Cümə günü, 02 oktyabr 2026
     

Səfəvi dövlətində saray çevrilişləri və sui-qəsdlər

Image


Azərbaycan tarixinin ən mühüm dönəmlərindən birini təşkil edən Səfəvilər dövlətində də orta əsrlər üçün xüsusilə xarakterik olan saray intriqaları, çevriliş və sui-qəsdlərin qarşısını almaq mümkün olmayıb. 1501-ci ildə Şah İsmayıl Səfəvinin rəhbərliyi ilə qurulan Azərbaycan Səfəvilər dövləti qısa müddət ərzində orta əsrlərin ən qüdrətli imperiyalarından birinə çevrildi.
XVI əsrin mürəkkəb siyasi şərtlərinə baxmayaraq, Səfəvilər dövləti öz sərhədlərini genişləndirməyə, aramsız müharibələr nəticəsində dağılmış iqtisadiyyat və kənd təsərrüfatının dirçəlməsinə, əhalinin əvvəlki sülalərin idarəçiliyi zamanında itirilmiş etimadının bərpasına nail oldu. Bütün bunlar əlbəttə ki, ilk növbədə, dövlətin banisi və birinci hökmdarı olmuş Şah İsmayıl Xətainin, eyni zamanda onun siyasi yüksəlişində müstəsna xidmətlər göstərmiş Türk-Qızılbaş tayfa birlikləri rəhbərləri arasında vahid mövqenin təmin edilməsi sayəsində baş tutmuşdu. Səfəvilər dövlətində Şah İsmayıl Xətaidən sonra taxta çıxan hökmdarların dövründə müşahidə edilən, bəzi hallarda imperiyanın mövcudluğunu az qala tükdən asılı vəziyyətə salan dərin ziddiyyətlər saraydaxili anlaşma amilinin nə qədər əhəmiyyətli olduğunu birbaşa təsdiqləyir.
Şah İsmayıl Xətainin 1524-cü ildə qəfil ölümü Səfəvilər dövlətinin tarixində ilk ciddi sınaq kimi xarakterizə oluna bilər. Şahın özünün yetərincə gənc olması (38 yaş), bu səbəbdən, vəliəhdlik məsələsinin aktuallıq qazanmaması sülalə banisinin vəfatından sonra saray daxilində qeyri-müəyyənliyin yaranması ilə nəticələndi. Bundan başqa, Şah İsmayılın sağlığında Səfəvilər dövlətində paritetin təmin olunması üzündən nüfuz savaşına girməyə əsaslı zərurət görməyən tayfa başçıları və ordu komandanlığı taxt-tacın yeni sahibinin məhz onların iradəsi əsasında seçilməsi uğrunda açıq mübarizəyə qalxdılar. Şah İsmayılın yerinə keçəcək varisin - 10 yaşlı Təhmasibin seçimində mövqelər üst-üstə düşsə də, yeni hökmdarı nüfuz, dairəsinə götürmək məsələsində qarşıdurma qaçılmaz oldu. Saraydaxili toqquşmalar, yeniyetmə yaşında olan Təhmasib şahın qərarlarına təsir imkanlarını daha çox əldə etmək imkanları qazanmağa yönəlik mübarizələr hökmdarın ipləri öz əlinə almasına qədər davam etdi. Saraydaxili düzəni iradəsinə tabe etdirməyi bacaran Təhmasib şah bununla dövlətin problemləri ilə daha yaxından məşğul olmağa, imperiyanın hüdudlarına yönəlik qərbdən (Osmanlı İmperiyası) və şərqdən (Şeybanilər dövləti) gələn təhdidlərin aradan qaldırılmasına səy göstərməyə imkan qazana bildi.
52 ildən artıq müddətdə hakimiyyətdə olmuş Təhmasib şah çox sayda sui-qəsd və xəyanətlə üzləşib. Şahın qarşılaşdığı ilk böyük xəyanət 1531-ci ildə Təbriz hakimi Üləma xan Təkəlinin Səfəvilər dövlətinin Osmanlı İmperiyası ilə rəqabətdə sıradan çıxacağını düşünərək sonuncunun tərəfinə keçməsi olub. Üləma xanın xəyanəti bununla yekunlaşmayıb. O, növbəti illərdə Osmanlı sultanı Süleyman Qanunini Səfəvilər üzərinə yürüşə başlamağa təhrik edir və özü də həmin səfərlərdə fəallığı ilə seçilir.
Lakin Təhmasib şah ən ağır zərbəni öz qardaşından - Əlqas Mirzədən alıb. Şirvan hakimi təyin olunan Əlqas Mirzə taxt-tacı ələ keçirmək niyyətinə düşür və hökmdar qardaşına qarşı qiyam qaldırsa da, məğlub olur. Təhmasib şah tərəfindən bağışlanan Əlqas Mirzə bundan nəticə çıxarmayaraq, 1548-ci ildə yenidən qiyam qaldırır və yenə məğlubiyyətə uğrayır. Bu dəfə bağışlanmayacağını, ən ağır qaydada cəzalandırılacağını bilən Əlqas Mirzə də Üləma xan kimi sığınacaq üçün İstanbula, Süleyman Qanuniyə üz tutur. Əsas rəqibi olan Səfəvilər xanədanının üzvünü himayəyə götürən Osmanlı sultanı özünün Şərq planlarının həyata keçirilməsində Əlqas Mirzədən yararlanmaq istəyir. Səfəvilər dövlətinin müstəqilliyinə son qoymaq, onu özünün vassal dövlətinə çevirmək və Əlqas Mirzəni də orada taxta oturtmaq niyyətində olan Süleyman Qanuni 1550-ci ildə onu çoxsaylı ordu ilə təchiz edərək yürüşə göndərir. Səfərin ilk mərhələsində müəyyən uğur qazanmağa nail olan Əlqas Mirzə daha sonra ona qarşı güclü nifrəti yaranan əhalinin kəskin müqaviməti ilə üzləşir. Hətta Əlqas Mirzənin ordusundakı qızılbaş əsgərlər də onu tərk edərək Səfəvi ordusuna qoşulurlar. Nəticədə növbəti dəfə məğlub olan Əlqas Mirzə həm də Süleyman Qanuninin qəzəbinə düçar olur. İstanbula qayıtmağın onun üçün labüd ölüm olduğunu dərk edən Əlqas Mirzə Səfəvilər dövlətinə qayıdır və həbs olunaraq salındığı Qəhqəhə qalasında öldürülür.
Təhmasib şah 1554-cü ildə Osmanlı İmperiyası ilə Amasiya sülhünü imzaladıqdan sonra Səfəvilər dövləti nəhayət uzunmüddətli sabitliyə qovuşmağa nail olur. Lakin 1576-cı ildə şahın vəfatından sonra taxt-tacın yeni varisinin seçilməsi məsələsində Qızılbaş tayfa birlikləri arasında ziddiyyətlər təkrar baş qaldırdı. Maraqlıdır ki, Şah İsmayıl Xətainin ölümündən sonra vəliəhd məsələsində seçim problemi yox idisə, Təhmasib şahın ölümündən sonra ən az üç şahzadənin - Heydər Mirzə, İsmayıl Mirzə və Məhəmməd Mirzə arasında seçim etmək zərurəti ortaya çıxmışdı. Adları çəkilən şahzadələr arasında ilk ikisinin taxta çıxmaq imkanları daha yüksək qiymətləndirilirdi. Məhəmməd Mirzə digər şahzadələrdən yaşca böyük olmasına və müəyyən dövrdə vəliəhd kimi qəbul edilməsinə baxmayaraq, zəif iradəli olduğu üçün saray daxilində nüfuzunu itirmişdi. Belə bir mürəkkəb şəraitdə əsas Qızılbaş tayfalarının dəstəyini almadan taxta çıxmağın mümkünsüzlüyünü Məhəmməd Mirzə də başa düşürdü və buna görə də hakimiyyət uğrunda mübarizədən kənara çəkilmişdi.
Yeni hökmdarın seçilməsini çətinləşdirən başlıca məqam o dövrdə Səfəvi dövlətində əsas vəzifələrin daşıyıcıları olan Ustaclı və Əfşar tayfalarının mövqelərinin kəskin fərqlənməsi idi. Məsələn, Ustaclı tayfası Səfəvi ordusunun bəzi yürüşlərində qoşuna rəhbərlik edən və özünü ağıllı sərkərdə kimi göstərmiş Heydər Mirzənin taxta çıxarılmasına çalışırdı. Bu məsələdə Ustaclıların əsas rəqibi olan Əfşarlar isə 19 illik həbsxana həyatı yaşamış İsmayıl Mirzəni taxta ən layiqli namizəd kimi görürdülər. Təhmasib şahın vəfatından sonra daha əlverişli mövqedə olan Ustaclılar hökmdar dəfn olunmadan Heydər Mirzəni taxta çıxararaq ona sədaqət andı içirlər. Bununla belə, daha təşkilatlanmış vəziyyətdə yüksək çeviklik nümayiş etdirən Əfşarlar İsmayıl Mirzəni Qəhqəhə qalasından azad etməyə nail olurlar və onun paytaxt Qəzvinə gəlişinə hazırlıq görürlər. Bu bir neçə günlük aralıqda şəraitin artıq taxta çıxarılmış Heydər Mirzənin xeyrinə olduğu qənaəti yaransa da, İsmayıl Mirzənin tərəfdarları vəziyyəti öz xeyirlərinə dəyişməyi bacarırlar. Nəticədə saraya daxil olan İsmayıl Mirzənin dəstəkçiləri Heydər Mirzəni qətlə yetirirlər. İsmayıl Mirzə tərəfdarlarının taxt mübarizəsində üstünlük qazanmalarında yeni şahın bacısı Pəri xanım da xüsusi rol oynayır. Məhz onun İsmayıl Mirzəni dəstəkləməsi saray daxilində qüvvələr nisbətini kəskin surətdə dəyişdirir və 19 illik məhbusun taxt-tacı ələ keçirməsində həlledici amilə çevrilir. Təbii ki, İsmayıl Mirzənin taxta çıxması ilə saray düzənində də ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanır. Səfəvi sülaləsinin 3-cü şahı taxt uğrunda rəqibi olmuş qardaşının tərəfdarlarına qarşı görünməmiş cəza kampaniyasına göstəriş verir. Bunun nəticəsində Səfəvilər dövlətinin qurulmasında və təşəkkülündə böyük xidmətləri olan Ustaclı tayfası nəinki idarəetmə sistemindən çıxarılır, hətta bu tayfanın edamdan xilas olmuş əksər nüfuzlu şəxsləri sürgünə göndərilir. 19 illik məhbəs həyatının amansız bir canlıya çevirdiyi İsmayıl Mirzənin (Şah II İsmayıl) cəza dalğası digər sülalə mənsublarından da yan keçmir. Heç kimə və heç nəyə inanmayan şah bir neçə şahzadənin də qətlinə fərman verir.
Şahın qəzəbi o həddə çatır ki, əmi, bibi, dayı və digər yaxın qohumların ailələrini də bütünlüklə edam etdirir. Şah II İsmayılın bu davranışı sarayda ciddi gərginlik yaradır və əyanlardan heç kimin bir dəqiqədən sonra hökmdarın qəzəbinə tuş gəlməyəcəyinə əminliyi olmur. İsmayıl Mirzəni hakimiyyətə gətirənlər artıq bu əmələ görə özlərini lənətləməyə başlayır.
Şah II İsmayılın idarəetmədə əsaslı dəyişikliyə getmək istəyi sarayda birmənalı qarşılanmırdı. Onun əhalinin şikayətlərini nümayişkar tərzdə dinləməsi və əyanları da buna məcbur etməsi saraydaxili ovqatı sürətlə dəyişirdi. Hökmdarın İslam dininin sünni məzhəbinə rəğbətini gizlətməməsi isə ona qarşı ruhani müxalifətin narazı əyanlarla birləşməsinə və birgə hərəkət etməsinə münbit zəmin yaratdı. Şah II İsmayılın hökmdarlığı onun taxta çıxmasından cəmi iki il sonra - 1578-ci ildə sui-qəsdlə başa çatdı. Tarixi mənbələr onun ölümünü hələ Qəhqəhə qalasında saxlanarkən aludə olduğu, taxta çıxdıqdan sonra da əl çəkmədiyi narkotik maddəyə zəhər qatılması ilə əlaqələndirir. O illərdə baş verən hadisələri özünün "Əhsən ət-Təvarix" əsərində ətraflı təsvir edən Həsən bəy Rumlu bu olayı da qələmə alaraq, sui-qəsd ehtimalını təsdiqləyib. Şah II İsmayıla sui-qəsdin əsas təşkilatçısı olaraq onun bacısı Pəri xanımın adı hallandırılır. Göründüyü ki, İsmayıl Mirzənin hakimiyyətə gəlişində əsas güc rolunu oynayan şahın bacısı həm də onun qətlinin sifarişçisi olur.
Şah II İsmayılın qətlə yetirilməsi ilə Səfəvi dövlətində başlayan ümumi böhran daha da dərinləşir. Sülalənin 4-cü hökmdarı seçilən Məhəmməd şah Xudabəndənin dövlət işlərində səriştəsizliyi və idarəçiliyin tam olaraq xanımı Xeyrənnisənin əlinə keçməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Şahın vəziyyətə nəzarət edə bilməməsi, əvəzində isə onun xanımının hökmünün genişlənməsi sarayda yeni çevriliş üçün zəmin formalaşdırır. Nəticədə 1579-cu ildə Xeyrənnisə sui-qəsd nəticəsində aradan götürülür. Lakin dövlətin tənəzzülü növbəti illərdə də davam edir və şahın devrilməsi qaçılmaz zərurət olaraq ortaya çıxır.
Əyanların tələblərini yerinə yetirmək məcburiyyətində qalan Məhəmməd şah Xudabəndə 1587-ci ildə oğlu Abbasın lehinə taxt-tacdan imina etmək məcburiyyətində qalır. Həqiqətən də bu seçim o dövr üçün Səfəvilər dövlətinin süqutunun qarşısını alır. Gənc olmasına baxmayaraq, müdrik idarəetmə təcrübəsinə malik şah I Abbas öz yorulmaz fəaliyyəti ilə dövlətdə nizamı bərpa edir və imperiyanın pozulmuş ərazi bütövlüyünün bərpasına nail olur.
Araz ZEYNALOV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ