çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Professor Almaz Ülvi - Göyçənin Kəsəmən kəndi alban abidələri ilə zəngindir... - MÜSAHİBƏ

Image


“Bu kəndin də binasını ulu babam şeşəli Emin qoyub”

“Qərbi Azərbaycanın bu kəndində doğuldum” layihəsinin qonağı əslən Basarkeçər rayonunun Kəsəmən kəndindən olan filologiya elmləri doktoru, professor Almaz Ülvidir (Binnətova).

- Almaz xanım, doğulduğunuz Basarkeçər rayonunun Kəsəmən kəndini bizə necə təqdim edərdiniz?

- Kəsəmən kəndi Göyçə mahalının Basarkeçər rayonunun təxminən 40-a yaxın kəndindən biridir. Göyçə dörd tərəfi dağlarla əhatələnən bir yurd yerimizdir. Ortada Göyçə dənizi idi. Biz ona dədə-babadan “dəngiz” deyirdik, xəritədə isə adı Göyçə gölü olaraq qeyd edilir. Dağların ətəyində kəndlərimiz sıralanırdı. Kəsəmən kəndinin kürəyi dağlara söykənir. Kəndimizin arxasındakı dağlar da üçqat idi. Birinə Şah dağ, birinə Yurd, Yurdun arxasındakı dağa isə Kiçik Qafqaz dağları deyirdik. Yurdla Şah dağ həmişə yamyaşıl olardı, Kiçik Qafqaz dağlarının başından isə heç vədə qar əskik olmazdı.

- Kəsəmənin tarixi barədə nə deyərdiniz? Bu kəndin binası nə zaman qoyulub?

- Mən 2011-ci ildə Kəsəmən kitabı yazdım. Orada hər tayfanın 7-8 babasını yaza bildim. Təbii ki, hər tayfanın yaşlı adamlarının yaddaşından bəhrələndim, onları danışdırıb qələmə aldım. 7-8 baba da o deməkdir ki, hardasa kəndin 500 illik tarixinə gedib çıxmaq olur. Kəsəməndə insanlar uzunömürlü idilər. Ona görə də hər birini ortalama 80-90 yaş götürmək olurdu. Kəsəmən kəndlərinin tarixi ilə bağlı geniş danışmaq olar. Kəsəmən sözünün mənası isə bu kəndin sakinlərinin xarakteri ilə bağlıdır. Bizim kəndin camaatı sözün kəsəsini deyərdi, söhbəti uzatmazdı. Deyərdilər ki, sözün kəsəsini mən deyirəm, bu meydan bu da sən, nə deyirsən de. Camaatımız qürurlu, özünəgüvənən, sözü bütöv, sadə, səmimi insanlar idi. Təbiətləri çox saf idi. Yazda taxılçılıqla, tütünçülüklə  məşğul oludular, qışda isə xalçaçılıqla məşğul olurdular. Çünki hər kəsin evində gəbə, xalça dəzgahı vardı, qadınlar xalçasını toxuyurdu.

Bizim mahalın adı “Kitabi Dədə Qorqud”da var. Oradan gələn bir addır.

- Kəsəmənin tarixi ilə bağlı maraqlı faktlar var ki, bu kəndin yaranması hardasa III-V əsrə gedib çıxır. Burada alban tayfaları, alban-xristian abidələri, irsi ilə bağlı da izlər olduğu deyilir. Kəsəmənin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri kimi qeyd olunur.

- Bəli, doğrudur. Bizim kəndimizin tarixi çox qədimdir. Kəndimizdə elə məsəllər var ki, onlara başqa yerlərdə rast gəlməmişəm, onlar təkcə bizim kəndə aiddir. Məsələn, biri birinə deyirdi ki, Uğuz (Oğuz) ölüsü kimi boyun nə yaman uzanıb. Uğuz Oğuz sözündəndir. Siz alban dövrünü vurğuladınız. Həqiqətən də orada alban-xristianlıq dövrünə aid abidələr, üzərində xaç olan daşlar vardı. Biz o vaxt bilmirdik ki, bu abidələr bizim tariximizlə bağlıdır. Xristian keçimişimiz barədə məlumatımız yox idi. Təsəvvür edin ki, kənddə yeni ev tikmək istəyənlər torpağı bir az qazan kimi oradan çoxlu küplər çıxırdı. Hətta bir dəfə içində skelet olan küp qəbir aşkarlandı. İnanın ki, o skelet qətiyyən ovxalanmamışdı, küpün içindəki skelet təxminən iki metrdən hündür idi. Sonra qayıdıb həmin skeleti küpün içində yenidən basdırdılar. Buna “Uğuz ölüsü”, yəni “Oğuz ölüsü” deyirdilər. Elə bu faktlara baxanda kəndimizin tarixinin nə qədər qədimlərə gedib çıxdığını görürük.

- Bəzi varinatlara görə, sizin kənd Qazaxın Kəsəmən kəndi ilə qohumdu. Doğrudan da bu iki kənd arasında hansısa əlaqə varmı?

- Əslində, bizim dağlarımız Dilican dağlarının davamıdır. Yəni Dilican dağlarının ətəyi o tərəfdə Qazax idi, bu başda biz idik. Rəhmətlik Hüseyn Arif həmişə deyirdi ki, yay olanda bizim dağlara gəlirmişlər. Hətta onlar bir dəfə gələndə qış tez düşüb və geri qayıda bilməyiblər, qışı orada qalıblar, yaza salamat çıxıblar. Ondan sonra deyiblər ki, demək burada qışda da yaşamaq olar. Orada müxtəlif tayfalar vardı, məsələn Qazaxlar tayfası, onlar sonradan gələnlər idi, beş-altı ailə idi.

- Bəs sizin tayfanız?

- Bizim tayfamıza Şeşəli tayfası deyirdilər. Bu kəndin də binasını ulu babam şeşəli Emin qoyub. Bizə elə deyiblər. Kənddə hamı bizi belə çağırırdı. Eminin oğlu Aydın idi. Aydın bizim 6-cı babamız olub. Deyirlər Cəfər Cabbarlının “Aydın”ı müasir ad olub, amma belə deyil, mənim ulu babamın adı Aydın olub. Bunu camaat danışıb. Bizim camaat oturaq camaat idi və bizdə qış çox tez düşürdü. Noyabrın əvvəli artıq hər kəs içəri girirdi. Bütün qışı nağıllarla, dastanlarla, aşıqların ifası ilə keçirirdik. Hamı buxarı başına yığışırdı, tariximizi aşıqlar, el biliciləri danışırdılar. Mənim babalarım həmişə kəndin sayılıb-seçilən insanları olub. Babam kəndin kəndxudası olub. O vaxt camaat aşıq məclislərinə yığışardı, aşıqlar həm dastan danışardı, həm də o kəndin tarixi barədə söyləyərdilər.

- Kəndinizin aşıqlarından kimlər yadınızda qalıb?

- Aşıq Ələsgərin  12-ci şəyirdi aşıq Nağı bizim kənddən idi. Aşıq Nağı danışırdı ki, aşıq Ələsgər şəyirdləri haqda şeir yazanda mən onun 12-ci şəyirdi idim, amma məndən sonra onun o qədər şəyirdləri oldu ki... Belə bir əhvalat da yadımdadır. Bizim camaat saz-söz adamları idi.

Mənim Emin babam 134 il yaşayıb. Onlar iki qardaş olub - Şeşəli Əlinin böyük oğlu Emin, kiçik oğlu isə Səfər olub.

Bizim kəndimizdə qədim abidələr çox idi, əksəriyyəti də qədim, yaşı bilinməyən qəbirlər idi. Göyçə mahalı 1828-ci ildə Çar Rusiyası tərəfindən istila olunub. Çarın səltənətinə bu dövrdə keçib. Amma Şah İsmayılın dövründə Göyçə Təbrizə tabe olub. Miskin Abdal Göyçədən idi. Miskin Abdalın atası Şeyx Heydərin yaxın adamı idi, onun sarayında olurdu. Şah İsmayıl taxta çıxandan sonra bizim qonşuluğumuzda yerləşən Sarı Yaqub kəndinə gəlib-gedəndə də Miskin Abdalı özü ilə aparıb.

Göyçə mahalı Çar Rusiyasının əlinə keçəndən sonra oradakı abidələrimizi, başqa sərvətlərimizi dağıtmağa başlayıblar. Biz uşaq olanda dağa gedirdik. Dediyim kimi, dağda xaç şəkilli daşlar vardı. Bizə deyirdilər o daşların altında qızıl var, amma o qızılın üstündə ilan yatır, ona kim əlini vursa ilan onu çalar. Bir dəfə ermənilər gəlib o daşları apardılar. Təxminən 7-8 daş idi, amma iri daşlar idi, onlara sal daş deyirdik. Amma biz bilmirdik ki, bu daşlar bizim tariximizlə bağlıdır.

- Almaz xanım, ermənilər Kəsəmənin adını niyə dəyişiblər, məqsədləri nə idi?

- Birinci Basarkeçərin adını dəyişdilər. 1969-cu ildə onun adını Vardenis qoydular. Vardenis də guya erməni dilində “gül-çiçək” demək idi. Camaat rayonun adının dəyişməsinə çox etiraz etdi. Bizim rayonumuzdakı kəndlərin 40-a yaxını Azərbaycan kəndi idi. Cəmi iki erməni kəndi vardı. O iki kənd isə keçən əsrin 30-cu illərində Türkiyədən köçürülüb gətirilən ermənilər üçün salınmışdı. O ermənilərin hamısı da Azərbaycan dilində danışırdı. Orada hər şey azərbaycanlıların əlində idi.

Kəsəmənin adının süni surətdə dəyişdirilməsinə gəlincə, 1978-ci il idi kəndə gəldilər, atam müəllim idi, ona deyiblər ki, sən təbliğat apar və aprel ayında gəlib kəndin adını “İliçovka” qoyacağıq. Bunu da nə müəllimlər, nə də şagirdlər qəbul etdi. Camaat qətiyyən razılaşmadı ki, kəndin adı “İliçovka” olsun. Sonra gətirib kəndin ayağına üzərinə “İliçovka” yazılan bir lövhə vurdular, onu da uşaqlar tezliklə qırıb kənara atdılar. Aradan xeyli keçəndən sonra gətirib kəndimizin adını Bahar qoydular. Camaat deportasiya gününə qədər Kəsəmənin adının dəyişdirilməsinə etiraz etdi, bunu heç cür qəbul etmədilər. Heç kəs bu kəndin adını Bahar deyə çağırmadı.

- Deportasiya zamanı siz Bakıda idiniz? O proses yadınızda necə qalıb?

- Bəli, Bakıda  idim. Universiteti bitirmişdim, akademiyada elmi iş götürmüşdüm, elə həmin il də universitetdə estetika müəllimim olan Nəriman Həsənzadə məni “Ədəbiyyat və İncəsənət” qəzetinə işə götürmüşdü. Akademiyanın dissertantı idim, qəzetdə də işləyirdim. Məqsədim elmimi tamamlayıb geri qayıtmaq idi. Atam hey deyirdi ki, sənin oxumağın qurtarmadı? Deyirdim ki, elmi işimi müdafiə edim qayıdıb gələcəyəm. Arzum elmi işimi müdafiə etdikdən sonra Göyçəyə, doğma kəndimə qayıtmaq idi, amma bu faciə baş verdi, mənim ailəm də digər qərbi azərbaycanlılar kimi deportasiya olundular. Ata-anam, bacılarım, yaxınlarım Azərbaycana vertolyotla gətirildi. Təsəvvür edin ki, hərəsi bir vertolyotda gətirilmişdi, ayrı-ayrı yerlərdə düşürülmüşdülər. Ata-anamı nə qədər sonra tapdıq, ailəmiz çətinliklə də olsa, bir yerə yığışdı. Ermənilərin bizə etdiyi zülmlər bitib-tükənməzdir. 1918-ci ildə camaatımızın başına hansı bəlaları açdılar, onu siz də bilirsiz. Sonuncu deportasiya zamanı da insanlarımıza zülm etdilər. İnanın ki, ata-anam rəhmətə gedəndə son sözü kənd, el-oba oldu... Doğma Kəsəmənimizə mütləq qayıtmalıyıq, kəndimiz, evimiz bizim üçün darıxıb, necə ki, illər boyu biz də onun həsrəti ilə çırpınmışıq. Mənim elim-obam, kəndim Kəsəməndir, mən orda doğulmuşam, boya-başa çatmışam. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ