Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı general-polkovnik Elçin Quliyev "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.
DSX rəisi qeyd edib ki, aparılan islahatlar nəticəsində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilmiş, sərhəd məntəqələri müasir texniki avadanlıqlarla təchiz edilmiş, maddi-texniki baza xeyli möhkəmləndirilmiş, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılmışdır: "Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri nəticəsində ötən il 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilmiş, 342 xidməti mənzil istifadəyə verilmişdir".