Leyla Şıxlinskaya klinikasının fəaliyyətinin bərpa olunması ilə bağlı təkliflər sözügedən xəstəxanaya göndərilib. Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
Onun sözlərinə görə, nazirlik təkliflərə cavab gözləyir: "Biz Leyla Şixlinskaya klinikasına təkliflər paketi göndərmişik. Yaxın vaxtlarda onlar bizə cavab verməlidirlər. Bundan sonra klinikanın fəaliyyətinin bərpa olunub-olunmayacağı bilinəcək”.