Cümə günü, 02 oktyabr 2026
     

Ölümün öldürə bilmədiyi adam - Vaqif Arzumanlı...

Image


Bu gün Azərbaycan elminin canlı ensiklopediyasının vəfatının 1 ili tamam olur

Cananə Arzumanlı: "Vaqif Arzumanlı bir alim, ictimai xadim, müəllim, vətəndaş kimi insanların yaddaşında yaşayır"


"Alimdən kitab qalar" deyirdi Vaqif Arzumanlı. Ömrünü-gününü hərf-hərf kitablara köçürür, əriş-arğac etdiyi yolların yolçuluğundan gətirdiyi töhfələri kitablaşdırırdı. Alim idi, jurnalist idi, siyasi icmalçı idi, politoloq idi. Ana dilindən başqa yeddi dildə sərbəst danışır, oxuyur, yazırdı. "Bakı-Xəbər" qəzetinin baş redaktoru, tanınan ictimai xadim Aydın Quliyev haqlı olaraq Vaqif Arzumanlını Azərbaycan elminin ensiklopediyası adlandırır. Alimə, onun əməyinə verilən əvəzsiz dəyərdir.
Yolları çox sevirdi, 67 illik ömrünün çox böyük hissəsini yollarda, uzaq-uzaq ölkələrdə keçirdi. O, xaricə ona görə üz tuturdu ki, Azərbaycan həqiqətlərini yaysın, erməni məkrini ifşa etsin, gerçək tariximizi, Xocalı, Daşaltı harayını dünya ilə bir etsin, 31 mart soyqırımı, Quba qətliamı haqqında həqiqətləri danışsın. Yollar Vaqif Arzumanlını həmişə uğurlara calayırdı. Mübaliğəsiz deyə bilərik ki, o hara gedirdisə mütləq xoşməramlı, xalqa, dövlətə, dövlətçiliyə xeyirli olan əlaqələr qururdu. O, beynəlxalq əlaqələr üzrə barmaqla sayılacaq mütəxəssislərdən biri kimi tarixə düşüb. Onu da qeyd edək ki, bu beynəlxalq əlaqələrin içində bütün sahələr əks olunurdu. 67 il böyük bir alim, ictimai xadim, müəllim, professor, təşkilatçı üçün çox az bir ömür payıdır. Amma Vaqif müəllim elə yaşadı ki, bu göstəricilərin hamısı onun ömründə naxışlandı. Vaqif Arzumanlı ömrünün palitrası çox zəngindir, əlvandır, çoxçeşidlidir.
Professorun həyat yoldaşı Cananə xanım Arzumanlı mənimlə söhbətində bildirdi ki, onun ölümünə inanmır, elə bilir o, uzaq ölkələrə birillik səfərə çıxıb, bu gün, sabah gülər üzlə, işıqlı təbəssümlə qapını döyüb "mən gəldim" deyəcək. Deyir ki, hər səhər yuxudan oyananda elə bilirəm o, bu gün gedib, ölümünü yaxın qoymuram: "Vaqif müəllimsiz keçən bu bir ili elə ağrılı-acılı yaşamışam ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Elə bilirəm ki, dünya boşalıb, arxamdakı uca bir dağım uçub. Həyatda çox itkilər görmüşəm, cavan bacım-qardaşım ölüb, anam dünyasını dəyişib, inanın, bu qədər ümidsiz olmamışam, bu qədər yanmamışam, ağrımamışam. Çünki Vaqif müəllim həmişə yanımda olub, məni ovudub, dərd-qəmimi azaldıb, təsəllim olub. Onunla özümü çox güclü sayırdım. Üç oğlumuz var. Böyük oğlumuz Vüsal hüquqşünasdır, ortancıl oğlumuz Orxan Dövlət Sərhəd Xidmətində zabitdir, vətənə xidmət edir, kiçik oğlumuz Arslan isə tələbədir, Türkiyədə oxuyur. Oğlanlarım mənə Vaqifin yoxluğunu hiss etdirməməyə çalışır, qayğıma qalırlar, amma heç bir təsəlli ürəyimi sakitləşdirmir. Hər səhər yuxudan oyananda elə bilirəm ki, Vaqifi bu gün itirmişəm. Yəni onun ölümünün vurduğu yara hələ də qan verir, hələ də təzədir. Onunla təsəlli tapıram ki, Vaqif Arzumanlı bir alim, ictimai xadim, müəllim, vətəndaş kimi insanların yaddaşında yaşayır, saysız kitabları ilə ölümsüzlük qazanıb. Nə qədər sağam, o mənimlə yaşayacaq. Bakı Dövlət Universitetində müəllimim olub, sonra ailə qurmuşuq, 28 il bir yerdə yaşamışıq. Təkcə həyat yoldaşı olmamışıq, dost, həmfikir olmuşuq, məsləhət yeri olmuşuq bir-birimiz üçün. Çox yerə məni də özü ilə aparıb, birgə səfərlərimiz çox olub. Həmişə onunla fəxr etmişəm. Heç vədə Vaqiflə yaşadığım ömrə təəssüflənməmişəm. Onunla keçən günlər o qədər zəngin, o qədər maraqlı olub ki... Vaqifin işi həddindən artıq çox olurdu, ancaq bütün bunlara baxmayaraq, ailəyə böyük diqqət ayırır, bizim qayğımıza qalırdı. Ortancıl oğlumuzu nişanladıq, payızda toyu olacaqdı, ancaq... Ancaq toy qaldı. Bir gün mənə dedi ki, oğlanlarımızdan hansı nişanlanmaq istəyir, Orxan dedim. Orxanı nişanladıq, lakin Vaqif onun toyunu görə bilmədi. Artıq bir ildir Vaqif fiziki olaraq dünyadan köçüb. Lakin mənən yaşayır. Bir məqamı da sizə deyim ki, ölümə təslim olmaq istəmirdi, sona qədər mübarizə apardı. Deyərdim ki, Vaqif ölümü ilə ölümə qalib gəldi, əbədiyaşarlıq qazandı, ölümsüzlüyə qovuşdu. Hərdən deyirdim ki, bu qədər yazırsan, çap etdirirsən, o pulu başqa yerə də sərf edə bilərik. Cavabında deyirdi ki, alimdən kitab qalar. Görün necə dərin sözdür. Bəli, ondan çoxlu kitablar qaldı. Çap olunmamış əlyazmaları da var. Onların bir qismini alim dostu Teymur Kərimli götürüb çapa hazırlayır, bir qismi də evdədir. Sağlıq olsun, onun bütün irsi nəşr ediləcək. 2017-ci ildə Vaqif Arzumanlının 70 illik yubileyi də Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən qeyd ediləcək. Vaqifi heç kəs unutmur, dostları da, tələbələri də, dayaq olduğu insanlar da. İnanın ki, xarici ölkələrdən nə qədər zəng edirlər evə, zəng edənlər də mənimlə bərabər telefonda ağlayırlar. Yas məclisində iştirak etmək üçün də xaricdən gələnlər oldu. Bununla təsəlli tapıram ki, Vaqif Arzumanlı unudulmur. O çox istiqanlı, mehriban, qayğıkeş insan idi. O qədər arxası-dayağı olmayan istedadlı gənclərə simsar olub ki. Deyirdi ki, arxasız adama dayaq durmaq lazımdır, çünki onun istedadı, savadı var, xalqa, dövlətə böyük fayda verə bilər. O insanların heç biri Vaqifi yaddan çıxarmır".
Qeyd edək ki, professor, filologiya elmləri doktoru, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki, filoloq-tarixçi, politoloq Vaqif Arzumanlı 1947-ci ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olub.
Onbirillik məktəbi qızıl medalla bitirdikdən sonra 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləyib, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışıb.
V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitutunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru olub. 2002-ci ildən ömrünün sonuna qədər AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edib. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələr üzrə direktor müşaviri təyin edilib.
Onu da qeyd edək ki, V.Arzumanlı 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 1991-ci ildən professor adı alıb, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki (1996) idi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1979), Azərbaycan Жurnalistlər Birliyinin üzvü (2000), "Alman-Azərbaycan Cəmiyyəti" İdarə Heyətinin üzvü (1992), Beynəlxalq "Soydaş" Assosiasiyasının vitse-prezidenti (1994), Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti (1996),"Quba Xeyriyyə Cəmiyyəti"nin sədri (1996), Türkiyəni və S.Dəmirəli Sevərlər Cəmiyyətinin həmsədri (1999), İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin prezidenti (2002) olub. Professor Arzumanlı "Elturan"("Milli məsələlər") (1992) və "Diasporun səsi" (2009) jurnallarının və "Ədəbi əlaqələr" toplusunun (2005) baş redaktoru, "Qartal" nəşriyyatının direktoru (1999) işləyib. O, 2007-ci ildən Dünya Azərbaycanlıları Konqresi (DAK) sədrinin müavini, İdarə heyətinin üzvü, DAK Divanının həmsədri, Beynəlxalq Diaspor Mərkəzi İB-nin sədr müavini idi (2009).
V.Arzumanlı 1974-cü ildən Bakı Dövlət Universitetinin müəllimi və professoru olub (1989). 1973-1974-cü illərdə M.F.Axundov adına RDƏ İnstitutunda (indiki Slavyan Universiteti), 1976-1987-ci illərdə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsində dərs deyib. Onun haqqında müxtəlif illərdə xeyli məqalə və iki monoqrafiya yazılıb. Professorun adı bir sıra xarici ölkələrdə nəşr edilən ensiklopediyalara salınıb. V.Arzumanlı Azərbaycan dilindən Litva dilinə, Litva, latış və rus dillərindən Azərbaycan dilinə ondan artıq kitab tərcümə edib. Elmi əsərləri, kitab, monoqrafiya və məqalələri rus, Ukrayna, alman, türk, Litva, latış, eston, Belarus, polyak, ərəb, fars, ingilis və başqa dillərdə nəşr edilib. 50-dən artıq xarici ölkədə işgüzar səfərlərdə və elmi ezamiyyətlərdə olub, bir sıra beynəlxalq simpozium, konfrans və müşavirələrdə iştirak edib. V.Arzumanlı 2000, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd kimi qeydə alınıb. Üç dəfə AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülüb (2001, 2007, 2012). Litva və Belarus respublikaları Ali Sovetlərinin, respublikamızın bəzi elm və təhsil ocaqlarının, ayrı-ayrı təşkilatların fəxri fərmanları, eləcə də Azərbaycanın, Litvanın, Latviyanın, Estoniyanın, Ukraynanın, İraqın, Tatarıstanın bir sıra ədəbi mükafatları və medalları ilə (1964-2012) təltif olunub, Milli Qəhrəman Əlif Hacıyev adına və görkəmli türkoloq Bəkir Çobanzadə adına beynəlxalq mükafatlara, eləcə də "Qızıl qələm" və "Mir Cəlal Paşayev" mükafatlarına layiq görülüb. İki monoqrafiyası ("Nizami Gəncəvinin dünya şöhrəti", "Dəyərli ustad") Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunub (1997, 2012). 2012-ci ildə Azərbaycan ədəbiyyatının tədqiqi, ədəbi əlaqələr sahəsində səmərəli elmi fəaliyyəti və anadan olmasının 65 illiyi münasibətilə "Fədakar alim" diplomuna və mükafatına layiq görülüb. Xocalı şəhərinin fəxri vətəndaşıdır.
V.Arzumanlı 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifidir. 60-dan artıq elmi əsərin redaktoru və ön sözün müəllifidir. Ədəbi əlaqələr və milli münasibətlər sahəsində gənc alimlərin və mütəxəssislərin yetişdirilməsində fəal iştirak edib, 30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olub.
Vaqif Arzumanlı ömrünün son gününədək - 2014-cü il iyulun 9-dək fəaliyyətini dayandırmayıb. Ölümlə mübarizə apardığı anlarda da yazıdan, qələm-dəftərdən soyumayıb. Mətbuata müsahibələr verib, fikirlər bildirib. Ağır xəstəliyə qalib gəlmək ümidilə yaşayırdı. Ona elə gəlirdi ki, ölümü yenəcək, ancaq əcəl ki, var, hələ heç kəsə macal verməyib. Qorqud atamız da ölümün haqq işi olduğunu miras qoyub bizə. Nabrandakı bağ evində ağır xəstəliklə-üzüqara xərçənglə əlbəyaxa olanda da yaşamaq ümidinin işığı sönməyib böyük alimin, gözəl dostun, dəyərli ziyalının, qeyrətli vətəndaşın. Belə bir fikir var, deyirlər ki, aqil insanlar ölümün nəfəsini hiss edən kimi doğulduğu torpağa, anasının laylasını eşitdiyi evə, ata-baba ocağına qanadlanır, "canımı burda Allaha təslim edim" deyir. Vaqif müəllim də ömrünün əcəl zəngini Qubada eşitdi. Millətin, xalqın fəxrlərindən olan Vaqif Arzumanlı 2014-cü il iyulun 10-da Xudatda, öz vəsiyyəti ilə atasının dəfn olunduğu "Şıxlar" qəbiristanlığında torpağa tapşırıldı. O, doğulduğu eldə Vətən torpağının bir parçasına çevrilmək istədi. Elə də oldu...
Bir ildir həyat yoldaşının gözü yollardan yığılmır. Bir ildir Bakı Dövlət Universitetinin auditoriyalarında onun səsi duyulmur, bir ildir yığıncaqlar, tədbirlər onsuz keçir... Ancaq heç kəs Vaqif Arzumanlını unutmayıb. Məkanı cənnət olsun!
Qeyd edək ki, Vaqif Arzumanlının il mərasimi iyulun 9-da Bakı şəhəri Yusif Məmmədəliyev küçəsi, ev 10, mənzil 4-də keçiriləcək.
İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ