Bazar ertəsi günü, 16 noyabr 2026
     

Turizm və Menecment Universitetinin 212 məzunu bakalavr diplomu alacaq

Image



Cəfər Cəfərov: "Avropa Oyunlarının yekunlarına əsasən demək olar ki, Azərbaycan bu sahədə dünyaya yeni standartlar təqdim etdi"

2014-cü ilin dekabrında ölkə Prezidentinin sərəncamı ilə yeni status alan Turizm və Menecment Universiteti növbəti məzun buraxılışı mərasiminə hazırlaşır. Bu barədə universitetin rektoru, professor Cəfər Cəfərov Mədəniyyət və Turizm Nazirliyinin saytına verdiyi müsahibədə bildirib.
Rektor dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və tədrisdəki yenilikləri, o cümlədən də Bakıda keçirilən İlk Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyəti, turizm sektoruna təsiri ilə bağlı mülahizələrini bölüşüb.
Sayt əməkdaşı ilə söhbətində C.Cəfərov "Bakı 2015" Birinci Avropa Oyunlarının uğurla başa çatması haqda fikirlərini bildirib: "Əvvəlcə onu qeyd edim ki, belə genişmiqyaslı bir tədbiri iki il yarım ərzində təşkil etmək çox məsuliyyətli iş idi. Azərbaycan bu məsuliyyətin öhdəsindən gələ bildi. Avropa Oyunlarının yekunlarına əsasən demək olar ki, Azərbaycan bu sahədə dünyaya yeni standartlar təqdim etdi. Eyni zamanda, bu tədbirin keçirilməsinin müsbət tərəfi ondan ibarət oldu ki, dünya bir daha Azərbaycanı tanıdı, özü üçün kəşf etdi. Digər tərəfdən, çox gözəl və müasir tələblərə cavab verən infrastruktur yaradıldı. Avropa Oyunlarının keçirildiyi arenalar bundan sonra yeni beynəlxalq yarışları qəbul edəcək. Bundan sonra böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanımız var. Təbii ki, bununla da ölkəmizdə konqres turizminin, işgüzar turizmin inkişafına əlavə zəmin yaranmış olur.
Bununla yanaşı, Avropa Oyunlarına könüllü olaraq qatılan minlərlə azərbaycanlı gənc bu cür dünya səviyyəli tədbirdə özü üçün gözəl təcrübə qazandı. Təkcə bizim universitetdən 700-ə yaxın tələbə könüllü olaraq bu tədbirə cəlb edilmişdi. Eləcə də digər təhsil müəssisələrindən çoxlu tələbə bu tədbirdə iştirak etdi. Azərbaycan öz mədəniyyətini, qonaqpərvərliyini Avropaya, dünyaya bir daha nümayiş etdirdi və bu cür yüksək səviyyəli tədbirləri keçirməyə qadir olduğunu göstərdi. Fikrimcə, bu uğurlu bir tarixi hadisədir. Azərbaycan Avropanın bir parçası olduğunu bir daha sübuta yetirmiş oldu".
Avropa Oyunları Azərbaycanda turizmin inkişafına böyük töhfə verdiyini qeyd edən C.Cəfərov bildirib ki, oyunlarla bağlı ölkəmizə minlərlə xarici ölkə vətəndaşı gəlib və bunların arasında idmançılar, onların məşqçiləri, digər qonaqlarla yanaşı, məxsusi olaraq yarışları izləmək məqsədilə gələn turistlər də olub: "Onlar Bakını tanıdılar, Azərbaycanın mədəniyyəti, mətbəxi haqqında təsəvvürə malik oldular. Oyunlar bir neçə gündür başa çatıb, amma bir çox qonaqlar var ki, bölgələrimizdə səfərdədir. Biri var hansısa bir ölkə haqqında reklam çarxlarından, nəşrlərindən məlumat alasan, biri də var öz gözlərinlə görəsən. Hesab edirəm ki, turizmə töhfəsi baxımından bu tədbirin əhəmiyyətini biz bir neçə il sonra daha yaxşı hiss edəcəyik".
Qeyd edək ki, keçən ilin sonunda Azərbaycan Turizm İnstitutunun bazasında yaradılan Turizm və Menecment Universitetinin bir neçə gündən sonra universitet olaraq ilk məzun buraxılışı olacaq. C.Cəfərov ali məktəbin institut statusunda olduğu vaxtlarla indiki vaxtı arasında heç bir fərq olmadığını deyib: "Hər ikisi bakalavr diplomudur. Azərbaycan Turizm İnstitutu universitetə çevriləndən sonra tələbələrin hazırlıq səviyyəsində, onların bir mütəxəssis kimi yetişməsində nə isə dəyişib demək doğru olmazdı. Təhsil həmin təhsildir. Sadəcə, diplom universitet adından veriləcək. Bunun da üstünlüyü odur ki, artıq məzunlarımız nəinki bir turizm mütəxəssisi kimi, həm də menecer kimi bu sektora təqdim olunur. Məzunlar üçün də yəqin bir mənəvi üstünlük də var ki, onlar artıq universitet məzunlarıdır. Amma hüquqi baxımdan diplomlar arasında xüsusi bir fərq yoxdur".
Saytın rektora verdiyi "Azərbaycan Turizm İnstitutu yeni yarandıqda 2008-2016-cı illəri əhatə edən 10 illik inkişaf strategiyası qəbul etmişdiniz. Artıq gələn il bu müddət sona çatır. Bu sənəddə nəzərdə tutulanları həyata keçirə bildinizmi" - sualına C.Cəfərovun cavabı belə olub: "Turizm İnstitutu olaraq Azərbaycanda bir çox ilklərə imza atmışdıq. Bunlardan biri də ölkədə özünün strateji planını hazırlayan ilk ali məktəb olmağımızdır. Bu strategiya hazırlananda bizdə cəmi 5 bakalavr ixtisası, bir fakültə, təxminən 4-5 kafedra var idi. Sənəddə qeyd olunan məsələlərin böyük əksəriyyətinə nail olmuşuq. Burada inkişafla bağlı nəzərdə tutulan bəndlərdən biri də Turizm İnstitutunun inkişaf edərək xidmət sahəsində aparıcı bir universitetə çevrilməsi idi. Həmin bənd də ötən ilin dekabrında ölkə Prezidentinin təşəbbüsü sayəsində ATMU-nun yaranması ilə reallaşdı. Strategiyada qeyd olunan məsələlərdən təhsilin bütün pillələrinin əhatə olunması, təlimlər, tədqiqatlar, beynəlxalq əlaqələrin genişləndirilməsi, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq, ikili diplom, istehsalat təcrübəsinin sənaye ilə birlikdə tətbiqi, karyera mərkəzinin qurulması, elmi-tədqiqat jurnalının nəşri və s. artıq həyata keçib. Bizim orada qeyd etdiyimiz və bu günə qədər reallaşdırmadığımız bir məsələ qalıb ki, bu da Turizm və Menecment Universitetinin akademik şəhərciyinin yaradılmasıdır. Bu məsələ də ölkə başçısının ATMU-nun yaradılması barədə sərəncamında öz əksini tapıb. Etiraf edim ki, bu bizim ən böyük arzumuzdur. Çünki dünyada tanınmaq istəyən ali məktəb özünün tədris-istehsalat sahəsi kimi şəhərciyi olan bir müəssisə olmalıdır. Ali məktəbin tələbə kampusu, laboratoriyaları, təlim bazası olmadan bu işi müasir dövrün beynəlxalq standartlarına uyğun aparması çox çətindir. Əminliklə demək istəyirəm ki, 2016-cı ildə bizim strategiyanın vaxtı bitəndə akademik şəhərciklə bağlı bir qərar da ortada olacaq. Gələcəkdə ATMU Azərbaycan təhsil məkanında elə bir universitet olacaq ki, Avropa və inkişaf etmiş dünya ölkələrinin universitetləri kimi, həm maddi-texniki baza, həm akademik şəhərcik, həm də işin təşkili baxımından bütün tələblərə cavab verəcək. O zaman universitetimiz nəinki Azərbaycanın, regionun, Mərkəzi Asiyanın, Orta Şərqin ayrı-ayrı ölkələrindən tələbələrin gəlib oxuya biləcəyi bir ali məktəbə çevriləcək. ATMU-nun ilk elmi şurasının qərarlarından biri də universitetin "Azərbaycan 2020" inkişaf konsepsiyasını hazırlamaqdır. Biz mövcud sənədin əsasında yeni sənədi hazırlayırıq".
Rektor həmçinin qeyd edib ki, bu təhsil müəssisəsi universitet olana qədər cəmi məzunlarının sayı 1071 nəfər olub və bunlardan 1031 nəfəri bakalavr, 40 nəfəri isə magistr olub: "Bu yay buraxılış imtahanları nəticəsində universitetimizi 212 nəfər bakalavr, 30 nəfər magistr dərəcəsində bitirir ki, bununla da ümumi məzunlarımızın sayı 1314 nəfər oldu. Onlardan 71 nəfəri magistr, 1243 nəfəri bakalavrdır. Həm bu, həm də ötən dövlət imtahanlarında uğur qazana bilməyən tələbələrimiz də var ki, onların hələ diplom almaq şansları qalır. Bu ilin dekabrında və ya gələn il iyunda təkrar dövlət imtahanı verib bu tələbələr də məzun ola bilər. Bu il ATMU-nun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin də məzunları oldu. Onların sayı 300-ə yaxındır".
Rektor rəhbərlik etdiyi universitetlə Avstriyanın Krems Universiteti ilə ikili diplom proqramı haqda da fikirlərini bildirib. O deyib ki, ikili diplom proqramında təhsil alan tələbələrin imtahanları 7-8 iyul tarixlərində keçiriləcək: "Bu imtahanlar beynəlxalq imtahan komissiyasının iştirakı ilə baş tutur. Onların dəqiq sayı iyulun 8-də məlum olacaq. İmtahana 20-dən çox bakalavr girəcək. Müvəffəqiyyət qazananlar iyulun 8-də keçirilən məzun törənimizdə diplomlarını alacaq".
İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ