Qazax rayon Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev üzərinə neft tökərək yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub.
Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb.
Elsevər Qədimalıyev Bakıdakı Yanıq Mərkəzinə aparılarkən yolda ölüb.