Havaların isti keçməsi nəticəsində Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarı quruyub. Hacıqabul Suvarma Sistemləri İdarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olub. Anbarın su ilə qidalanmaması səbəbindən əkin sahələrinin suvarılmasında problemlər yaranıb.