Bakıda avtobusun yolun ortasında yanıb kül olmasına görə kimin məsuliyyət daşıdığı açıqlandı.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, avqustun 29-da saat 14:35 radələrində Olimpiya Stadiounun yaxınlığındakı magistral yolda "Transqeyt” şirkətinə məxsus 100 nömrəli marşrut avtobusunda yanğın baş verib.
Yanğına marşrut avtobusunun akkumulyatorunda yaranmış texniki nasazlıq səbəb olub. Yanğın başlamamış avtobusdakı 6 nəfər sərnişin dərhal evakuasiya edilib. Yanğın söndürülüb və xəsarət alan yoxdur. Baş vermiş hadisə ilə əlaqədar Nəqliyyat Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri hadisə yerindədirlər və faktla bağlı araşdırma aparılır.