Cümə günü, 02 oktyabr 2026
     

Bakı yol polisi daha bir “partiya” maraqlı rəqəmlər açıqladı

Image


2015-ci ilin ilk yarım ili ərzində yol hərəkəti qaydalarını pozduqlarına görə 20 və daha çox bal toplamış 258 sürücünün sürücülük hüquqları müxtəlif müddətlərə məhdudlaşdırılıb. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, hesabat dövründə paytaxtın yol patrul xidmət müfəttişləri tərəfindən 115823 yol hərəkəti qaydalarının pozuntusu aşkar edilib: "Bunlardan 112028-i kobud pozuntu hesab edilib. Yarım il ərzində yol polisləri tərəfindən 77 avtoxuliqan saxlanılıb. Avtomobili sərxoş halda idarə edən 4229, işıqforun qırmızı işığında hərəkət edən 5206, qəza şəraiti yaradan 3075, dövlət nişanı olmadan nəqliyyat vasitəsini idarə edən 329, sərnişindaşıma qaydalarını pozan 882, müvafiq sənədləri olmadan avtomobili idarə edən 2473, polisin qanuni saxla əmrinə tabe olmayan 1907 sürücü məsuliyyətə cəlb edilib. Bundan əlavə, 47049 piyada inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimələnib”.

V.Əsədov qeyd edib ki, yol hərəkəti qaydaları pozuntularının aşkar edilməsi sahəsində müşahidə-izləmə kameralarının görüntülərindən də istifadə olunması hərəkətin təşkili ilə yanaşı, vətəndaşların qanuna riayət etmələrinə də təsir göstərib: "Hesabat dövründə Mərkəzi Məlumat Sistemində yol hərəkətinə videonəzarətin tətbiqi sayəsində kameralar vasitəsilə 144984 yol hərəkəti qaydalarının pozulması aşkar edilib. Qayda pozuntusuna yol verən sürücülər barəsində qanunvericiliyə uyğun olaraq elektron protokollar tərtib edilib. Mərkəzə qoşulmuş nömrətanıma sisteminin köməyi ilə DYP əməkdaşları tərəfindən 2-si cinayət xarakterli faktlar üzrə axtarışda olan 447 nəqliyyat vasitəsi saxlanılıb və onların hərəkət istiqamətləri müəyyən edilib”.

Qeyd edək ki, 2015-ci ilin ilk yarım ili ərzində Bakı şəhərinin inzibati ərazisində 392 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 118 nəfər ölüb, 414 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakıda yol qəzaları ən çox nə vaxt və harada baş verir?

Vaqif Əsədov bu ilin ilk 6 ayı ərzində Bakıda yol qəzalarının ən çox qeydə alındığı vaxt və yerləri də açıqlayıb. Polis polkovniki deyib ki, günün vaxtına görə, hadisələrin əksəriyyəti saat 13:00-dan 18:00-dək və saat 20:00-dan 24:00-dək qeydə alınıb: "Cari ilin 6 ayı ərzində bu vaxtlarda 189 hadisə baş verib, nəticədə 49 nəfər ölüb, 197 nəfər yaralanıb. Ümumi hadisələrin 48,2%-i, ölüm faktlarının baş verməsi 45,1%-i və xəsarət alınması faktlarının isə 47,6%-i məhz bu saatlara təsadüf edib. Həftənin günlərinə görə isə baş verən hadisələr, ölüm və xəsarət faktları təxminən eyni sayda olub”.

Bölmə rəsinin sözlərinə görə, hesabat dövründə yol qəzalarının əksəriyyəti paytaxtın Heydər Əliyev (27 hadisə, 15 ölüm, 28 yaralı), Ziya Bünyadov (18 hadisə, 8 ölüm, 11 xəsarət), Nobel (14 hadisə, 4 ölüm, 11 xəsarət), Qara Qarayev (14 hadisə, 1 ölüm, 14 xəsarət), Babək (7 hadisə, 3 ölüm, 5 xəsarət), Neftçilər (6 hadisə, 4 ölüm, 3 xəsarət), Tbilisi prospektlərində (5 hadisə, 2 ölüm, 8 xəsarət), Mərdəkan-Buzovna yolunda (10 hadisə, 4 ölüm, 11 xəsarət), Şəhər şossesində (6 hadisə, 6 ölüm, 4 xəsarət), Zığ şossesində (6 hadisə, 5 ölüm, 6 xəsarət) və Bakı dairəvi yolunda (11 hadisə, 3 ölüm, 21 xəsarət) qeydə alınıb: "Bu rəqəmlər paytaxt yollarında qeydə alınan ümumi hadisələrin 31,6%-ni, ölənlərin 46,6%-ni, xəsarət alanların isə 29,5%-ni təşkil edib”.

Qeyd edək ki, 2015-ci ilin ilk yarım ili ərzində Bakı şəhərinin inzibati ərazisində 392 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələrdə 118 nəfər ölüb, 414 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu il 34 uşaq yol qəzalarının qurbanı olub

2015-ci ilin ilk 6 ayı ərzində Azərbaycanın avtomobil yollarında 1045 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 407 nəfər ölüb, 1117 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə 171 hadisə (14,1%), 105 ölüm faktı (20,5%), 117 xəsarət alma faktı (9,5%) azalıb.

Şöbə rəisinin sözlərinə görə, qəzaların çoxu piyadaların vurulması ilə bağlı olub: "Piyadavurmalar ümumi hadisələrin 39 %-ni təşkil edib. Belə ki, 408 piyadavurma hadisəsi nəticəsində 143 nəfər ölüb, 313 nəfər isə xəsarət alıb. Təəssüflə qeyd edirəm ki, qəzalar zamanı ölənlərin 34-ü, yaralananların isə 99 nəfəri azyaşlı uşaqlar olub. Ölənlərdən 11-i, yaralananlardan isə 24-ü 7 yaşınadək, ölənlərin 23-ü, yaralananların 75-i isə 7 yaşından 16 yaşınadək olan uşaqlardır”.

BDYPİ sözçüsü bildirib ki, qəzaların çoxu sürücülər tərəfindən ötmə və qarşı hərəkət zolağına çıxma əməliyyatı zamanı qaydaların pozulması nəticəsində törədilib: "Bu səbəbdən 382 qəza baş verib. Nəticədə 144 nəfər ölüb, 490 nəfər isə xəsarət alıb".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ