Azərbaycanın Samux rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Gəncə bürosunun məlumatına görə, "VAZ-2106" markalı, 51-BE-826 markalı avtomobil Gəncə çayının üzərindəki körpüdən aşıb.
Avtomobildə olan 11 nəfərdən 3-ü hadisə yerində ölüb, digərləri xəsarət alıb. Onlardan 1 azyaşlı Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. 7 nəfər isə Gəncə Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, hazırda Gəncə çayının suyu quruyub.