Bölmə rəisinin sözlərinə görə, azyaşlılarla bağlı baş vermiş 9 hadisədə 5 məktəbəqədər yaşlı uşaq həlak olub, 6 məktəbəqədər yaşlı uşaq isə yaralanıb: "Məktəblilərin iştirakı ilə baş vermiş 28 yol qəzası zamanı 8 şagird həlak olub, 25 nəfər isə müxtəlif xəsarətlər alıb".
V.Əsədov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı stabil qalsa da, həlak olanların sayı 4 nəfər, yaralananların sayı isə 2 nəfər artıb: "Azyaşlılarla əlaqədar qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən, bu, "həyəcan siqnalı”nın verilməsi deməkdir”.