Bakıda "Sovetski" adlanan ərazidə 138 tarixi bina vardı. Onlardan yalnız 15-16-nın saxlanılması qərara alınıb. Trend xəbər verir ki, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, digər binalar ya tam söküləcək, ya da onların elementlərini xüsusi bir məkanda yığaraq həmin memarlıq nümunələrinin cəmiyyət qarşısında saxlanılması üçün yerlər ayrılacaq. Hazırda bununla bağlı proses gedir.
Ə.Qarayev qeyd edib ki, bununla əlaqədar Baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi Dövlət Komissiyası işləyir. Nazirlik də öz təkliflərini Komissiyaya təqdim edib.
Sonra nazir Ə.Qarayev bildirib ki, Azərbaycanda bir sıra yerlərdə tarixi abidələrin qanunsuz olaraq sökülməsi hallarının qarşısı alınıb.