Cümə günü, 02 oktyabr 2026
     

Dərbənd Azərbaycan Dövlət Dram Teatrına Azərbaycan dövlətinin qayğısı...

Image


Dərbənd bizim üçün doğma, əziz diyarlardan biridir. Dəmir qapı Dərbənd kimi dastanlarımızdan, ədəbiyyat nümunələrindən keçən bu şanlı yurdumuz oğuzların ilk və əzəli oylaqlarından, vətənlərindən biridir. Dərbənd həm də minlərlə Azərbaycan türkünün ana qucağıdır. Burada azərbaycanlılar tarixən aborigen xalq olub, ədəbiyyatını, tarixini, mədəniyyətini, musiqisini yaradıb yaşadır.
Dədə Qorqudun qəbrinin də Dərbəndin məşhur, tarixi Qırxlar məzarlığında olduğu haqda hələ böyük səyyah Adam Olyari öz xatirələrində, səyahətnamələrində yazırdı. Əzəli oğuz yurdu Dərbənd, burada minillər boyu yaşayan azərbaycanlılar, onların mədəniyyətinin inkişafı, teatrlarının tərəqqisi Azərbaycan dövlətinin diqqətindədir. Azərbaycan dövləti respublikamızdan kənarda mövcud olan mədəniyyət ocaqlarını həmişə öz qanadları altına alıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə ölkəmizdən kənarda fəaliyyət göstərən Azərbaycan teatrları, mədəniyyət mərkəzləri, böyük şəxsiyyətlərin ev muzeyləri yenidən qurulur, təmir-bərpadan sonra yenidən istifadəyə verilir. Bilirik ki, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının qəza ilə üzləşməsi, şəhər rəhbərliyinin buna əhəmiyyət verməməsi barədə acınacaqlı xəbərlər mətbuatda yer alırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 avqust 2015-ci il tarixli Sərəncamı ilə Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binası yenidən qurulacaq. Prezidentin imzaladığı sərəncamda qeyd edilir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində XIX əsrin sonu-XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb: "Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundovun, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkar qazandırıb".
Sərəncamda deyilir ki, hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq ölkə başçısı teatrın əsaslı şəkildə yenidən qurulmasına qərar verib.
Sənədin 1-ci maddəsində qeyd edilir: "Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın".
Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamını dəstəkləyən teatrşünaslar bildirir ki, Dərbənd Teatrının acınacaqlı vəziyyətdən qurtulması üçün İlham Əliyevin imzaladığı sənəd böyük əhəmiyyətə malikdir.
Teatrşünaslar bildirir ki, bu teatrın keçdiyi yol həqiqətən də çox şərəfli olub və Azərbaycan teatr mədəniyyətinin təbliğində xüsusi rol oynayıb.
Gəncə Dövlət Universitetinin müəllimi Niyaməddin Hacıyev Dərbənd teatrı, bu şəhərin mədəniyyət aləmini əks etdirən yazısında maraqlı fikirlər önə çəkir. "Arxeologiya, Etnoqrafiya" jurnalında yer alan "XIX əsrin sonu-XX əsrin əvvəllərində Dərbənd şəhərinin teatr və memarlıq ənənələrinə dair" yazısında yazır ki, XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində ümumrusiya miqyasında kapitalist istehsal
üsulunun coşqun inkişafı şəraitində Azərbaycan milli mədəniyyətinin ümumi yüksəlişi ilə bağlı olaraq Dərbənddə də mədəni ənənələr inkişaf etməkdə idi: "Azərbaycanın qədim və köklü tarixə malik ərazilərindən olan Dərbənd 1806-cı ildə Çar Rusiyası tərəfindən işğal olunsa da, burada əsrlər boyu kök salmış və küll halında Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan mədəni ənənələr işğaldan sonrakı dövrdə də öz milli xüsusiyyətlərini qoruyub saxladı. Dərbənd şəhərində teatr ənənələri çoxəsrlik tarixə malik olaraq ilkin köklərini hələ İslamın ilk dövrlərində meydana gəlmiş "şəbihlər"dən alıb. Məlumdur ki, hər il İslam təqvimi ilə Məhərrəm ayının birinci 10 günlüyündə şiə imamlarının
şərəfinə təşkil olunan "Şaxsey-vaxsey" mərasimlərində dini-teatral səhnələr-şəbihlər göstərilirdi. XIX əsrdə Dərbənd şəbihlərinin şöhrəti onun hüdudlarından çox-çox kənarlarda yayılıb. Yerli şəbih mütəxəssislərindən Qumru, Şuai, Sipeyri, Səməndər, Zövqi, Mirzə Əli Abbas və s. İran və Qafqazın şiə icmaları arasında məşhur idi. Onlardan biri olan Qumru hətta İran şahı tərəfindən şəxsən təltif edilib. XVIII-XIX əsrlərdə Dərbənddə olan, demək olar ki,
bütün rus müəllifləri Dərbənddə keçirilən şəbihlər barəsində çox geniş şəkildə bəhs ediblər. XIX əsrin ortalarında Dərbənd hərbi qarnizonunda şəhərdə ilk həvəskar teatr truppası yarandı ki, onun da üzvlərini hərbçi zabitlər və onların qadınları təşkil edirdi. Teatr tamaşaları hərbi qarnizona məxsus klubda və şəhər cəmiyyətinə məxsus klubda göstərilirdi. XIX əsrin sonunda Dərbənd şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan müəllimlər və təhsil alan tələbələrin səyləri ilə Azərbaycan həvəskar teatrı fəaliyyətə başladı. XIX əsrin 80-ci illərinin ortalarında Dərbənddə həvəskar türk dram teatr dərnəyi fəaliyyətə başladı. Onun yaradılmasının təşəbbüskarları şəhərin azərbaycanlı ziyalılarının geniş dairəsi - müəllimlər, təhsil müəssisələrinin yuxarı sinif şagirdləri, musiqiçilər, muğam və xalq mahnılarının ifaçıları və s. idi. Həmin dövrdə mövcud olan müsəlman ənənələrinə uyğun olaraq dərnək kollektivi ancaq kişilərdən ibarət idi və onlar tamaşalar zamanı həm də qadın rollarını ifa edirdilər. Müstəqil həvəskar artistlər azərbaycanlı müəlliflərin pyeslərini səhnələşdirərək tamaşaya qoyurdular.
XX əsrin əvvəllərində şəhərdə iki - Azərbaycan və rus həvəskar teatr truppası fəaliyyət göstərirdi. Teatr tamaşalarının göstərildiyi üç səhnə - batalyonun kazarması, bundan başqa, teatr tamaşaları üçün həm də "Mulen" və "Miraj" kinoteatrlarına məxsus zallardan da istifadə olunurdu".
Tədqiqatçı qeyd edir ki, 1904-cü ilin fevralında həvəskar Azərbaycan teatr truppasının xahişini nəzərə alan şəhər rəhbərliyi "Dərbənd Azərbaycan Musiqili-Dram Teatrının Əsasnaməsi"ni təsdiq etmək üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Belə ki, 1904-cü il 22 sentyabr tarixində teatrın Əsasnaməsi Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilib: "Məhz elə həmin tarixdən etibarən Dərbəndin
çoxəsrlik mədəni-tarixi ənənələrinə biri də əlavə olundu. Şəhərdə ilk peşəkar teatr - Dərbənd Azərbaycan Musiqili-Dram Teatrı fəaliyyətə başladı. Yeni teatrın ilk aktyorları sırasında isə, xüsusi teatr təhsili olmasa da, fitri aktyorluq istedadına malik olan və bütün ruhu ilə səhnəyə bağlı incəsənət xadimləri - Hüseynqulu Ərşad oğlu, Dirək Abbasqulu, Hüseyn Xankişi oğlu, Fətullah Hacı Səlim oğlu, Pərviz Hacı Səlim oğlu, Mirələm Mir Sadıq oğlu, Hacı Cubay Əliəkbər oğlu, Məşədi İbad Hacı Tağı oğlu, Miqdar Hacı Ağa oğlu və digərləri var idi. Sonradan bütün bu aktyorların adı Qafqaz teatr sənəti tarixinə peşəkar incəsənət xadimi kimi daxil oldu. Dərbənddəki türk dram teatrı o dövrün bütün Şərq ölkələri üçün xarakterik olan adət-ənənələrinə uyğun fəaliyyət göstərirdi. Müsəlman qadınlar səhnəyə çıxa bilməzdi. Şəriət buna çox ciddi qadağalar qoyduğu üçün teatrda qadın rollarını Yunis, Ağababa kimi istedadlı kişi aktyorlar oynayırdılar. Dərbənddə türk teatrının yaranması və inkişafında Bakıda yaranan ilk peşəkar teatrın çox böyük rolu oldu. Bakı aktyorları tet-tez Dərbənddə qastrol səfərlərində olur, dərbəndli aktyorlarla görüşür, bilik və təcrübələrini onlarla bölüşürdülər. Dərbənd tamaşaçıları qarşısında çıxış edən aktyorlar arasında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasındakı Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski, sonralar SSRİ xalq artisti olan Mirzağa Əliyev, Hüseyn Ərəblinski (Xələfov), Əhməd Anadollu, H.Hacıbababəyov, M.Bağırov və başqa peşəkar Bakı aktyorları var idi. Öz növbəsində, Dərbənd türk dram teatrı da Bakı və Quba şəhərlərində öz tamaşalarını nümayiş etdirirdi. 1910-cu ildə Dərbənd şəhər ictimai binasının səhnəsində Dərbənd türk dram teatrının quruluşunda dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operası tamaşaya qoyuldu. Həmin tamaşada Məcnun rolunu üç gənc aktyor - Hüseynqulu Ərşad oğlu, Dirək Abbasqulu, Hüseyn Xankişi oğlu, Fətullah Hacı Səlim oğlu, Leyli rolunu isə Yunis və Ağababa qardaşları ifa edirdilər. Böyük müvəffəqiyyətlə baş tutan bu tamaşa o qədər geniş əks-səda doğurdu ki, bütün Qafqaz miqyasında nəşr olunan məşhur mətbuat orqanları, o cümlədən Bakıda çıxan "Kaspi", Tiflisdə nəşr olunan "Qafqaz", Vladiqafqazda nəşr olunan "Terek" qəzetləri bu tamaşa haqqında xüsusi məqalə nəşr ediblər. Elə həmin səhnədə və həmin ildə Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" komediyası tamaşaya qoyuldu. Tamaşada Məşədi İbad rolunu Məşədi İbad Hacı-Tağı oğlu, Sultan bəy rolunu isə Miqdar Hacı Ağa oğlu oynayıb. Həmin tarixdən etibarən Dərbənd türk dram teatrı Qafqazda fəaliyyət göstərən çox azsaylı mədəniyyət ocaqları sırasına daxil oldu. Dirək Abbasqulu, Seyid Müzənfər, Hüseyn Xankişi oğlu və s. kimi dərbəndli aktyorların da adı məşhur azərbaycanlı aktyorların sırasında çəkilir. 1917-ci ilini inqilabi hadisələri və bolşeviklərin oktyabr çevrilişindən sonra yaranmış siyasi hadisələrlə əlaqədar Dərbənd türk dram teatrı fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.
XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid arxiv sənədlərində və mətbuat səhifələrində Bakıdan, Tiflisdən, Həştərxandan, Moskvadan Dərbəndə peşəkar teatr kollektivlərinin qastrol səfərləri ilə bağlı məlumatlar əks olunub. Bütün bunlar həm də o dövrdə Dərbənd şəhərində artıq teatr sənətinə geniş maraq göstərən geniş tamaşaçı kütləsinin də mövcud olduğunu sübut edir".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ