Komissiya sədri deyib ki, bu ildən tam orta (11-illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər.
M.Abbaszadə qeyd edib ki, bu il 73068 nəfər XI sinif şagirdi xarici dil kimi ingilis dilindən, 1107 nəfər alman dilindən, 2306 nəfər fransız dilindən, 27 nəfər ərəb dilindən, 11039 nəfər rus dilindən imtahan verəcək.