"Mən uzun illərdir cəmiyyətin ekoloji cəhətdən maarifləndirilməsi üçün çalışıram, insanları təbiətə öz evi kimi yanaşmaq konsepsiyasını təlqin edirəm. Evində tullantıları necə toplayıb konteynerə atırsansa, təbiətlə də elə davranmalısan! Başqa yolu yoxdur, yoxsa biz öz təbiətimizi gələcək nəsillərə olduğu kimi ötürə bilməyəcəyik”.