Cümə günü, 02 oktyabr 2026
     

Mübariz Qurbanlı Azərbaycanda dini təhsilin pulsuz və dövlət himayəsində olmasını təklif edir

Image


"Azərbaycanda artıq milli dini kadrların hazırlanması istiqamətində əsaslı dəyişiklik etməliyik. Xaricə axının qarşısını almaq üçün ölkəmizdə dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir”. Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, dini təhsil məsələsi qısa zaman ərzində həll olunan məsələ deyil və burada iki nüans nəzərə alınmalıdır: "Birincisi, orta məktəblərdə dini biliklərin tədris olunması məsələsidir. Azərbaycanda orta məktəblərdə hazırda "Həyat bilgisi” adlı fənn tədris olunur. Həmin fənn çərçivəsində dinlər haqqında müəyyən məlumat verilir. Bizim Təhsil Nazirliyinin mütəxəssisləri ilə söhbətlərimiz zamanı belə belə bir ümumi nəticə hasil olub ki, "Həyat bilgisi” dərsliyində bu proqram bir az da genişləndirilsin və daha geniş bilgi verilsin. Başqa bir ideya da var. Ola bilsin ki, orta məktəblərdə, xüsusilə yuxarı sinif şagirdləri üçün məsələn, "Dünya dinləri” fənni tədris olunsun. Bu ad şərtidir və fənnin adı "Dünya dinləri və mədəniyyət”, "Din və mədəniyyət”, "Din və cəmiyyət” və s. də ola bilər. Fənn 6 ay və ya 1 il ərzində fənn və ya kurs kimi tədris oluna bilər. Burada söhbət yalnız İslamın tədrisindən getmir. İstəyirik ki, yuxarı sinif şagirdləri İslam, xristianlıq, iudaizm, bütpərəstlik və s. haqqında, o cümlədən hər bir dindəki radikal qruplar, cərəyanlar, onları yaradan səbəblər, nəticələri və fəsadları barədə ətraflı bilgi əldə etsinlər. Bunlar din haqqında olmaqla yanaşı, həm də dünyəvi və şagirdlərə həyatları boyu lazım ola biləcək bilgilərdir”.

M.Qurbanlı qeyd edib ki, əslində bu yeni mövzu deyil və əvvəllər də müzakirə olunub: "Müstəqilliyimizin ilk illərində bu mövzuda söhbətlər, müzakirələr aparılıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində də, ondan sonra da bununla bağlı söhbətlər olub. Amma bu, Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində həll olunası məsələ deyil. Bunu mütəxəssislər həll etməlidir. Təhsil Nazirliyində də bununla bağlı fikir mübadilələri aparılır”.

DQİDK sədrinin fikrincə, ikinci əsas məsələ, ümumi dini təhsil və dini kadrların hazırlanmasıdır: "Bu, çox ciddi bir məsələdir. Azərbaycandan kənarda, xarici ölkələrdə dini təhsil almış və hazırda da alan vətəndaşlarımız, gənclərimiz var. Amma qanunla onlar Azərbaycana qayıtdıqda məscidlərdə, dinlə bağlı yerlərdə çalışa, dini ayin və mərasimlərin icrasına rəhbərlik edə bilməzlər. Çünki din yalnız mənəviyyat deyil, eyni zamanda insanları bir araya gətirən idelolji sahədir. Ona görə də hər ölkə özünü qoruyur və başqa ölkələrdə dini təhsil almış din xadimlərinin, eyni zamanda, əcnəbilərin gəlib məscidlərdə və digər yerlərdə ayinlər icra etməsinə imkan vermir. Azərbaycan da buna imkan vermir və bu doğru yoldur. Azərbaycanda dini ayinləri yalnız ölkə daxilində dini təhsil almış şəxslər apara bilər. Ona görə də dini təhsil, din üzrə kadrların hazırlığı məsələsində müəyyən ciddi addımların atılmasına ehtiyac var. Biz ilk növbədə milli dini kadrların hazırlanması sahəsində əsaslı dəyişiklik etməliyik”.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi, Bakı İslam Universiteti və mədrəsələr var. Son illərdə Bakı İslam Universiteti Azərbaycanda din üzrə kadr hazırlığında xeyli irəliləyişə nail olub və hazırda çalışan din xadimlərinin əksəriyyəti də bu universitetin məzunlarıdır. Burada hazırlanan kadrlara heç kimin şübhəsi və iradı yoxdur. BDU-nun İlahiyyat fakültəsi də xüsusilə dinşünaslıq üzrə səviyyəli mütəxəssislərin hazırlanmasında xeyli uğurlar əldə edib. DQİDK-da çalışan kadrların böyük əksəriyyəti, eləcə də Milli Elmlər Akademiyasında, o cümlədən ayrı-ayrı təhsil ocaqlarında dinşünaslıq üzrə fəaliyyət göstərən şəxslər də məhz bu fakültənin yetirmələridir.

DQİDK sədri hesab edir ki, burada ciddi bir nüans var. Bu da ondan ibarətdir ki, Bakı İslam Universitetində təhsil ödənişlidir: "Bu isə müəyyən problemlər yaradır. Azərbaycandan İranda, Türkiyədə, ərəb ölkələrində və digər yerlərdə təhsil alanlar var. Məsələ ondadır ki, ətrafımızdakı ölkələrdə dini təhsil pulsuzdur. Ona görə də pulsuz dini təhsil almaq üçün ölkədən kənara axın var. Biz bu axının qarşısını almaq üçün mütləq ölkəmizdə din üzrə kadr hazırlığını pulsuz etməliyik və dövlət bunu himayəyə götürməlidir. Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə də dini təhsilin dövlət tərəfindən himayəyə götürülməsi dedikdə, söhbət dövlət büdcəsindən vəsait ayrılmasından getmir. Bu məsələni büdcədən olmasa da, müxtəlif qrantlar ayırmaqla və ya fond yaradıb onun vasitəsilə həll edə bilərik. Amma mütləq bu sahədə təhsilin pulsuz olmasına nail olmalıyıq və din üzrə hazırlanan kadrlarımız pulsuz təhsil almaq imkanı əldə etməlidirlər. Bu şəxslər mütləq milli kadrlar olmalıdır. Bu, gələcəyə yönəlik proqram olmalıdır. Bu yolla ideoloji olaraq bizə yad, radikal məzhəb və ya təriqətlərin ölkəmizə müdaxilə etməsinin qarşısını almış olarıq”.

Dövlət Komitəsinin sədri artıq yeni sistemin yaradılması ilə bağlı müəyyən təkliflərin hazırlandığını və müzakirələrdən sonra vahid mövqe şəklində hökumətə təqdim olunacağını açıqlayıb: "Bu məsələ ilə bağlı artıq Qafqaz Müsəlmanları İdarəsi (QMİ), QMİ-nin tərkibindəki Ali Dini Şuranın üzvləri və Bakı İslam Universiteti ilə birgə fikir mübadiləsi aparmışıq. Bu məsələdə ortaq məxrəcə gəlmək üçün mütəxəssislərin fikirlərinə böyük ehtiyac var. Biz hazır fikri, qərarı öz aramızda razılaşdıraraq artıq onu hökumətə təqdim etməli, bu yöndə müəyyən addımlar atmalıyıq. Bu, mütləq lazımdır. Çünki din üzrə məsələlər bir günün işi deyil. Biz gələcəyi fikirləşməliyik. Heç bir ölkə özünün milli-dini modelini yarada bilməz. Dinin milli modeli olmur. Din vahiddir, lakin hər bir ölkə dinlə bağlı kadrlarını özü hazırlamalı və dini idarəçiliklə bağlı məsələlərdə özünəməxsusluğu nəzərə almalıdır”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ