Cümə günü, 02 oktyabr 2026
     

Almaniyada azərbaycanlıların düşərgəsinin yandırıldığı bölgə barədə maraqlı statistika...

Image


Almaniyada qaçqın sığınacaqlarına radikal sağçıların hücumu getdikcə böyüyür və daha təhlükəli şəkil alır. Şərqi Almaniyada xüsusilə PEGİDA (Avropanın İslamlaşdırılmasına qarşı Yurtsever Avropalılar) hərəkatının başladığı və Almaniyanın həddindən artıq sağçı təşkilatlarının mərkəzi sayılan şərqdəki Saksoniya əyaləti Almaniyaya sığınan qaçqınlar üçün təhlükəli bölgəyə çevrilib.

Baki-xeber.com xəbər verir ki, Pirna şəhəri yaxınlığındakı Heidenauda qurulan müvəqqəti qaçqın sığınacaqları qarşısında nümayiş keçirən millətçilər, onlara etiraz edən solçu qruplar və araya girən polislərlə hücum edib. Polis qaynaqları aksiyanın əvvəlcədən açıq bir şəkildə təşkil olmuş böyük bir hücum olduğunu bildirir.

Çox sayda polisin yaralanması ilə nəticələnən qarşıdurmanın ardından Almaniyadakı bütün qaçqın sığınacaqları ətrafında nümayişlərin qadağan edilməsi gündəmə gəlib. Alman polisi birliyinin başçısı Rainer Vendt sonrakı nümayiş və toqquşmaların harada olacağı dəqiq bilinmədiyindən bütün qaçqın sığınacaqlarının ətrafının təhlükəsizlik bölgəsi elan edilməsi və polisə ciddi yoxlama və şübhəlilərin bölgəyə girişinin məhdudlaşdırılması səlahiyyəti verilməsinə çağırıb.

Ümumiyyətlə Almaniyada keçən aylarda qaçqınların yerləşdirildiyi binalara çox sayda hücumlar olub. Bir neçə gün əvvəl Bavariya əyalətinin Noyştad-Valdnabe şəhərində azərbaycanlıların yaşadığı qaçqın düşərgəsində də yanğın hadisəsi baş verib. Orada yaşayan 19 nəfərdən heç biri xəsarət almayıb. Bavariyanın daxili işlər naziri Yoahim Hermann yanğının ksenofobiya zəminində törədildiyini istisna etməyib. Mer Rupoert Tropmann yanğını dəhşətli hadisə adlandırıb. O, hadisədə ksenofobiya amili olması məsələsinə münasibət bildirərək spekulyasiyaya getmək istəmədiyini və işi polisin araşdırmalı olduğunu deyib.

Hadisə zamanı Noyştad-Valdnabedəki köhnə restoranda birinci mərtəbədə mebellərin bir hissəsi yanıb. Yanğının yayılmasının qarşısı tez bir zamanda alınıb. Sığınacaq şahidləri gecə saatlarında birinci mərtəbədən iki nəfərin qaçdığını görüblər. Daha bir nəfər isə binanın yaxınlığında onları gözləyib. Polisin ilkin qiymətləndirməsinə əsasən maddi ziyan 500 avro dəyərindədir.

Həmin sığınacaqda cəmi 19 nəfər olmaqla, 10 nəfər Azərbaycan, 2 İran, 2 Ukrayna, 2 Kosovo, 2 Ermənistan, 1 Konqo vətəndaşı məskunlaşıb. Bunlardan 3-nün isə azyaşlı uşaq olduğu bildirilir.

Köhnə restoranın birinci mərtəbəsi oyun oynamaq üçün uşaqların istifadəsinə verilib. Şəhərin mərkəzindəki bu köhnə otel və restoran artıq 2 ildir ki, qaçqınları qəbul edir. Hadisə Azərbaycanın Almaniyadakı Səfirliyinin diqqətindədir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, XİN-in təlimatı əsasında Səfirlik məsələni Almaniyanın dövlət qurumları ilə araşdırır.

XİN mətbuat katibi bildirib ki, yanğın istintaqının obyektiv aparılacağına ümid edir: "Almaniyanın Bavariya əyalətinin rəsmilərinin də qeyd etdiyi kimi, bu yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsinin istisna olunmadığını nəzərə alaraq, ümid edirik ki, istintaq obyektiv və müfəssəl şəkildə aparılacaq və təqsirkar bilinən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar”.

Yanğın hadisəsi faktı ilə bağlı araşdırma qəsdən yanğın törətmə ehtimalı üzərində aparılır. Azərbaycanın Almaniyadakı Səfirliyinin Oberpfalts Baş Polis İdarəsindən əldə etdiyi məlumata görə, 40 nəfərdən ibarət xüsusi istintaq qrupu məsələnin araşdırılmasını həyata keçirir: "Amma hələ ki, şübhəli şəxs qismində heç kəs aşkar olunmayıb. Hazırda şahidlərin dindirilməsi davam etdirilir".

Qeyd edək ki, iki gün əvvəl Baden Vyurtemberq əyalətində qıçqınların yerləşdirilməsi planlaşdırılan daha bir bina yanıb. Rəsmilər bu hadisənin də qəsdən törədildiyini ehtimal edir.

Bu arada, "Mitteldeutsche Zeitung” Federal Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, keçən il Almaniyada miqrantlara qarşı irqçi cinayətlərin 47 faizi köhnə Şərq Almaniya əyalətlərində və Berlində qeydə alınıb.

2014-ci ildə ölkədə qeydə alınmış 130 irqçi cinayətin 61-i yeni əyalətlərdə törədilib. Sözügedən rəqəmlər bir il əvvəlki statistika ilə müqayisədə vəziyyətin daha da pisləşdiyi ortaya çıxır və 40 faiz artım olduğu bildirilir.

Ümumiyyətlə 2014-ci ildə radikal sağçılar tərəfindən, irqçi cinayətlərdən başqa 1029 cinayət faktı qeydə alınıb. Bunun da əvvəlki illərlə müqayisədə daha yüksək rəqəm olduğu bildirilir.

Üstəlik ötən il Almaniyada irqçi cinayətlərin 45 faizinin üstü açılmayıb.

Yaşıllar Partiyasının nümayəndəsi İrene Mihalic qeyri-hökumət təşkilatlarının qeydə aldığı irqçi cinayətlərin sayının, federal və əyalət polis təşkilatlarının statistikasından çox fərqli olduğunu bildirir. Mihalicə görə, qeyri-hökumət təşkilatları 2014-ci ildə köhnə Şərqi Almaniya əyalətlərində 781 bu cür cinayət hadisəsi qeyd alıb, federal hökumətin statistikasında isə isə bunun 410 olduğu qeyd edilir.

Bu cür hadisələri daxili təhlükəsizlik üçün ciddi təhlükə kimi xarakterizə edən siyasətçi siyasi cinayətlərin daha yaxşı araşdırılmasının vacib olduğunu bildirib.

Ölkədəki son hadisələrə görə, hökuməti tənqid edənlərin də sayı artır. Tənqidçilər hesab edir ki, hökumət əcnəbi miqrantların təhlükəsizliyilə bağlı yetərincə tədbirlər görmür. Koalisiya hökumətinin kiçik ortağı Alman Sosial Demokrat Partiyası da qaçqınları hədəf alan qalmaqallı hadisələrə görə indiyə qədər susan baş nazir Angela Merkeli tənqid edib. Partiyanın baş katibi Yasmin Fahimi, xaricilərə qarşı nifrət və şiddəti qızışdıran şəxslərin olmasına təəssüfləndiyini və baş nazir Merkelin susqunluğunu pozub, "Almaniyada əcnəbilərə qarşı düşmənçiliyə və şiddətə qətiyyətlə tolerantlıq yanaşılmayacağını" söyləməsini gözlədiklərini deyib.

Heidenauya gedən iqtisadiyyat naziri Sigmar Gabriel ortalığı qarışdıranlara fürsət verilməməsinin gərəkliyini vurğulayıb. Bələdiyyə başçısı Opitz isə müsbət siqnallar verməsi üçün Merkeli də Heidenauda gözlədiklərini bildirib.

Almaniya Baş naziri Angela Merkelin sözçüsü Steffen Seibert isə bildirib ki, radikal sağçıların və neo-nasistlərin qaçqın sığınacaqları ətrafında nifrət dolu aksiyaları, vətəndaşların hətta uşaqlı ailələrin onlara dəstək verməsi isə utancvericidir.

Ümumiyyətlə Almaniyada sağçı terrorun yenidən canlanmaması üçün baş nazirin qaçqınları hədəf alan olaylara dərhal müdaxilə etməsilə bağlı çağırışlar artır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ