Cümə günü, 23 oktyabr 2026
     

İlyarım sülhməramlılarda xidmət etdi, könüllü 44 günlük savaşa getdi, sonra isə...Şəhidin qazi atası İbrahimov danışır... - FOTO

Image


Zülfüqar İbrahimov: “Oğlumuz şəhid olsa da, qazandığımız böyük qələbə bizə böyük təsəlli oldu”

Qəhrəmanlar yurdu, Vətəni yaşatmaq üçün can verirlər, qanlarını tökürlər ana torpağa. Özləri şəhid olsalar da işğaldan azad etdikləri, qoruyub bizə əmanət qoyub getdikləri Vətən yaşadır onları, üçrəngli bayrağın kölgəsində dalğalanır ruhları. Bu torpağın çox igid oğlanları olub, saymaqla saya gəlməzlər. Onlardan biri də əsli-kökü Qarabağa, Ağdama, Şuşaya bağlı olan 16 oktyabr 1997-ci ildə Bakı şəhərində doğulan şəhid kiçik çavuş İbrahimov İsrafil Zülfüqar oğludur.

İsrafil Bakı şəhəri Nərimanov rayonu, 202 saylı orta məktəbdə 9-cu sinfə qədər təhsil alıb, 10 və 11- ci sinifləri Ağdam rayonu 2 saylı tam orta məktəbdə davam etdirib, həmin məktəbin məzunu olub. Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə həqiqi hərbi xidmətə çağrılıb, 2017-ci ildə tərxis olunub.

2018-2020-ci illərdə Bakı şəhərində N saylı hərbi hissədə Sülhməramlıların tərkibində kiçik çavuş rütbəsi ilə müddətdən artıq xidmət edib. Vətən müharibəsində könüllü kimi iştirak edib. Döyüşlərdə böyük igidlik göstərib. 26.10.2020- cu ildə Laçın rayonu, Səfiyan kəndi uğrunda gedən döyüşlərdə rəşadət göstərərək şəhidlik zirvəsinə ucalıb.

Şəhid İsrafilin atası Zülfüqar İbrahimov Birinci Qarabağ müharibəsi qazisidir.

Şəhidin atası ilə Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasında tanış olduq.

5 ildir sinəsində oğul dağı yaşadır, bu dağı görənlər onun ağrısını daha dərindən hiss edir. Kədərini, acısını, göz yaşlarını içində möhkəm-möhkəm gizlədir ata. “Vətən sağ olsun” deyir. “Oğlum Vətənimizin torpaqlarını işğaldan azad edənlər cərgəsində dayananlardandır. O, torpaqlarımızı azad edib özü şəhid oldu. Oğullarımız getdi, torpaqlarımız qayıtdı” söyləyir. Deyirlər atalar möhkəm olur, analar kövrək. Bəzən atalar da dərdə əyilir, qəmə baş əyir. Amma Zülfüqar İbrahimovu toxdamış gördük, sanki balasının şəhid olacağını elə o doğulan gündən bilirmiş, özünü o günə hazırlayırmış. Bilmək olmaz əlbəttə…Adam heç də həmişə düşündüyünü dilə gətirmir.

“Bizim də arzumuz o idi ki, torpaqlar azad olunandan sonra İsrafilin toyunu Şuşada edək, amma qismət olmadı”

Zülfüqar İbrahimov deyir ki, İsrafil Bakı şəhərində N saylı hərbi hissədə Sülhməramlıların tərkibində kiçik çavuş rütbəsi ilə müddətdən artıq xidmət edirdi: “Vətən müharibəsi başlayanda İsrafilin xidmət etdiyi bölük könüllü olaraq Xüsusi Təyinatlılara qoşuldu və döyüşdə iştirak etdilər. Oğlum Füzulidən Laçına qədər döyüş yolu keçdi. Oktyabrın 26-da şəhid olması xəbərini aldıq.

Bizim əslimiz Ağdam rayonu Quzanlı sovetliyinin İmamqulubəyli kəndindəndir. Biz orda doğulub böyümüşük. Mən özüm sonradan Şuşaya qeydiyyata düşdüm, Şuşada yaşayırdıq, Şuşadan da məcburi köçkün düşdükdən sonra Bakıya gəlib burda yaşadıq. Mənim özüm də, qardaşlarım da döyüşdə olub, Birinci Qarabağ müharibəsi qazisiyəm. Biz ailəlikcə 1992-1993-cü illərdə döyüşmüşük, neçəmiz qazi olmuşuq.

İsrafil Bakıda doğulub, 202 nömrəli orta məktəbdə oxuyurdu. Yaxşı oxuyan, savadlı, zehinli, tərbiyəli, nümunəvi uşaq olub. Müəllimləri indi də onun tərbiyəsindən danışırlar, deyirlər ki, çox mərifətli, qanacaqlı şagird olub. Çox mehriban, şən, zarafatcıl, hazırcavab idi oğlum. Tau-tuşlarının, dostlarının hamısı deyir ki, İsrafil mehriban, həm də çox qürurlu, əzəmətli bir oğlan idi.

İsrafil evdə gözünü açıb döyüşlərlə maraqlanıb, Xocalı, Şuşa ilə bağlı verilişlərə baxırdı, gəlib soruşurdu, sualına cavab axtarırdı. Zaman gəldi, oğlum bu vətənin torpaqlarını işğaldan azad edənlərdən biri oldu. Biz illərlə döyüşdük, qazi, müharibə iştirakçısı olduq, oğluma isə şəhidlik qismət oldu. Mənə isə şəhidlik qismət olmadı, şəhid atası olmaq qismət oldu”.

Z.İbrahimov deyir ki, oğlu ali təhsil almadı, özünü hərbiçi kimi görmək istədiyi üçün həqiqi hərbi xidmətdən tərxis olunandan sonra müddətdən artıq hərbi xidmətə könül verdi: “Dedi ki, mən orduda xidmətimi davam etdirmək istəyirəm, hərbiçi olacağam. Ağdamda ön xəttə xidmət etmək arzusunda idi. Həqiqi hərbi xidməti Sərhəd Qoşunlarında keçmişdi. Bakıda sülhməramlı qüvvələrə daxil oldu və orda xidmət etdi.

Bilirdim ki, o, müharibəyə görə ön xəttə xidmət etmək istəyirdi, dedim sən müharibəyə görə deyirsənsə narahat olma, müharibə başlayanda hamımız gedəcəyik.

Sülhməramlı qüvvələrdə il yarım idi xidmət edirdi, ona heç bir ölkəyə getmək nəsib olmadı. Müharibə başlamasaydı onlar başqa ölkəyə gedəcəkdilər, amma müharibə başladı, onlar qaldılar və döyüşdülər. İsrafilin ən böyük arzusu hərbiçi kimi torpaqlarımızı işğaldan azad etmək idi. Bizim də arzumuz o idi ki, torpaqlar azad olunandan sonra İsrafilin toyunu Şuşada edək, amma qismət olmadı. Anasının dediyinə görə istəklisi varmış. 2020-ci ilin oktyabr ayının 16-da 23 yaşı tamam oldu, ad günündən 10 gün sonra şəhidlik xəbərini aldıq”.

İsrafilin Ağdam rayonu, Quzanlı qəsəbəsindəki “Şəhidlər xiyabanı”nda dəfn edildiyini bildirən ata “mənə zəng edib dedilər ki, İsrafilin nəşini hara gətirək, Bakıya, yoxsa rayona: “Mən də dedim ki, Quzanlıdakı Şəhidlər Xiyabanında dəfn edək. Orda dəfn etdik.

İsrafillə tez-tez danışmaq mümkün deyildi, telefon tutmurdu, amma arabir danışırdıq. O, bir ay müharibədə oldu. Hər dəfə də zəng vuranda yüksək əhval-ruhiyədə idi, deyə-gülə danışırdı. Deyirdi ki, hər şey yaxşıdır, irəli gedirik, torpaqları azad edirik…İsrafilin qələbəyə ümidi çox böyük idi və hər şey onun dediyi kimi oldu, möhtəşəm zəfər qazandıq.

Ermənilərin minomyot atışı nəticəsində üç nəfər şəhid olub, onlardan biri də oğlum olub. Bir neçə nəfər də yaralanıb. Şəhid olandan sonra danışdırdılar ki, bizimkilər 50-dən çox ermənini mühasirəyə salıb məhv ediblər. Bu hadisənin ardınca ermənilər bizimkiləri minomyot atəşinə tutublar”.

İsrafilin şəhid olmasının onlara çox ağır təsir etdiyini deyən ata bildirir ki, çox ağrı-acı çəksələr də torpaqlarımızın işğaldan azad olunması, qələbəmiz böyük təsəlli oldu: “Oğlumuz şəhid olsa da qazandığımız böyük qələbə bizə böyük təsəlli oldu. Əslində şəhidlərimiz qalib oldular. Mən hansı yerlərdə döyüşmüşdümsə illər sonra o yerlərdən oğlum keçdi. Onlar 44 gün ərzində o torpaqları düşməndən azad edib, yağıları, işğalçıları məhv etdilər, xalqımızın qisasını aldılar.

Mən həyat yoldaşıma həmişə təsəlli verirəm. Deyirəm ki, bu dünya ölümsüz deyil, bizim oğlumuz qəhrəmancasına şəhid olub, sən qəhrəman bir oğulun anasısan. Bütün şəhidlərimiz qəhrəmanlarımızdır. Anası sözlərimdən hardasa güc alır, təsəlli tapır…Amma insanıq, nə qədər üzdə görsətməsək də içimizdə o acı var. Təbii ki, övlad acısı çox ağır dərddi. Övladın yeri həmişə görünür.

Şuşa şəhərində İsrafilin adına bir küçə verilib. Çox istərdim ki, yenidən qayıdıb Şuşada yaşayaq. Şuşa mənim çox xoşuma gəlib həmişə, yaşamalı yerdir. Hara gedirdim Şuşa məni çəkirdi. Cıdır düzünə çıxırdım özümü çox rahat olurdum…Yəni Şuşa bu qədər doğmadır bizə”.

Qəhrəman şəhidimizin şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Azərbaycan Prezidentinin Sərəncamları ilə İbrahimov İsrafil Zülfüqar oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medal, “Qubadlının azad olunmasına görə” medal, “Laçının azad olunmasına görə” medal, “Cəbrayılın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə 3-cü dərəcəli” orden ilə təltif edilib.

Ata deyir ki, Allah dövlətimizi, Vətənimizi, xalqımızı qorusun, dünyamıza əmin-amanlıq, sülh bəxş etsin. Z.İbrahimov sonda onu da dedi ki, təsəllisi həm də odur ki, İsrafil kimi igid oğulları Vətən heç zaman unutmur, onların adları tarixlər boyu yaşayacaq. Azərbaycanın qəhrəman oğullarının adlarının Xatirə Kitabı Redaksiyasının nəşr etdikləri kitablarda, cildliklərdə də yaşadığını deyən ata qeyd etdi ki, bu kitablar şəhidlərimizin ruhuna böyük bir abidədir.

İsrafil kimi oğullar dünyaya torpaqlarımızı işğaldan azad etmək, xalqımızın qisasını almaq üçün gəldilər, arzularına çatdılar. İndi onların məzarları Vətən torpağının bağrında əziz bir ünvan olaraq bilinir, o məzarlar qəhrəmanlarımızın namını, şanını yaşadır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ