Bazar ertəsi günü, 16 noyabr 2026
     

Ekspert yol polisi ilə məmurun mübahisəsini hər iki tərəfin «hüquqi bilgisizliyi» kimi xarakterizə etdi

Image


«Hadisənin təfərrüatını bilmədən Ramil Usubovu hədəfə almaq çaşqınlıq yaratmaq deməkdir»

Son günlərin bəzi media orqanları tərəfindən süni şişirdilən yol polisi ilə bir vergi məmurunun olayı üzərində DİN, Ramil Usubova qarşı bəzi qərəzli yanaşmalarla bağlı «Polisə Dəstək» İB-nin sədri, sabiq polis polkovniki Şəmsəddin Əliyevin fikirlərini öyrənməyi vacib bildik.

Sabiq polis əməkdaşı bildirdi ki, ötən həftənin son günlərində DİN-in Yol Patrul Xidmətinin əməkdaşı C.Qasımovun DİO-dan xaric olunması ətrafında bir-birinə zidd oxucu və jurnalist münasibətləri KİV-də özünə yer alıb. Məlumata görə, Müdafiə Nazirliyinin ali rütbəli zabitlərindən olan N.Sadıqovun oğlu - dövlət qulluğunun xüsusi növündə çalışan, olayda adı sürücü qismində keçən M.Sadıqovla mübahisəyə yol vermiş yol patrul xidmətinin əməkdaşı ciddi tənbeh edilərək vəzifəsindən azad edilib: «Fikrimcə, bütün bunlar YPX əməkdaşının və vergi orqanının məsul işçisinin dövlətin etibar etdiyi səlahiyyətlərdən düzgün istifadə edə bilməməsinin nəticəsidir.

Əvvəla, polis əməkdaşı onun qanuni tələbinə tabe olmayan şəxsin əməli barədə qanuni tədbir görməyi, qarşı tərəfin qıcıqlandırıcı hərəkətlərinə səbr nümayiş etdirməyi və təmkinini qoruyub saxlamağı bacarmalıdır. Öz hüquq və vəzifələrini səhih bilməyən polis əməkdaşı və yaxud vətəndaş-məmur ekstremal şəraitlərdə çıxış yolunu tapmaqda həmişə çətinlik çəkəcək. (Xatırlamaq yerinə düşərdi: Ötən il Leyla Yunus yüksək rütbəli polis zabitinin dövlətin simvolu olan papağını yerə atıb nümayişkaranə şəkildə tapdalamışdı. Polis məmuru təmkinini saxlayıb heç bir artıq hərəkətə yol verməmişdi. Qənaətimə görə, həmin olaya ictimai qınağın olmaması vətəndaş biganəliyinin təzahürü idi. Təəssüfləndim...).

Vergi orqanının səlahiyyətli şəxsi isə DİN əməkdaşının qanuni tələblərinə sözsüz tabe olmalı idi və mövcud hüquqpozma barədə DİN-in rəhbərliyinə müraciət edə bilərdi. Hər iki tərəfin hüquqi kasadlığı ucbatından sözügedən olayda hörmətsizlik halları yaşanıb, dövlət qulluğunun xüsusi növündə çalışan qulluqçuların etik davranış qaydalarında ehtiva edilən etik və mədəni davranışlara riayət olunmayıb.

Hər şey də məhz əxlaq, tərbiyə və mədəniyyətdən, onun səviyyəsindən asılı olaraq başlayır.

Rəvayət edilir ki, Buxara şəhərində bir pasiyent müayinə üçün həkimin yanına gedir. Həkim pasiyentə uzanmağı buyurur. Xəstə isə həkimin işarə etdiyi səmtə yox- «Olarmı bu tərəfə uzanım?» - soruşur.

Həkim: Fərqi yoxdur, təki «təslim ol»- deyir.

Müayinədən sonra həkim:

- Niyə mən göstərdiyim tərəfə uzanmaq istəmədin? Fərq nədəydi? - deyə soruşur.

- Həkim, göstərdiyin tərəfə uzanmadım ona görə ki, müəllimimin evi o səmtdə idi. Mən ona hörmətsizlik edə bilməzdim...

İnsanın ağlı və təfəkkürü onun mədəniyyəti, əxlaqı və tərbiyəsi ilə tamamlanır. Alimin də əxlaqı yoxsa, onun elminə ehtiyac duyulmaz. Ramazan ayı olduğuna görə bunları söylədim.

Polis öz xidmətində qanunların tələbi çərçivəsində davranmalı, vətəndaşlara qarşı nəzakətli olmalıdır. Vətəndaş - məmur da dövlətin simvolları ilə bəzədilmiş geyimin sahibinə, ictimai qaydaların qorunmasının keşiyində dayanan səlahiyyətli şəxsin tələbinə tabe olmağını özünə sığışdırmalıdır. Tutulan mövqedən asılı olmayaraq, hər kəs qanunun və hüququn aliliyi qarşısında boyun əyməlidir. Sözügedən olaya gəldikdə, bununla bağlı ən müxtəlif rəylər səslənir, çox zaman da məsələyə birtərəfli yanaşılır.

Hələ bu azmış kimi, «nazir öz işçisini müdafiə edə bilmədi» kimi yazılar peyda olur və olayla bağlı qeyri-dəqiq məlumatlar, şərhlər dərc edilir. Bu da əxlaq göstəriciləridir. Hadisənin təfərrüatını bilmədən nə isə yazmaq, münasibət bildirmək, üstəlik, nazirə də xitab etmək ictimai rəyi başqa səmtə yönəltmək, çaşqınlıq yaratmaqdır. Cəmiyyətdə baş verən hər cür deviant davranışlar cəmiyyətin məhsulu kimi əxlaqın və tərbiyənin səviyyəsindən asılı olaraq yaranır.

Mən, QHT rəhbəri kimi, hər zaman polis əməkdaşlarının hüquqlarının müdafiəsini təmin etmək üçün hazıram. Təki müraciət etsinlər. Kiçik insidentlərin üfürülərək ajiotaj yaratmağın da tərəfdarı deyiləm. Bu gün polisin cinayətkarlıqla mübarizədəki peşəkarlığı, insan hüquq və azadlıqlarına hörmət ruhunda davranması 20 il öncə olan vəziyyətdən çox fərqlidir. Bunun canlı təzahürü kimi artıq başa çatmış Avropa Oyunlarının insidentsiz ötüşməsini göstərmək yetər. Oyunların keçdiyi müddət ərzində hər şey nəzarətdə olmaqla, müraciətlərə çevik yanaşma nəticəsində peşəkar və ayıq-sayıq asayış keşikçilərinin xidməti səmərə verdi.

Bu barədə uzun-uzadı fikir söyləmək istəmirəm. Çünki ölkə Prezidenti İlham Əliyev bu barədə öz sözünü deyib və məmur övladlarının hədlərini aşmasına ciddi reaksiya verilir. Sadəcə səbr etmək ədəbdən irəli gəldiyinə görə, hamı iradə nümayiş etdirə bilmir. Bilmək lazımdır ki, heç nə unudulmur və heç kim yaddan çıxmır. Səbr edək, hissə qapılmayaq...».

Xəbər xidməti








VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ