Bazar ertəsi günü, 16 noyabr 2026
     

ANS-in aparıcısı Şəkinin məşhur Zəyzid sakinlərini qəzəbləndirdi

Image


Qiymət Məhərrəmli: «Zəyzidlilərdən üzr istəyin, Elgiz Əkbər»

İşimlə əlaqədar telekanallarımızda gündüz saatlarında nümayiş olunan verilişləri izləmək imkanım olmur. Təsadüfən srağagün evdən çıxmaq ərəfəsində ANS kanalının «Günəbaxan» verilişində aparıcının dilindən eşitdiyim «Şəkidə Zəyzid adında bir kənd var» ifadəsi məni bir anlıq ayaq saxlamağa vadar etdi. Doğma kəndimin adının çəkilməsi məndə maraq oyatdı: «Nə xəbərdir, görəsənğ»
Aparıcı Elgiz Əkbərin sonrakı sözləri isə məni az qala şoka saldı: sən demə, Şəkinin Zəyzid kəndinin (hansı Zəyzidğ) əhalisi bir nəfər kimi sağalmaz xəstəliyə tutulubmuş, hətta həmin kəndin zavallı xəstə əhalisinin başqa yerlərin sakinləri ilə təmasda olması belə çox qorxuluymuş. QİÇS, vəba, taun, quş qripi və daha nə bilim nə kimi xəstəliklərdən danışılanda belə bu cür reaksiya verməyən «çoxbilmiş aparıcı»nın soyuqqanlı bir şəkildə zəyzidliləri bir nəfər kimi «xəstə» adlandırması məni təbdən çıxardı. «Təsəvvür edirsinizmi, bu kəndin bütün əhalisi bir nəfər kimi 30-35 yaşına çatanda eybəcər hala düşür, kür-küt olaraq yataq xəstəsinə çevrilirlər» - deyən Elgiz bəyin bu informasiyası yəqin ki, təkcə özümüzdə yox, biz zəyzidliləri yaxından tanıyan dostlarımızın qəlbində dərin ikrah hissi yaratdı. Doğrudur, hər bir bölgədə hansısa bir ailə, yaxud nəsil daxilində genetik xəstəliklər ola bilər və hətta bu xəstəliklərin qohum nikahlar hesabına baş verib-vermədiyindən asılı olmayaraq, heç kəs bu alın yazısından sığortalanmayıb. Lakin Şəkinin şəhərə ən yaxın, ən inkişaf etmiş və ən böyük kəndlərindən olan Baş Zəyzid, Orta Zəyzid və Köbər Zəyzid kəndlərinin əhalisinə tək kəlmə ilə «Zəyzid əhalisi» adı altında xəstə damğası vuraraq onlara həqarət etmək bu kəndlərin təkcə daimi sakinlərini deyil, hazırda dünyanın və ölkəmizin müxtəlif şəhərlərində yaşayan həmkəndlilərimizi qeyzləndirib. Görəsən, «Zəyzid kəndinin bütün əhalisi bir nəfər kimi xəstədir» deməklə Elgiz bəy necə böyük bir səhvə imza atdığının, yaxud necə böyük günah işlədiyinin fərqinə varmadımığ Axı onun adını çəkdiyi Zəyzid kəndi - məlum edirəm ki, belə bir kənd mövcud deyil - bir neçə il öncəyə kimi özündə 5 böyük kəndi birləşdirən Zəyzid sovetliyi kimi mövcud idi: Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid, Vərəzət və Qırxbulaq. Həmin kəndlər indi əhalisinin say etibarilə o qədər artıb və ərazicə o qədər böyüyüb ki, hərəsinin ayrılıqda öz bələdiyyəsi və icra nümayəndəliyi var. Belə olduğu təqdirdə, görəsən Elgiz Əkbərin «xəstə» adlandırdığı əhali hansı Zəyziddə yaşayırğ Yaxud bəlkə bu kəndlərin hər biri bu qorxunc xəstəliyin daşıyıcılarının məskəninə çevrilib ki, ora girişə yasaq qoyulması belə ilk ağıla gələn nüanslardan sayılmalıdırğ
Elgiz Əkbərin diqqətinə çatdırmaq istəyirəm ki, «xəstə əhali»si olan həmin qədim türk məskəni ölkə iqtisadiyyatının, sənayesinin, mədəni həyatının, dövlət strukturlarının icra aparatlarında, nazirliklərdə aparıcı mövqelər tutmuş onlarla görkəmli ziyalı yetişdirmiş, halallığı, ləyaqəti, qonaqpərvərliyi, comərdliyi ilə seçilən sakinləri ilə həmişə qürur duyub. «Eramızdan milyon il əvvəl» sənədli filminin də məhz həmin Zəyzid deyilən coğrafi ərazidəki etnogenezi özündə əks etdirməsi təsadüfi deyil. Belə olduğu təqdirdə, «bir nəfər kimi xəstə olduğu» dilə gətirilən Zəyzid (Baş, Orta, Köbər) kəndlərinin 20 mindən artıq sakininin hansı suçu varmış ki, dünyadan bixəbər aparıcının obyektivinə tuş gəliblər.
Axı bu üç Zəyzid kəndi gözdən-könüldən uzaq Afrika cəngəlliklərində yerləşmir ki, «bir nəfər kimi - başdan-ayağa sağalmaz və qorxunc xəstəliyə tutulmuş əhali»sinin bu boyda faciəsindən heç kəs xəbər tutmaya! Gözəlliyi ilə göz oxşayan həmin kəndlər Şəki-Bakı yolunun düz üstündə yerləşir və əhalisi də uzunömürlüyü və sağlamlığı ilə heç də digər bölgələrin sakinlərindən geri qalmır. Bir məsələyə də diqqəti cəlb etmək istərdim: görəsən, aparıcı Elgizin dilindən xəstə kimi qələmə verilən zəyzidlilərdən qız nişanlayan, yaxud zəyzidlilərə qız verən insanlar fikirlərini dəyişmədilər kiğ!
Bu cəfəng kəlmələri səsləndirən Elgiz Əkbər Zəyzid əhalisini bir nəfər kimi «xəstə» adlandırmaqla təkcə həmin xəstəliyin daşıyıcısı olan nəslin nümayəndələrini deyil, bütövlükdə beş kəndin bütün sakinlərini ağır bir şəkildə təhqir edib, bağışlanmaz səhvə yol verib. İnsanların yaralı yerinə toxunaraq, onların xəstəliyindən belə sensasiya yaratmaq niyyəti güdən şou aparıcılarına üz tuturam: bu cür incə məsələlərdə ən azından insani hisslərinizi oyadın, vicdanınızın səsinə qulaq asın! Görün siz bu cür verilişlərdə bu cür məsələləri müzakirə etmək qabiliyyətindəsinizmiğ Özünüzü hər şeydə haqlı saya bilərsiniz, lakin taleyüklü məsələlərdə ehtiyatlı olun, çünki insan həyatı, xüsusilə də fiziki qüsurlu insanların həyatı şouluq deyil!
Son olaraq üzümü ANS telekanalının və Teleradio Şurasının rəhbərlərinə tuturam: 01.06.2015-ci il tarixdə efirə getmiş «Günəbaxan» verilişini diqqətlə izləyin! Elgiz Əkbərin «xəstə» adlandırdığı əhalinin qəzəbinə səbəb olan nüanslara özünüz qiymət verin. İnsanları bu cür təhqir etmək, aşağılamaq olmaz!
Respublikamızın işıqlı gələcəyi, xoşbəxt həyatı, ailə dəyərləri kimi gələnəklərimizə zərbə vuran bu cür hallara birdəfəlik son qoyulmalı, ekran-efir mədəniyyətindən bixəbər, savadsız aparıcıların fəaliyyəti məhdudlaşdırılmalıdır. Elgiz Əkbər bu təhqiramiz hərəkətinə görə zəyzidlilərdən üzr istəməlidir!
AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, «Elimiz-günümüz» qəzetinin baş redaktoru, 
Zəyzidli-Qiymət Məhərrəmli
P.S. Məsələ ilə əlaqədar 01.06.2015-ci il tarixdə ANS kanalı ilə telefon əlaqəsi saxlamaq cəhdim baş tutmayıb.
Redaksiyadan: Yazıda qaldırılan məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ