Azərbaycanda iş qrafikinin dəyişdirilməsilə bağlı sərnişinnəqliyyatın qrafiklərində də dəyişiklik ola bilər (Baku.ws). Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, hazırda Bakıda sərnişinnəqliyyat sistemi iş qrafikinə uyğun səhər saat 06:00-dan axşam saat 00:00-a qədər təşkil edir.
"Əgər ehtiyac yaranarsa, istisna olunmur ki, paytaxtda avtobuslar saat 6-dan tez gələ bilər", - deyə Namiq Həsənov bildirib. Bakı Metropolitenindən də bildirilib ki, əgər zərurət yaranarsa, metronun iş qrafikində artım ola bilər. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
"Düzü, Bakı metrosunda iş qrafiki səhər saat 06-dan gecə saat 12-yə qədərdir. Düşünürəm ki, bu ideal vaxtdır. Bu vaxtda metrodan istifadə eədn sərnişin işə tələb olunan zamanda çata bilər. Lakin əgər zərurət yaranarsa, metronun da iş qrafikinin artırılmasına baxıla bilər", - deyə Nəsimi Paşayev vurğulayıb.