşa bilmirlər. Belə şəxslərə azadlığın, sərbəstliyin olmadığı şərait daha xoş olur, həbsxana doğma ev təəssüratını bağışlayır.
İşlədiyim müddət ərzində dəfələrlə həbsxanaya dönmək arzusu ilə cinayət törədənlərin şahidi olmuşam. Onlar ciddi reqlamentli həyata, yaşamağa üstünlük verirlər. Çox təəssüf ki, bəzən doğmalarının qayğılarından məhrum olan, sosial çətinliklərin girdabına davam gətirə bilməyənlər də belə şəxslərin sırasına qoşulur.
- Residivistlərə (etdikləri cinayətlərə görə) öz əməllərinə aid olan cinayət hüquq və cinayət prosesual hüquq normalarının bilməsi də xasdır, Onlar bəzən cinayət hüquq norma və sanksiyaları ilə tam həmrəy olur. Məs: qəsdən adam öldürməyə, quldurluğa, soyğunçuluğa görə sərt cəzanın tətbiqini tam ədalətli sayırlar. Amma qəsdən törədilən ağır cinayətlərə görə ciddi sanksiyanın - azadlıqdan məhrum etmə cəzasının yalnız onlara tətbiqinin əleyhinədirlər. Niyə digərlərinə qarşı belə davranmırlar - deyə özlərinə sual edirlər.
Azərbaycanda son illərdə hüquqi islahatların və yoxsulluğun aradan qaldırılması üzrə dövlət proqramının həyata keçirilməsi nəticəsində qəsdən, təkrar cinayətlərin törədilməsi faktları azalma ilə müşahidə edilir. İki və daha çox cinayətə görə məhkum olunanların sayı da, təbii ki, azalır.
Residivistlər kriminal submədəniyyətin daşıyıcısı və mühafizəçisi, cinayət aləminin qolu, daha dəqiq ifadə etsək, mərkəzidir. Ona görə dövlətin cinayətkarlıqla mübarizə siyasəti daxili siyasətin davamı kimi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, ölkədə davamlı sabitlik var və ictimai təhlükəsizlik təmin edilir. Bu yolda çoxminli hüquq-mühafizə orqanlarının əməkdaşlarına və kollegiyasına uğurlar diləyirəm!
Sürüşkən dünyada iradəmizi cilovlaya və Vətənə sədaqət nümayiş etdirə bilsək,cəmiyyət üçün arzuolunmaz hallardan da asanlıqla uzaqlaşa bilərik.
Şəmsəddin Əliyev
"Polisə Dəstək" İctimai Birliyinin sədri
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ