Bazar ertəsi günü, 16 noyabr 2026
     

Həbs edilmiş şəxs və ya məhkumla nikahın bağlaması proseduru müəyyənləşdi

Image


Ədliyyə Nazirliyinin Kollegiyası "Penitensiar müəssisələrdə həbs edilmiş şəxslərin və məhkumların qeydiyyatı işinin təşkilinə dair Təlimat”ı təsdiq edib. APA-nın məlumatına görə, bu təlimat həbs edilmiş şəxslərin və məhkumların qəbulu, saxlanılması ilə bağlı sənədlərin tərtibi, uçotu, bir yerdən başqa yerə göndərilməsi, azad olunması, məhkəmələrin hökmlərinin və qərarlarının icrası üzrə istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin (penitensiar müəssisələr) qeydiyyat qurumlarının fəaliyyətini tənzimləyir.

Penitensiar xidmətin Baş idarəsinin Qeydiyyat şöbəsi bu sahədə işi təşkil və təmin edir, yerli qurumların fəaliyyətinə nəzarəti həyata keçirir. Penitensiar müəssisələrin qeydiyyat qurumları həbs edilmiş şəxslərin və məhkumların fərdi və say uçotunu aparır, onların yerdəyişmələrini nəzarətdə saxlayır, həbs edilmiş şəxslərin və məhkumların mərkəzləşdirilmiş uçotun aparılması üçün uçot sənədlərini bu təlimatla müəyyən olunmuş qaydada və müddətdə tərtib edir, onları Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərir, həbs edilmiş şəxslərin və məhkumların sayı, tərkibi və yerdəyişmələri barədə statistik məlumatların Dövlət Statistika Komitəsinə təqdim edilməsi üçün Baş idarəyə yazılı hesabat verir.

Həmin qurumlar həmçinin həbs edilmiş şəxslərin və məhkumların şəxsi işlərini qeydiyyata alır, öyrənir, aşkar olunmuş qüsurların aradan qaldırılmasını və qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyatdan çıxarıldıqda arxivə verilməsini təmin edir, apellyasiya, kassasiya şikayətlərinin, eləcə də prosessual müddətlərlə bağlı digər müraciət və sənədlərin qeydiyyatını aparır, habelə onların həlli ilə bağlı maraqlı tərəfləri məlumatlandırır, əfvetmə haqqında müraciətlərə dair müvafiq sənədləri Tərbiyə işinin təşkili və tibb xidməti ilə birlikdə hazırlayır və sorğu üzrə təqdim olunmasını təmin edir, həbs edilmiş şəxslərin və məhkumların azad edilmələrinə nəzarəti həyata keçirir və azadetmə ilə əlaqədar müvafiq sənədləri tərtib edir, həbs edilmiş şəxslərin və məhkumların saxlanılma müddətlərinə nəzarəti həyata keçirir, həbs edilmiş şəxslərin və məhkumların yerdəyişmələrinə dair sənədləri hazırlayır, məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması, alkoqolizmdən, psixi xəstəliklərdən və ya narkomaniyadan məcburi müalicənin uzadılması və ya ləğv edilməsinə dair toplanmış sənədlərin məhkəməyə göndərilməsini təmin edir.

Eyni zamanda əfvetmə və amnistiya aktlarını, habelə hökmlərin dəyişdirilməsinə dair məhkəmə qərarlarının icrasına yönələn tədbirlər görür və nəzarət edir, həbs edilmiş şəxslərin və məhkumların şəxsi işlərində olan sənədlərdəki məlumatların elektron versiyasını yaradır və Baş idarənin Mərkəzi məlumat bazasına iki iş günü ərzində ötürülməsini təmin edir, müəssisə rəisinin göstərişi ilə həbs edilmiş şəxsin və ya məhkumun mülki hüquq və ailə-hüquq münasibətlərində iştirakı üçün notariat xidmətlərindən istifadə etməsinə şərait yaradır və müvafiq kitabda qeydlər aparır, penitensiar müəssisənin hüdudlarından kənara qısamüddətli səfərə getməsinə icazə verilmiş məhkumların müəyyən olunmuş qaydada sənədlərini tərtib edir və vaxtında qayıtmasına nəzarəti həyata keçirir.

Qeydiyyat qurumu penitensiar müəssisənin inzibati binasında və ya nəzarət-buraxılış məntəqəsinə yaxın sahələrdə yerləşdirilir, qurumun otaqları yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaqla etibarlı, kilidli olmalı, qapı dəmir örtüklə və pəncərələri dəmir barmaqlıqla, mərkəzləşdirilmiş siqnalizasiya sistemi ilə təchiz olunur. Həbs edilmiş şəxslərin, məhkumların şəxsi işləri və uçot sənədləri qeydiyyat qurumunun otağında dəmir dolablarda qorunub saxlanılır. İşdənkənar vaxtlarda qeydiyyat qurumunun otaqlarının qapıları möhürlənir. Həbs edilmiş şəxslərin və məhkumların qeydiyyat qurumlarında hər hansı işə cəlb edilməsi qəti qadağandır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən məhkumların cəza çəkmək üçün mənsub olduqları dövlətlərə verilməsi məsələsinə baxılarkən, onların barəsində məhkəmənin hökm və qərarları, müqavilədə nəzərdə tutulmuş toplu sənədlər müəssisənin möhürü ilə təsdiq edilərək müvafiq qərar qəbul edilməsi üçün Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə göndərilir. Məhkumun şəxsi işinə ildə bir dəfə (yetkinlik yaşına çatmayan məhkum barədə hər altı aydan bir) tərbiyə işinin təşkili qurumu tərəfindən təqdim olunmuş xasiyyətnamə əlavə olunur. Penitensiar müəssisədən şəxsi işsiz bir gündən artıq olmayan müddətə göndərilmiş həbs edilmiş şəxs və ya məhkum müvəqqəti göndərilmiş hesab olunur. Həbs edilmiş şəxslərin və məhkumların penitensiar müəssisədən müalicə müəssisələrinə göndərilməsi Tibb baş idarəsinin göndərişi, mülki tibb müəssisələrinə isə Penitensiar xidmətin və Tibb baş idarəsinin birgə qərarı əsasında həyata keçirilir. Məhkumlar cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına məhkəmənin qərarına əsasən keçirilir və saxlanılırlar. Penitensiar müəssisənin uçotundan çıxarılmaqla gedən şəxslərin şəxsi əşyaları özlərinə verilir. Pul və qiymətli əşyalar sahibinə təqdim olunmur, həmin şəxslərin getdikləri yerlərə göndərilir. Əşya, pul və digər qiymətlilərin verilməsi və göndərilməsi qaydası xüsusi təlimatla müəyyən edilir. Əcnəbilər vətəndaşı olduqları ölkəyə verilərkən onlara məxsus pul və qiymətli əşyalar öz iştirakları ilə qəbul edən ölkənin nümayəndəsinə akta imza etdirməklə təhvil verilir. Həbs edilmiş şəxsin və ya məhkumun azad edilməsinə dair penitensiar müəssisəyə daxil olmuş qərar dərhal icra edilməlidir. Bu qaydanın pozulmasının hər bir faktı üzrə araşdırma aparılır və müvafiq tədbirlər görülür. Həbs edilmiş şəxsin və ya məhkumun azad edilməsi və yaxud məhkumun cəza müddətinin azaldılması barədə sənəd fiziki şəxs vasitəsi ilə və ya qeyri-məxfi poçtla daxil olduqda, bu barədə Baş idarəyə məlumat verilir və əlavə yoxlama aparılır. Bu halda qərarı çıxarmış orqandan telefaksla və ya teleqrafla təcili olaraq müvafiq təsdiq tələb olunur.

Azad edilmə və ya cəza müddətinin azaldılması barədə sənəd həbs edilmiş şəxsə və ya məhkuma imza etdirilməklə elan edilir və bir nüsxəsi ona təqdim olunur. Cəza çəkməkdən azad edilmiş şəxslərlə vaxtında hesablaşmaq, onları dövlət hesabına ərzaq, geyim, ayaqqabı ilə təmin etmək, onlara gediş haqqı ödəmək, həmçinin birdəfəlik pul müavinəti vermək məqsədilə qeydiyyat qurumu müvafiq xidmət sahələrini məlumatlandırır. Həbs edilmiş şəxsin və ya məhkumun borclu olması, onunla hesablaşmanın vaxtında aparılmaması və digər səbəblər onun azad edilməsinin gecikdirilməsi üçün əsas ola bilməz. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə, onların dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə və konsulluqlarına və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlara, habelə Ədliyyə Nazirliyinə və Penitensiar xidmətə məlumat verilir. Cəza müddəti əfvetmə və ya amnistiya aktı ilə azaldılmış, lakin cəzanın qalan hissəsini çəkməkdə davam etmiş şəxslərə verilən azad olunma haqqında arayışda məhkəmə tərəfindən təyin olunmuş cəza müddəti qeyd edildikdən sonra, həmin müddətin əfvetmə və ya amnistiya qaydasında azaldılması göstərilir. Azad olunan məhkumun şəxsiyyət vəsiqəsi olmadıqda, əvvəlcədən onun alınması üçün tədbirlər görülür. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər cəzadan azad edildikdə qanunvericiliyin tələblərinə uyğun olaraq cəzanın sonuna iki ay qalmış Dövlət Miqrasiya Xidmətinə müəyyən olunmuş formada məlumat göndərilir.

Həbs edilmiş şəxsin və ya məhkumun ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılması ölüm haqqında akta və tibbi arayışa əsasən həyata keçirilir. Penitensiar müəssisənin müdiriyyəti həbs edilmiş şəxsin və ya məhkumun ölümü barədə onun yaxın qohumlarından birinə dərhal məlumat verir. Ölmüş şəxsin qohumları digər şəhərdə (rayonda) yaşayırsa, onlara ölüm haqqında məlumat teleqraf vasitəsilə göndərilir. Ölmüş şəxsin yaşayış yeri məlum olmadıqda, ölüm haqqında məlumat penitensiar müəssisənin yerləşdiyi ərazi üzrə Qeydiyyat şöbəsinə göndərilir. Həbs edilmiş şəxsin və ya məhkumun ölümü barədə, həmçinin onun sərəncamında olduğu istintaq orqanına və ya məhkəməyə (hökm çıxarmış hakimə) bildirilir. Penitensiar müəssisədən qaçmış şəxs barədə onun sərəncamında olduğu istintaq orqanına və ya məhkəməyə, yaxud hökm çıxarmış məhkəməyə dərhal məlumat verilir. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Milli preventiv qrupa, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə, BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına, İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə həbs edilmiş şəxsin və ya məhkumun müraciəti göndərilməmişdən əvvəl, ona bu müraciətlərin göndərilməsi qaydası və prosedurları barədə məlumat verilir. Həmin müraciətlər Avropa Məhkəməsinə göndərildikdə ona həbs edilmiş şəxs və ya məhkum barəsində aidiyyəti məlumatlar və sənədlər əlavə olunur. Məhkumların adına gəlmiş məktubların verilməsi, habelə ünvan sahiblərinə məhkumların məktublarının göndərilməsi məktubun gəldiyi və ya məhkum tərəfindən verildiyi gündən ən geci üç gün müddətində penitensiar müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir.

Teleqramlar məhkuma penitensiar müəssisəsinin müdiriyyəti tərəfindən təxirə salınmadan verilir. Penitensiar müəssisələrdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının dövlət idarə və təşkilatlarına, ictimai təşkilatlara, qeyri-hökumət təşkilatlarına, habelə bu şəxslərin vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə, konsulluqlarına və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlara ünvanlanmış müraciətləri ümumi qaydada göndərilir. Həbs edilmiş şəxs və ya məhkumla nikahın bağlanmasına dair ərizə daxil olduqda, həmin şəxs ərizənin özünə aid hissəsini doldurur və qeydiyyat qurumuna ərizədə göstərilən məlumatları dəqiqləşdirmək məqsədi ilə təqdim edir. Qeydiyyat qurumu dəqiqləşdirmə apararaq həbs edilmiş şəxsin və ya məhkumun imzasını və ərizədə göstərilən məlumatların doğruluğunu təsdiq etmək məqsədi ilə müəssisə rəisinə təqdim edir və aidiyyəti üzrə göndərir. Qeydiyyat şöbəsi nikahın bağlanmasını məqsədəmüvafiq hesab etdikdə qanunvericiliyin tələblərinə uyğun olaraq digər sənədlər, o cümlədən Tibb baş idarəsi tərəfindən aparılan müayinənin nəticələrinə dair tibbi arayış aidiyyəti üzrə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ