Bazar ertəsi günü, 16 noyabr 2026
     

Bakıda tıxac probleminə qarşı iş saatları dəyişdirilə bilər

Image



Paytaxt Bakının indiyə qədər həllini tapmayan problemlərindən biri də tıxaclardır. Gələn aydan etibarən bu problemin daha qabarıq surətdə yenidən özünü büruzə verməsi gözlənir. Buna əsas səbəb gələn aydan dərslərin başlamasıdır. Dərs ilində isə Bakıda tıxac problemi xeyli dərəcədə kəskinləşir. Digər tərəfdən, aparılan son araşdırmalar Bakıda avtomobillərin sayının sürətlə artdığını da üzə çıxarır.
Dövlət Statistika Komitəsinin (DSK) də məlumatına əsasən, son illərdə avtomobillərin sayı paytaxtda daha sürətlə artıb. Hazırda Azərbaycanda olan avtomobillərin 57 faizi Bakı qeydiyyatındadır. 2015-ci ilin əvvəlinə olan rəsmi məlumata əsasən, ölkəmizdə 1,291 milyon avtomobil qeydiyyatda olub. Onun 739,97 mini paytaxtda, qalanı regionlardadır. İllər üzrə rəqəmlərə nəzər saldıqda Bakıda avtomobillərin sayının kifayət qədər dinamik şəkildə artdığı müşahidə olunur. Məsələn, 1991-ci ildə Azərbaycanda 393 min ədəd avtomobil olub. Avtomobillərin 113 min ədədi və ya 28,8 faizi Bakıda, qalanı reionlarda olub. 2002-ci ilə qədər paytaxtda qeydiyyatda olan avtomobillərin sayı cəmi avtomobillərin 30 faizi qədərində olub. Amma 2003-cü ildən başlayaraq paytaxtda avtomobillərin sayında sürətli artım qeydə alınıb. 2003-cü ildə avtomobillərin 40 faizindən çoxu, 2004-cü ildə 45 faizindən çoxu, 2006-cı ildə 53 faizindən çoxu, 2010-cu ildə 61 faizindən çoxu, 2012-ci ildə 62 faizindən çoxu paytaxt qeydiyyatında idi. Ümumi say baxımından hazırda Bakıda avtomobillərin sayı kifayət qədər çox sayılır. Bu səbəbdən məsələ ilə bağlı müəyyən qabaqlayıcı addımların atılması zəruri sayılır. Belə fikirlər səslənir ki, Avropa Oyunları ərəfəsində və oyunların gedişində şəhər nəqliyyatına qoyulmuş məhdudiyyətlərin bəzilərinin tətbiqinə hələ də ehtiyac var.
Avropa Oyunları ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər nəticəsində şəhərdə tıxaclar, demək olar ki, sıfıra enmişdi. Lakin vəziyyət yenidən kəskinləşir. Hesablamalara görə, hər gün regionlardan Bakıya 100 minə qədər avtomobil gəlir. Bu, şəhərin mərkəz hissəsində olan avtomobil sıxlığını 40 faizə qədər artırır. Rəsmi statistikaya görə, Bakıda 739,97 min avtomobil qeydiyyatdadır. Amma onların yalnız 100-150 mini yollarda hərəkətdə olur. Buna görə də rayonlardan daxil olan 100 min avtomobil şəhər mərkəzindəki sıxlığa ciddi təsir göstərir. Çünki rayonların Bakı ilə əlaqələri həddindən yüksəkdir.
Ekspertlər hesab edir ki, tıxac probleminin yumşaldılması üçün yalnız ənənəvi deyil, eyni zamanda qeyri-ənənəvi metodlardan istifadə etməyə ehtiyac var. Belə metodlardan biri dövlət və özəl sektorlar üzrə işə başlama saatlarının fərqli olmasıdır. Əslində bu məsələ aktuallaşıb. Baş nazirin müavini Abid Şərifovin Azərbaycanda iş saatının dəyişdirilməsi ilə bağlı son fikirləri də bunu təsdiq edir. O bildirib ki, Azərbaycanda institutlar, dövlət müəssisələri eyni zamanda işə başlayır":Əksəriyyəti 9-da, ya da doqquzun yarısında. Biz bu qərarı qəbul etməzdən mən sizə konkret sxemlərdə təqdim edə bilərəm ki, hansı ölkələrdə necədir. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada belədir". Abid Şərifov deyib ki, özəl sektorda iş saatının daha tez başlaması tövsiyə edirlər":Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyəti qurumlarımızdan xahiş edirik, tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın. Onlar işə başlamalıdırlar saat 8-in yarısından səkkizəcən. Dövlət sektoru- 9-un yarısından 10-un yarısına qədər. Bank sektorunda isə iş saat 10-dan başlamalıdır". Aydındır ki, iş saatlarının dəyişdirilməsi təkcə tıxacların aradan qaldırılması və sıxlığın azaldılması deyil, həm də iqtisadi baxımdan vacibdir. Avropanın əksər ölkələrində olduğu kimi, dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu da, xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir.
Bundan başqa, iş vaxtlarının dəyişdirilməsi zamana qənaət deməkdir. İnsanların tıxacda az zaman sərf etmələri imkan verir ki, onlar tıxacda qaldıqları müddəti başqa işlərə sərf etsinlər. Azərbaycanda bütün sektorlar üzrə iş vaxtlarının eyni saatda başlaması və eyni nahar fasiləsi dövlət qurumlarında işləyənlərin özəl sektorun xidmətindən daha geniş istifadə etməsinə imkan vermir. Dövlət qurumunda işləyən şəxsin iş vaxtı bitən zaman özəl sektor və bankda iş vaxtı bitir. Eləcə də, nahar fasiləsi eyni saatda olduğundan hər hansı xidmətdən istifadə etmək mümkünsüz olur. Amma fərqli iş saatlarının olması və fərqli saatlarda bitməsi imkan verəcək ki, dövlət qurumları, xüsusən də bank sektorunun xidmətlərindən istifadə etmək mümkün olsun. Bu, ən əsası, tıxac probleminin həllində mühüm rol oynayacaq.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ